Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3103/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “xxxx” ASC-ə qarşı iş üzrə QƏRAR (Açar söz: məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiаçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh “xxxx” ASC-ə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehi n fəaliyyətinin dayandırılması və əmlakın satılması yolu ilə ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-1(103)-1766/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh “xxxx” ASC-nin 01.01.2015-ci il tarixdən 01.01.2017-ci il tarixə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinə məcburi dövlət sosial siğorta haqları üzrə 37814.29 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdehə borcun ödənilməsinə dair 3 1.01.2017-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə onun hesablaşma hesablarına 10.02.2017-ci il tarixli sərəncam qoyulmuşdur. Daha sonra, 10.04.2017-ci il tarixdə müəssisə tərəfindən borcun ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin 01.01.2017-ci il tarixə 37814.29 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin 01.01.2017-ci il tarixə 24950.27 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2-1(82)1264/2018 saylı qərarı ilə iddia qismən təmin edilmiş, xxxx” ASC-nin 01.01.2017-ci il tarixə 24950.27 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcu əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin e dilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2-1(82)1264/2018 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2675/2018 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2-1(82)1264/2018 saylı qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2675/2018 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1502/2019 saylı 07.05.2019-cu il tarixli qərar ı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2675/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1766/2019 saylı 21.06.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi prosessual hüquq varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-1(103)-1766/2019 saylı qərardadı ilə 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2-1(82)- 1264/2018 saylı qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-1(103)-1766/2019 saylı qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Kassator “Sosial sığorta haqqında” Qanunun 9-1.1,18-ci maddələrinə, Vergi Məcəlləsinin 1.4-cü maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 31 iyul 2019-c u il tarixli, 2-1(103)-1766/2019 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-1(103)-1766/2019 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-1(1 03)-1766/2019 saylı qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh “xxxx” ASC-nin 01.01.2015-ci il tarixdən 01.01.2017-ci il tarixə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinə məcburi dövlət sosial siğorta haqları üzrə 37814.29 manat borcu yaranmış, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdehə borcun ödənilməsinə dair 31.01.2017-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə onun hesablaşma hesablarına 10.02.2017-ci il tarixli sərəncam qoyulmuş, 10.04.2017-ci il tar ixdə müəssisə tərəfindən borcun ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin 01.01.2017-ci il tarixə 37814.29 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir (“Sosial Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsi). Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1766/2019 saylı 21.06.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 ilə əvəz edilmişdir. Hazırkı iş üzrə iddia tələbi xxxx” ASC-nin 01.01.2017-ci il tarixə 37814.29 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış bor cu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 01.01.2019-cu il tarixədək qüvvədə olan (iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxtda qüvvədə olan) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ var idi. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il ta rixli 1360-VQD nömrəli Qanunla “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzası ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməninin həyata keçirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəza rətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsin ə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən ve rgi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inz ibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan həmin icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbayca n Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ö dəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2019-cu il tarixədək, yəni iddia ərizəsinin verildiyi vaxt qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsini 9-cu abzasında məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ) birmənalı şəkildə ödəmə qabiliyyəti olmaya n sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ qeyd olunmuş, lakin hazırda həmin müddəa ləğv olunmuş, Vergi Məcəlləsində isə vergi orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ qeyd olunmamışdır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi 01.01.2019-cu il tarixdən Vergilər Nazirliyi müəyyən edilmişdir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də açıq-aşkar göründüyü kimi vergi o rqanlarının da ümumi şəkildə əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsini tələb etmək imkanı nəzərdə tutulmamışdır. Belə ki, vergi orqanının hazırkı iddia ilə cavabdehdən dövlət sosial sığorta haqqı üzrə debitor borcunun ödənilməsi məqsədinə nail olmaq istəyirsə, bu halda qanunvericilik icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyətini vergi orqanına vermişdir. Digər tərəfdən vergi orqanı sığortaedənin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi məqsədinə nail olmaq olmaq istəyirsə, bu halda Vergi Məcəlləsinin 90.1-ci maddəsinin tələbinə əsasən sığortaedənin əmlakını siyahıya aldıqdan sonra 30 gün müddətində əgər borc üz rə öhdəlik yerinə yetirlməyibsə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçı qanunvericiliyə əsasən sığortaedənin məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcunun ödənilməsi üçün icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi verə bilər və ya borcun cavabdehin əmlakı hesabına tutulmasına dair iddia ilə məhkəməyə müraciət etməsi üçün onun əmlakını siyahıya almalı və həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul etməli, daha sonra məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icra atında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1,1.2,1.4,2.1,6.1,6.2, və 7 –ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdırki, mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır(1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir(1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur(1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özü nün xidməti vəzifəsinə görə yoxlamalıdır(2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır(6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun(6.2). İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edirki,iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-1(103)-1766/
Məhkəmə qərarları › İş №2-1(102)-3103/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3103/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver