Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3101/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: övladlığa götürən şəxslər kimi uçota alınma, adambaşına düşən orta aylıq gəlirin mövcudluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürən şəxslər kimi uçota alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(103)-1955/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2006-cı il tarixdə nikah bağlamışlar.
2. İddiaçı1 ərizə ilə cavabdehə müraciət edərək övladlığa götürən şəxslər kimi uçota alınmasını xahiş etmişdir.
3. Cavabdeh 08 iyun 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinə əsasən ailənin adam başına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olduğundan, onun övladlığa uşaq götürən namizəd kimi uçota alınmaları mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 nikahdankənar övladı 08 noyabr 2022-ci il anadan olmuş X5 övladlığa götürülməsinin mümkün və ya qeyrimümkünlüyünə dair müvafiq rəyi məhkəməyə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxxx 1979-cu ildə anadan olmuş, İdd iaçı2lə evlidir. Əvvəllər Azərbaycan Respublikası, Masallı rayonu, Yeyankənd ərazi dairəsi, Abasbəyli kəndində qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü X8 xx.xx.2022 təvəllüdlü X5 övladlığa götürməyinə razılıq vermişdi. Bu səbəbdən X1 razılığı ilə oğlu X6 böyüdür, ona qulluq edir. Uşağa qulluq etmək, onun gələcək qayğısız həyatını təmin etmək, inkişafı, təhsili və sağlamlığının qayğısına qalmaq üçün əri ilə onun kifayət qədər maddi imkanları var. Məhkəmədə övladlığa götürmə ilə bağlı iddia qaldırmaq üçün sənədləri hazırlayarkən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin” övladlığa götürmə şöbəsinə (DOST) iddiaçının sağlamlığı, mənzil-məişət şəraiti, maddi vəziyyətini yoxlamaq, sonradan uşaq övladlığa götürməyi mümkünlüyü barədə məhkəmə orqanlarına rəy vermək üçün müraciət etmişdir. Lakin bütün bu tələblər yoxlanılanda sözügedən qurum ona izah etmişdir ki, mövcud qanunvericiliyə görə, ailənin gəliri elə olmalıdır ki, ailənin hər bir üzvünü dolandırmaq üçün 200 manat vəsait ayrılsın və yalnız bundan sonra ona övladlığa götürmə ilə bağlı rəy veriləcək. Bu arada onlar çoxdan övladlığa götürmək arzusundadırlar və faktiki aylıq gəliri - ailəni və uşağı dolandırmaq üçün kifayət edir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentiiyi”nin (DOST) övladlığa götürmə şöbəsinin məktubu ilə ona övladlığa götürmənin qeydiyyatı prosesini davam etdirməkdən imtina edilib. Agentlik hesab edir ki, gəlirləri heç bir yerdə rəsmi qe ydiyyatda olmayan hər ailə üzvünə 200 manatdır. Qanunun bu cür təfsiri yolverilməzdir, çünki iddiaçı onun saxlanması və tərbiyəsi üçün uşaq müəssisəsində uşağın verilməsini xahiş etmir. Rəsmi rəyin, ən əsası isə müraciətinə yazılı cavabın verilməsinin gecikməsi övladlığa götürmə məsələsini ləngidir. Uşaq bu mübahisələrdən əziyyət çəkir. Onun həyatı və sağlamlığı təhlükə altındadır. Körpənin müşahidə və tibbi prosedurlara ehtiyacı olduğu üçün uşaq poliklinikasına müraciət edəndə övladlığa götürmə ilə bağlı hüquqi sənəd tələb olunur və buna görə də imtina alır.
6. Daha sonra iddiaçı iddia tələbinin “övladlığa götürən şəxslər kimi uçota alınma vəzifəsinin cavabdeh Sosial Xidmətlər Agentliyinin üzərin qoyulması” kimi dəyişdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 28 noyabr 20 23-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1979-cu il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə valideynlər arası razılıq əsasında xx.xx.2000-ci il təvəllüdlü X3 övladı - xx.xx.2022-ci il təvəllüdlü X5 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişlər. Valideynlər arası razılıq əsasında övladlığa götürmə üzrə müraciət etmiş valideynnamizədlər İddiaçı2 və X4 müraciətinin uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, Ailə Məcəlləsinin 119.2.7-ci, 120.1.-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarix li 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydasının 4-cü bəndinə uyğun gəlirlərinin olmadığı müəyyən edilmişdir. Valideyn-namizədlərin ailədə adambaşına düşən orta aylıq gəliri 135 manat 77 qəpik (müraciətdən əvvəlki 12 ay üzrə gəlirlər hesablanmışdır) olduğu müəyyən edilmiş və üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olması və qanunvericiliyə uyğun olaraq digər rəsmi gəlirlərinin olması barədə sənəd təqdim etmədikləri üçün onların uçota alınmaları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğ un hesab edilməmiş və xx.xx.2023-cü il tarixində valideyn-namizədlərin müraciətindən imitina edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2024 saylı 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim X7) iddia təmin edilmiş, birgə iddiaçılar İddiaçı1 və X11 övladlığa götürən şəxslər kimi uçota alınması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi müxtəlif daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışların surətindən aydın olur ki, iddiaçıların faktiki olaraq ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaql a) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az deyildir. Odur ki, cavabdehin imtinası qanuni sayıla bilməz.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 21(103)-1955/2024 nömrəli qərarı (hakimlər X12 (məruzəçi), X10 və X13) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2024 saylı 18 yanvar 2024-cü il tarixli qərarı də yişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə Ailə Məcəlləsinin 119.2.4, 120.1.8-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyildir.
15. Belə ki, uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, Ailə Məcəlləsinin 119.2.7-ci, 120.1.-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 4-cü bəndinə uyğun gəlirlərinin olmadığı müəyyən edilmişdir. Valideyn namizədlərin ailədə adambaşına düşən orta aylıq gəliri ailə (135 manat 77 qəpik (müraciətdən əvvəlki 12 ay üzrə gəlirlər hesablanmışdır) orta aylıq gəliri olduğu müəyyən edilmiş) üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olması və qanunvericiliyə uyğun olaraq digər rəsmi gəlirlərinin olması barədə sənəd təqdim etmədikləri üçün onların uçota alınmaları qüvvədə olan qanun vericiliyin tələblərinə uyğun hesab edilməmiş və xx.xx.2023-cü il tarixində valideyn-namizədlərin müraciətindən imtina edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə
118. Övladlığa götürmə qaydası 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunlu ğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. Maddə
119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxslərin uçotu 119.1. Müvafiq icra haki miyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 119.2. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır: 119.2.1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar; 119.2.2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar; 119.2.3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar; 119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar; 119.2.5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar; 119.2.6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar; 119.2.7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar; 119.2.8. övladlığa götürmək istəyən şəxsin əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya öv ladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar. 119.3. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5119.2.8-ci maddələrində qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar. 119.4. Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur. 119.5. Bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir. 119.6. Bu Məcəllənin 119.2.2-ci maddəsində və 119.2.5-119.2.8-ci maddələrində göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır. Maddə
120. Öv ladlığa götürmək hüququ olan şəxslər 120.1. Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan bu Məcəllənin 121.1-ci və 121.2-ci maddələri ilə müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa götürən ola bilərlər:... 120.1.8. ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla)
18. Azərbaycan Respublikasının İnzibati Pro sessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətç inin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdi rdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələlər apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, bununla bağlı iş materiallarında olan sənədlər nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da dü zgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
25. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqan iddiaçının tələbini onun aylıq gəlirinin yaşayış minimumundan az olmasını əsas gətirərək əsassız hesab edir.
27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks edilmiş arqumentləri ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
28. Ailə Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə görə şəxsin övladlığa götürülən kimi uçota alınması üçün bir neçə əsas olmalıdır. O əsaslardan bir i də ailədə adambaşına düşən orta aylıq gəlirin ailə üzvlərinin hər biri üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmamasıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə isə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilmişdir.
30. İddiaçılar barəsində onların övladlığa götürən kimi qeydiyyata alınmama əsası məhz bu yaşayış minimumu ilə bağlıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların son ill ərdə əldə etdikləri mülkiyyətlərində olan əmlaklar onların faktiki gəlirlərinin dövlətin müəyyən etdiyi yaşayış minimumlarından daha artıq olduğuna dəlalət edir.
32. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışda İddiaçı1 mülkiyyətində xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 36, 38-da yerləşən 806 nömrəli mənzil, xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 306-da yerləşən 7 nömrəli mənzil, xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 204, 204a-da yerləşən 7 nömrəli mənzil, ünvan 1 ünvanı nda yerləşən xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış baş evinin olduğu qeyd edilmişdir (iş vər 110-111).
33. Yuxarıda sadalanan əmlakların hər birinin dəyərinin dövlətin müəyyən etdiyi yaşayış minimumundan dəfələrlə artıq olduğunu nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddiaçıların iddia tələbi əsaslı olmuşdir.
34. Beləliklə, cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqeyi qanuni olmadığını və iş materialları, qanunvericiliyin normaları ilə uyğunluq təşkil etmədiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 21(103)-1955/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.