Məhkəmə qərarları › İş №2-1(102)-3101/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3101/2019

19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3101/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 19.11.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103 )-1799/2019 saylı iş üzrə 16 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 oktyabr 2018-ci il tarixli, İQ132/1 saylı qərarına əsasən Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “İddiaçı 1994-cü ildə Əfqanıstanın Qəzni vilayətinin Cağori əyalətinin Əlmitu kəndində anadan olan Əfqanıstan vətəndaşıdır. O, “Liseye Əlmitu" adlanan məktəbdə 5 illik ibtidai təhsil aldığını, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün təhsilini yarımçıq qoymalı olduğunu söyləmişdir. O, 13 yaşlarından kənddə çobanlıq etdiyini, təxminən 17 yaşında olarkən atasının ona “Mazda” markalı kiçik maşın aldığını, həmin maşınla ev tikintisi ilə məşğul olanlar üçün torpaq, daş və digər tikinti materialları daşımaqla məşğul olduğunu qeyd etmişdir. Ərizəçi təxminən 5 il bundan əvvəl Hənifə adlı qız ilə tanış olduğunu, qız məktəbə gedərkən və ya dərsdən evə qayıdarkən tez-tez yolda görüşdüklərini, 2016-cı ildə belə görüşlərdən biri zamanı həmin qız ilə cinsi əlaqədə olduğunu, sonradan isə Hənifənin hamilə qaldığını öyrəndiyini, atasını elçi göndərdiyini, lakin qızın valideynləri Seyidi tayfasına mənsub olduqları üçün Hənifəni onlara (həzarə olduqları üçün) verməkdən imtina etdiklərini, bu səbəbdən də onu qaçırmağa qərar verdiyini bildirmişdir. O, qaçaqçının köməkliyi ilə Hənifə ilə birlikdə qeyri-qanuni yolla İrana getdiklərini, təxminən 18-19 ay Tehranda yaşadıqlarını, orada olduqları zaman bir uşağının anadan olduğunu, lakin Tehranda qeyri-qanuni olduğu aşkar edildiyinə görə Əfqanıstana deportasiya edildiklərini bildirmişdir. İddiaçı bir müddət Kabil şəhərində qaldığını, sonra Əli Zəfər adlı dostunun ona zəng vuraraq Hənifənin valideynlərinin onu axtardıqları barədə xəbərdar etdiyini söyləmişdir. Ərizəçi bu səbəbdən də özünə pasport düzəltdiyini, Hənifənin isə təzkərəsi olmadığından ona pasport ala bilmədiyini, özü Əfqanıstanı tərk etdiyini, 25.04.2018-ci il tarixdə Azərbaycana gəldiyini qeyd etmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta ye tirilmişdir. Belə ki, ərizəçi adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Lakin ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi uyğunsuzluqlar və ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, ərizəçinin Hənifə ilə uzun müddət münasibət saxlaması, bundan isə Hənifəninin valideynlərinin xəbər tutmaması inandırıcılıq baxımından qeyri-real görünür. Çünki ərizəçinin dediklərinə əsasən Hənifə məktəbə gedərkən ərizəçi onunla görüşürmüş, bu da ən azı qonşuların, məktəbdə təhsil alanların diqqətini çəkməsi deməkdir. Ötən 5 il ərzində bu münasibətdən heç kimin xəbər tutmaması inandırıcı qəbul edilməmişdir. Bundan əlavə İddiaçı müsahibə zamanı dediklərindən Hənifənin Kabil şəhərində heç bir təhdid və təzyiqə məruz qalmadan yaşadığı məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, ərizəçi ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir”. Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbayc an Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 dekabr 2018-ci il tarixli, 366 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarının ləğv edilməsi və ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1147/2019 saylı, 08 aprel 2019-cu il tarixli qərardadı (hakim – Ə.E.Əliyev) ilə iddia “şikayət instansiyasının 366 saylı, 26 dekabr 2018-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-114 7/2019 saylı, 08 aprel 2019-cu il tarixli qərarı (hakim – Ə.E.Əliyev) ilə iddia tələbinin digər hissəsinin rədd edilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının və qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1271/2019 saylı, 10 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1147/2019 saylı, 08 aprel 2019-cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadı iddiaçı kassasiya qaydasında mübahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-1(103)-1799/2019 saylı, 16 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1147/2019 saylı, 08 aprel 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2019-cu il tarixli qərarını ləğv edib iddiaçıya qaçqın statusunun verilməsinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh kassator un əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. İş materiallarında olan müsahibədən görünür ki, kassator işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar kassatorun işinin hallarına münasibətdə spesifikdir. Eləcə də, izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Bundan başqa, nəzərə alınmalıdır ki, kassatorun izahatları X2 ilə də təsdiq edilir. Belə ki, MÖM-ə əsasən Əfqanıstanda hələ də nikahlar ailələr tərəfindən təşkil edilir və adətən cütlüklərin razılığı nəzərə alınmır. Ailənin razılığı olmadan icra edilən nikah ailənin namus və qeyrətinə xələl gətirən əməl sayılır və ciddi reaksiyalara səbəb olur. Əfqanıstanda nikahl ar seçimdən məcburiyyətə qədər dairədə həyata keçirilir. Ələxüsus qızların və qadınların məcburi nikahı Əfqanıstanda geniş yayılıb Əfqnıstan mülki hüququna, eləcə də İslam hüququna əsasən nikaha daxil olanda razılıq tələb edilir Bundan əlavə, Əfqan mülki hüququ nikah yaşı qismində 16 yaşı müəyyən edir. Lakin bu qaydalar praktikada səmərəli tətbiq edilmir. Əfqanıstandakı şəxslərin nikahla əlaqədar öz seçimlərini həyata keçirmək imkanları çox aşağıdır. Razılaşdırılmış nikahların yaxud elçiliklərin rəddi qadınlara və qızlara yaxud onların ailələrinə qarşı zorakılığa və qan davalarına gətirib çıxara bilər. Beləliklə, cavabdeh iddiaçı ilə bağlı əsaslı təqib qorxusunun və real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış, öz növbəsində məhkəmələr də bu hallara düzgün qiymət verməmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qa lan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statu su verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməy i zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusu nun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Kollegiya inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən, o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetiri lmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyə n etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. İddiaçının bildirdiyi onunar vadı Hənifə ilə qaçmaq yolu ilə evləndiyinə görə qızın ailəsi tərəfindən pis rəftaraməruz qalacağından qorxduğu üçün vətəndaşı olduğu ölkəyə qayıtmaq istəmədiyi ilə bağlı dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, hər şeydən əvvəl bu dəlil konkret hallara söykənməyən ümumi bir narahatçılıqla bağlıdır. Belə ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, iddiaçının özünün bildirdiklərindən müəyyən edilir ki, o, uzun müddət Hənifə ilə yaxın münasibətlərdə olmaqla birlikdə yaşamışlar. Lakin birlikdə yaşadıqları həmin uzun müddət ərzində Hənifənin qohumları tərəfindən ona qarşı hər hansı zorakılığın edildiyi müəyyən edilmir. Hər halda, Hənifənin qohumlarının ona qarşı hər hansı zorakılıq etmək niyyətləri olsa idi, birgə yaşadıqları uzun müddət ərzində buna dəlalət edən hansısa əlamətlər müşahidə edilməli idi. Bundan başqa, iddiaçı bildirir ki, onlar İrandan deportasiya edildikdən sonra 5 ay Kabildə yaşamışlar. Bu halın özü də təsdiq edir ki, kifayət qədər uzun müddət ərzində Əfqanıstanda yaşadıqları halda, ona qarşı hər hansı zorakılığa yol verilməmişdir. Nəhayət, iddiaçı özünün kassasiya şikayətində (10-cu bənddə) göstərmişdir ki, Hənifənin atası ilə onun atası arasında razılıq əldə edilməklə mübahisə həll olunub. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini eti qadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1799/2019 saylı iş üzrə 16 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar