Məhkəmə qərarları › İş №2-1(102)-3102/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3102/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3102/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X5 XXXnin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-3102/19 Bakı şəhəri 25 dekabr 2019-cu il Açar sözlər: qacqın statusunun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştıraki ilə, tərəflərin iştirakı olmadan, iddiaçı X3 XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2-1(103)-1554/2019 saylı qərarı ndan verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı X5 XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-136/1 saylı, 06 noyabr 2018-ci il tarixli və 04 saylı 03 yanvar 2018-ci il tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının vəsatətini təmin edərək ona “qaçqın” statusunun verilməsinə dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1970-ci ildə İraqın Bağdad şəhərində anadan olmuşdur, İraq vətəndaşıdır, etnik mənsubiyyətinı görə ərəbdir və şiə dini məzhəbinə etiqad edir. İddiaçı İraqda 9 il orta təhsil almış və 2004-cü ilədək orada müxtəlif peşələrdə çalışmışdır. 2004cü ildə iddiaçı işdən evə qayıdan zaman 9 nəfər şəxs onun qarşısını kəsib və huşunu itirənədək onu döymüşdür. Növbəti gün isə iddiaçıya onunla işləyən daha iki nəfərin öldürüldüyü xəbərini almışdır. İddiaçı bundan sonra Suriyaya köçmüş və müharibə başlayana qədər orada yaşamış, daha sonra İordaniyaya və Avstriyaya getmişdir. Avstriyada o, sığınacaq almış və orada aşbaz işləmişdir. İddiaçı 2017-ci ildə ölkəsində vəziyyətin yaxşılaşdığında ümid edərək və ailəsi üçün darıxdığı üçün İraqa qayıtmışdır. İraqa qayıtdıqdan sonra o, X4 adlı dostunun evində yaşamış, evdə olmadığı zaman “Tayyaratul Sadri” adlı silahlı qruplaşma üzvlərinin onu axtardığı məlum olmuşdur. İddiaçı hesab etmişdir ki, onun əsa slı təqib qorxusu olduğundan cavabdehin qərarı qanuni və əsaslı deyildir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2-1(81)1332/2019 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2-1(103)-1554/2019 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmi d Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “qaçqın” statusu verilməsi barədə vəsatətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, onun müsahibə zamanı verdiyi izahatlara əsasən onun ölkəsində təhdid və təqibə məruz qalması barədə sübutların mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı Avstriyada yaşadıqdan sonra könüllü olaraq öz ölkəsinə qayıtmaq istəmişdir ki, bu da onun öz ölkəsində əsaslı təhdid altında olmadığını göstərir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1, 10, 12, 13, “Qaçqın statusunun verilməsi haqqında vəsatətə ba xılması Qaydaları”nın 3-cü maddələri ilə əsaslandırmışdır Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində sadaladığı halları və tətbiq edilməli maddi hüquq normalarını təkrarlamış və cavabdeh tərəfindən hansı maddi hüquq normalarının pozulduğu barədə bildirməklə öz tələblərini irəli sürmüşdür. İddiaçı tərəfindən yol verilən maddi hüquq pozuntusu kimi göstərilmişdir ki, cavabdeh tərəfindən işin mühüm faktları müəyyən edilməmiş və iş üzrə mühüm faktların mötəbərliliyi qiymətləndirilməmişdir. İş üzrə mühüm fa kt iddiaçının öz ölkəsində təqib edilməsi riskidir. Belə ki, iddiaçı öz ölkəsinə qayıdacağı təqdirdə orada “Tayyaratul Sadri” adlı silahlı qruplaşmanın üzvləri tərəfindən təqib edilə bilər. Bu səbəbdən də o, İraqa geri qayıtmaq istəmir. Həmçinin, cavabdeh qaçqın anlayışının maddi-hüquq şərtlərini iddiaçıya düzgün tətbiq etməmişdir. 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyada və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən, qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquq element əsaslı təqib qorxusudur. Cavabdeh əsassız olaraq iddiaçının işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlmiş, iddiaçının müsahibəsində bild irdiyi məlumatları yetərli səviyyədə araşdırmamışdır. Halbuki, iddiaçı işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və onun verdiyi izahatlar mötəbərdir. Buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 9, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 45.2.2-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ Faktiki hallar və sübutlar HİSSƏ Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İraq Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü X2 XXX 01 avqust 2018-ci il tarixdə qaçqın status verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdehin 06 noyabr 2018-ci il tarixli, İQ-136/1 saylı qərarına əsasən İraq Respublikasının vətəndaşı Ammar X1çqın status verilməsindən imtina edilməsi qərara alınmış, həmin qərardan yuxarı inzibati orqana iddiaçı tərəfindən verilmiş şikayət 03 yanvar 2019-cu il ta rixli, 04 saylı qərarla təmin edilməmişdir. İddiaçı öz ölkəsində heç bir social grupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçı öz izahatında Avstriyada yaşadıqdan sonar könüllü olaraq İraqa qayıtmaq istədiyini göstərmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsinin nəticəsinə görə, iddiaçının “qaçqın” statusu verilməsi barədə vəsatətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış və onun müsahibə zamanı verdiyi izahatlara əsasən onun ölkəsində təhdid və təqibə məruz qalması barədə sübutların mövcud olmadığı müəyyən edilmədiyindən, mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinin mahiyyətinə görə, onun əsaslı təqib qorxusu ilə üzləşdiyi hallara dair verdiyi müsahibə cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası aşağıd akılara əsasən dəlillə razılaşmadığını bildirir. “Qaçqınların statusu haqqında” Konvensiyanın 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, diniəlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. “Qaçqınların statusu haqqında” 1967-ci il tarixli Protokolun giriş hissəsinə əsasən, deyilir ki, 1951-ci il iyulun 28-də Cenevrədə imzalanmış Qaçqınların stat usu haqqında Konvensiyanın yalnız 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində qaçqına çevrilmiş şəxslərə şamil olunduğunu nəzərə alaraq, Konvensiya qəbul edildikdən sonra qaçqınlara aid yeni vəziyyətlərin yarandığını və ona görə də buna aidiyyatı olan qaçqınların Konvensiyanın təsirindən kənarda qala bilməsini nəzərə alaraq, Konvensiyada verilən tərifə uyğun gələn bütün qaçqınlarım göstərilən 1951-ci il 1 yanvar tarixindən asılı olmayaraq bərarbər statusa malik olması lüzumu nəzərə alınaraq, aşağıdakılar barədə razılığa gəlmişlər: Bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “ 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...h əmin hadisələr nəticəsində” sözlərini çıxmaq şərti ilə uyğun gələn hər bir şəxs üçün nəzərdə tutulur. (maddə 1, bənd 2) “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəmə yən şəxsdir. Beləliklə, şikayətdə də sadalanmış normaların məzmunu kimlərə qaçqın statusunun verilməli olduğunun əhatə dairəsini müəyyən edir: - irqi əlamətinə görə; - milliyyətinə görə; - dini etiqadına görə; - müəyyən sosial qrupa mənsubluğuna görə; - siyasi əqidəsinə görə. Göründüyü kimi, istər daxili qanunvericilik, istərsə də beynəlxalq hüquq bütün qrupları deyil, dairəsi konkret şəkildə müəyyən edilmiş şəxslərə “qaçqın” statusunun verilməli olmasını müəyyən etmişdir. Müddəaların tələblərinin, yəni iddiaçının vəziyyətinin həqiqətən “qaçqın” anlayışı ilə əhatə edilən şərtlərə cavab verilməsinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qay dalarının” tələblərinə uyğun olaraq müsahibə aparılmışdır. İstinad edilən Qaydaların: - 1-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; - 7-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; - 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Müsahibə nəticəsində cavabdeh inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının bildirdiklərinin bir qisminin sübuta yetirildiyi, lakin vətəndaşı olduğu ölkədə heç bir sosial grupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olmadığı müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində bildirdiyi dəlillərindən də göründüyü kimi, iddaçı yaşad ığı ölkəyə qayıtmaq qorxusunu şərti siyasi mövqeyi ilə qeyri-dövlət gruplaşma tərəfindən təqib olunduğuna əsaslanmışdır ki, sonuncu hal onun siyasi əqidəsinə görə həmin ölkənin himayəsindən istifadə edə bilmədiyi anlamını yaratmamışdır. Bundan başqa, iddiaçının bildirdiklərində bəzi ziddiyyətli məqamların və uyğunsuzluqların olmasını müəyyən edilmişdir. İddiaçı onun həyat üçün təhlükə olduğunu, qayıdarsa onu öldürəcəklərindən ehtiyat etdiyini bildirsə də, lakin Avstriyada qaçqın kimi qəbul edildiyi təxminən 2 il 2 ay orada yaşadığı, lakin özünün sonradan könüllü olaraq İraqa qayıtmaq istədiyi məlum olmuşdur ki, bu da inandırıcılıq baxımından onun dediklərini şübhə altına almışdır. Bundan əlavə o, İraqda yaşadığı son 3 ay ərzində heş bir təqib və təzyiqə məruz qalmadığın bildimişdir. Həmç inin iddiaçının pasportuna baxış keçirilmiş, 2018-ci ilin may ayında Azərbaycana gəldiyi, 15 gün qaldıqdan sonra isə yenidən İraqa qayıtdığı məlum olmuşdur. Bunlar isə onun söylədiklərini təqibə məruz qalması ilə bağlı inandırıcılıq baxımından şübhə altına almışdır. Cavabdehin mübahisələndirilən qərarında bildirilmiş mövqeyi və onunla razılaşan apellyasiya məhkəməsinin nəticəsi yuxarıda istinad edilmiş “qaçqın” statusu anlayışı ilə müəyyən edilmiş şərtlərin mövcud olmamasına düzgün olaraq əsaslanmış və məhkəmə kollegiyası bu nəticə ilə razılaşdığını qeyd edir. Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyasının 1-ci maddəsinin “B” bölməsinin “V” hissəsində göstərilmişdir ki, bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın müddə aları aşağıdakı hallarda daha şamil edilmir: 4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda. İddiaçı verdiyi müsahibədə etiraf etmişdir ki,Avstriyada qaçqın kimi qəbul edildiyi və yaşadığı müddətdən sonra könüllü olaraq İraqa qayıtmışdır. İstinad edilmiş hala və maddi hüquq normaya əsaslanmaqla, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində bildirdiyi dəlil, yəni onun əsaslı təqib qorxusu ilə üzləşməsi verdiyi müsahibəsi ilə öz təsdiqini tapmamış və cavabdeh inzibati orqanın apardığı qiymətləndirmə geniş təfsirə malik olmamış, bildirilmiş hallara söykənmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından düzgün hüquqi qiymət vermişdir. Beləliklə, iddiaçının irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və siyasi əqidəsinə görə təqibə məruz qalması müəyyən edilmədiyindən, onun “qaçqın” statusunun alınmasından cavabdehin imtinası qanunamüvafiq hesab edilməlidir. Məhkəmə kollegiyası iddiaçının sığınacaq, inzibati icraat, pis rəftara məruz qalmamaq hüququnun pozulması ilə bağlı dəlilini “qaçqın” statusunun verilməsindən imtinaya dair gəlinmiş nəticəni yuxarıda göstərilənlərə əsasən əsassız hesab edir və apellyasiya məhkəməsinin qərarının nəticəvi hissəsinə təsir etməyən digər dəlillərin əlavə olaraq qiymətləndirilməsini zəruri hesab etmir. Bu baxımından İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əs as azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bəndinin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə (N 16034/90) qəbul etdiyi 19 aprel 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarına münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə ü zərinə düşən tərəf kimi iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, belə inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmuş, cavabdehin imtinası qanuna zidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquq i qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı X5 XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2-1(103)-1554/2019 saylı qərarı dəyişdirilmədən saxlanısın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar