Məhkəmə qərarları › İş №2-1(102)-3104/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3104/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3104/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmlak üzərində qoyulmuş həbsin, qadağanın götürülməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ba kı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X5, bundan sonra üçüncü şəxs) “fərdi yaşayış evinin üzərinə qoyulmuş qadağanın götürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1698/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə X3 cavabdehlər X1, İddiaçı ASC-yə, “xxxx” MMC-yə, 3-cü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 5 avqust 2010-cu il tarixli 154 saylı kredit müqaviləsi və 8 avqust 2010-cu il tarixli 114 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, B akı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evinin İddiaçı ASC tərəfindən hərracla alınması barədə “xxxx” MMC-nin təşkilatçılığı ilə keçirilmiş 03.09.2015ci il tarixli hərracın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən məhkəmə mübahisəsi ilə bağlı Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11.11.2016-cı il tarixli 2(010)-13783/2016 saylı məhkəmə bildirişi DƏDRX Bakı Ərazi İdarəsinə göndərilmiş və nəticədə bildiriş əsasında fərdi yaşayış üzərinə qadağa qoyulmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12795/2017 saylı məhkəmə bildirişi ilə yenidən İddiaçı ASC-yə məxsus fərdi yaşayış evini n üzərinə qadağa qoyulmuşdur. Məhkəmə icraatı zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli qərardadı ilə əmlak üzərinə həbs qoyulmuşdur. Məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərardadı ilə əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan narazı qalan iddiaçı X3 13 iyun 2018-ci il tarixli qərardaddan şikayət vermiş və şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(103)-2479/2018-ci il tarixli məhkəmə bildirişi ilə əmlak üzərinə qadağa qoyulmuşdur. Hazırda əmlak üzərində aşkar edilən qadağaların qoyulmasına əsas olan məhkəmə mübahisələri yekunlaşdığı, məhkəmə aktları qanuni qüvvəyə mindiyi üçün iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilərək həbsin götürülməsi xahiş edilmiş və ərizə təmin edilərək icra edilməsi üçün cavabdehə göndərilmişdir. Nəticədə, fərdi yaşayış evi üzərinə qoyulmuş həbs götürülmüşdür. Daha sonra mülkiyyətçi – iddiaçı tərəfindən əmlak barəsində mülkiyyət hüquqları həyata keçirilərkən Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evinin üzərində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(010)-13783/2016 saylı məhkəmə bildirişi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12795/2017 saylı məhkəmə bildirişi, Bakı Apelyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli, 2(103)-2479/2018 saylı məhkəmə bildirişi əsasında qoyulmuş qadağa aşkar edilmişdir. Fərdi yaşayış evi üzərində məhkəmə bildirişi əsasında aşkar edilən qadağaların iddiaç ının mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyi üçün cavabdehə 20 sentyabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə bildirişləri əsasında qoyulan qadağaların götürülməsini xahiş etmişdir. Cavabdehin 24 sentyabr 2018-ci il tarixli cavab məktubunda qadağanın götürülməsinin yalnız mülki işlər üzrə məhkəmə mübahisəsinə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının idarəyə daxil olduğu təqdirdə mümkün olacağı bildirilmişdir. İddiaçı 12 oktyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evinin üzərinə Suraxanı rayon Məhkəməsinin 11.11.2016-cı il tarixli 2(010)-13783/2016 saylı, Bakı A pellyasiya Məhkəməsinin 22.11.2017-ci il tarixli 2(103)-12795/2017 saylı, Bakı Apellyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli 2(103)-2479/2018 saylı məhkəmə bildirişləri əsasında qoyulmuş qadağaların götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmə bildirişləri əsasında qadağanın qoyulması tam əsassızdır. Belə ki, mülkiyyətçi olaraq iddiaçının əmlak üzərində sərbəst sərəncamvermə hüququ məhdudlaşdırılmışdır. Digər tərəfdən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixdə qəbul etdiyi qərardad icra olunması üçün cavabdehə göndərilərkən qərardadda məhkəmə aktlarının qanuni qüvvəyə minməsini qeyd etmişdir. Həmçinin, qərardad icra olunarkən Bakı şəhəri Suraxan ı Rayon Məhkəməsinin 2(010)- 13783/2016 saylı qərardadı ilə əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür, lakin eyni saylı qadağa isə saxlanılmışdır. Qeyd edilənlərdən göründüyü kimi, heç bir əsas və qanunvericiliyin tələbi olmadan cavabdeh tərəfindən məhkəmə bildirişləri əsasında iddiaçıya məxsus fərdi yaşayış evi üzərinə qadağa qoyulmuşdur. Məhkəmə bildirişi sadəcə məlumat xarakteri daşıyır, inzibati orqan üçün hər hansı məcburi xarakterli göstərişi əks etdirmir. Məhkəmənin 25.12.2018-ci il tarixli qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-360/2019 saylı iş) 5 mart 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evinin üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli 2(010)-13783/2016 saylı, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli 2(103)-12795/2017 saylı, Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2(103)2479/2018-ci il tarixli məhkəmə bildirişləri əsasında qoyulmuş qadağaların götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh imtinasını formal dəlilərlə əsaslandırır. Bu qənaət ondan irəli gəlir ki, cavabdehə məhkəmə bildirişləri müvafiq mülki və ya inzibati işlərlə bağlı daxil olmuşdur və idarəyə prosesin iştirakçısı (iddiaçı, cavabdeh, üçüncü şəxs, maraqlı şəxs və s.)kimi məhkəmə aktları göndərilir. Məhkə mə aktlarının surətinin təqdim olunmadığı (hər hansı səbəbdən)halda, isə cavabdeh özü bu məsələyə təşəbbüs göstərməlidir. Əmlak üzərinə qoyulmuş həbs isə, müvafiq qərardadla götürülmüşdür. İnzibati orqanın özünün də proses iştirakçısı kimi cəlb olunduğu iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının mülkiyyətçi kimi ərizəçidən (hazırkı iddiaçıdan) tələb olunması əsaslı sayıla bilməz, xüsusən də mübahisə başa çatdığı halda. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 mart 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X9-məruzəçi, X11 və X6, 2-1(103)-1698/2019 saylı iş) 24 iyul 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 14 avqust 2019-cu il tarixd ə qərarın surətini almış, 9 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddia ərizəsində qeyd edilən mülki işlər üzrə məhkəmə mübahisəsinə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları rəsmi qaydada məhkəmədən DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış iddiaçıya 24.09.2018-ci il tarixli cavab məktubu göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21.2-ci maddəsinə görə daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında m üvafiq qeydlər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 5.4-cü bəndinə görə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, m əhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Qeyd olunan halların düzgün və ədalətli araşdırılması məqsədilə X2 və “xxxx” MMC müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. əsaslandırma hissəsi: İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Pros essual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin hallarından görünür ki, X3 cavabdehlər X1, İddiaçı ASC-yə, “xxxx” MMC-yə, 3-cü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəs i ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 5 avqust 2010-cu il tarixli 154 saylı kredit müqaviləsinin və 8 avqust 2010-cu il tarixli 114 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evinin İddiaçı ASC tərəfindən hərracla alınması barədə “xxxx” MMC-nin təşkilatçılığı ilə keçirilmiş 03.09.2015-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən məhkəmə mübahisəsi ilə bağlı Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11.11.2016-cı il tarixli 2(010)-13783/2016 saylı məhkəmə bildirişi DƏDRX Bakı Ərazi İdarəsinə göndərilmiş və nəticədə bildiriş əsasında Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşa yış üzərinə qadağa qoyulmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12795/2017 saylı məhkəmə bildirişi ilə yenidən fərdi yaşayış evinin üzərinə qadağa qoyulmuşdur. Məhkəmə icraatı zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli qərardadı ilə əmlak üzərinə həbs qoyulmuşdur. Məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərardadı ilə əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan narazı qalan iddiaçı X3 13 iyun 2018-ci il tarixli qərardaddan şikayət vermiş və şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(103)2479/2018-ci il tari xli məhkəmə bildirişi ilə Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı mənzil üzərinə qadağa qoyulmuşdur. Hazırda əmlak üzərində aşkar edilən qadağaların qoyulmasına əsas olan məhkəmə mübahisələri yekunlaşmış, məhkəmə aktları qanuni qüvvəyə minmiş, İddiaçı ASC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilərək mənzil üzərində həbsin götürülməsi xahiş edilmiş və ərizə təmin edilərək icra edilməsi üçün cavabdehə göndərilmiş, fərdi yaşayış evi üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan sonra Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı tərəfindən əmlak barəsində mülkiyyət hüquqları həyata keçirilərkən üzərində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(010)-13783/2016 saylı məhkəmə bildirişi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12795/2017 saylı məhkəmə bildirişi, Bakı Apelyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli, 2(103)- 2479/2018-ci il tarixli məhkəmə bildirişi əsasında qoyulmuş qadağa aşkar edilmişdir. Fərdi yaşayış evi üzərində məhkəmə bildirişi əsasında aşkar edilən qadağaların iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyi üçün cavabdehə 20 sentyabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə bildirişləri əsasında qoyulan qadağaların götürülməsini xahiş etmiş, cavabdeh məktubunda qadağanın götürülməsinin yalnız mülki işlər üzrə məhkəmə mübahisəsinə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının idarəyə daxil olduğu təqdirdə mümkün olacağı bildirilmişdir. İddiaçı məhkə mə bildirişləri əsasında qoyulmuş qadağaların götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. İşin 7-ci səhifəsində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2018-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evi üzərində qoyulmuş həbs götürülmüş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2018-ci il tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. İşin yuxarıdakı halları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbə si, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evi üzərində məhkəmə qərardadı əsasında həbs qoyulmuş, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərardadı əsasında həbs götürülmüşdür. 23 fevral 2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən adı çəkilən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21.2-ci maddəsinə görə daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ü çün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 5.4-cü bəndinə görə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. İddiaçının mülkiyyətində olan mənzillə bağlı məhkəmə icraatı bitmiş, iş məhkəmədə həllini tapmışdır. Mənzil üzərində həbs də iş məhkəmədə həll edilənədək dayandırıla bilər. İşin məhkəmədə həllini tapması və mənzil üzərində qoyulmuş həbsin götürülməsi barədə cavabdeh rəsmi qaydada məlumatlandırılmışdır. İPM-in 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəllənin 1 5.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş...qərardadı...bütün dövlət hakimiyyəti... orqanları, onların vəzifəli şəxsləri... üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 2704, 13 saylı fərdi yaşayış evi üzərində həbsin götürülməsi barədə qərardadın icrası cavabdeh inzibati orqan üçün məcburidir və hər hansı şərt qoyulmadan icra edilməlidir. Cavabdeh kassasiya şikayətində başqalarının üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməli olmasını bildirmişdir. Hazırkı mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qərardadının icrası ilə bağlı olduğundan şikayətin dəlilləri əsaslı sayıla bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1698/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar