Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3105/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 iyul tarixli 2-1(103)-1615/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 30 avqust tarixli, 9/333 saylı qərarı ilə Novxanı-Görədil bağlar sahəsində 95 saylı Bağ-Tikinti Kooperativin nəzdində 0,12 ha torpaq sahəsi olan 254f saylı bağ x2 ayrılmışdır. x2un adı 95 nömrəli Bağ-Tikinti Kooperativin üzvləri siyahısında göstərilmişdir. x2 2007-ci il 10 iyul tarixdə vəfat etmiş, iddiaçı onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. İddiaçı 2017-ci il 8 dekabr və 2018-ci il 27 iyul tarixli ərizələr ilə cavabdehə müraciət edərək Novxanı-Görədil bağlar sahəsində yerləşən 254f nömrəli torpaq sahəsinin daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh müvafiq olaraq 2017-ci il 22 dekabr və 2018-ci il 20 avqust tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mübahisələndirilən bağın nömrəsi sxematik xəritədə əks olunmamış və qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 1490 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Həmçinin, göstərilən bağ sahəsi ilə bağlı İdarəyə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı daxil olmamışdır. Cavabdeh 2018-ci il 20 avqust tarixli məktubla bildirmişdir ki, mübahisələndirilən bağın nömrəsi sxematik xəritədə əks olunmamış və qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir. İddiaçı 2018-ci i l 11 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Novxanı-Görədil bağlar sahəsində 95 nömrəli Bağ-Tikinti Kooperativin nəzdində sahəsi 0,12 ha olan 254f nömrəli torpaq sahəsinə dair Əhmədov Zahid Həsən oğlunun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Novxanı-Görədil bağlar sahəsində 95 nömrəli Bağ-Tikinti Kooperativin nəzdində sahəsi 0,12 ha olan 254f nömrəli torpaq sahəsinə dair Əhmədov Zahid Həsən oğlunun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədin (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsasla ndırmışdır ki, iddiaçının atası x2 adına Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 9/333 nömrəli, 1989-cu il 30 avqust tarixli qərarına əsasən, Novxanı-Görədil bağlar sahəsində 95 nömrəli Bağ-Tikinti Kooperativin nəzdində sahəsi 0,12 ha olan 254f nömrəli torpaq sahəsi ayrılmışdır. Bu barədə onun adına 2005-ci il 5 aprel tarixli, 23 nömrəli order verilmişdir. Atası 2007-ci il 10 iyul tarixdə vəfat etmişdir. İddiaçı 2017-ci il 13 noyabr tarixdə vərəsəliyin tanınması üçün 29 nömrəli Notariat Kontoruna müraciət etmiş və həmin kontordan cavabdehə iddiaçının adına çıxarışın verilməsi üçün 2017-ci il 13 noyabr tarixli məktub göndərilmişdir. Həmçinin onun tərəfindən lazım olan sənədlər toplanıb həmin idarəyə təqdim edilmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdehin etirazları: Ca vabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktublarında göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 mart tarixli 2-1(82)-231/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Novxanı-Görədil bağlar sahəsində 95 nömrəli Bağ-Tikinti Kooperativin nəzdində sahəsi 0,12 ha olan 254f nömrəli torpaq sahəsinə dair Əhmədov Zahid Həsən oğlunun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədin (arayışın) iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının atası mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etmiş, lakin çıxarış almadan öldüyü üçün iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş atası x2un adına çıxarış tərtib edilərək verilməsini və mülkiyyət hüququnun ölmüş şəxs x2a məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 iyul tarixli 2-1(103)-1615/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən - iddia tələbi “torpaq sahəsinə dair x2 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd olunmuş, qərar qalan hissədə dəyişdirilməd ən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsi ilə bağlı həmin məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəməsi iddia tələbinin rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir və hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 5 avqust tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 4 sentyabr tarixdə kassasiya ş ikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktublarında və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, İdarəyə daxil olmuş sənədlər kserosurətdir və mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşin obyektiv araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfində n inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nə zdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 30 avqust tarixli, 9/333 saylı qərarı ilə Novxanı-Görədil bağlar sahəsində 95 saylı Bağ-Tikinti Kooperativin nəzdində 0,12 ha torpaq sahəsi olan 254f saylı bağ x2 ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqav ilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ ola n şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədə n öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Cavabdeh həmin normal arın tələblərini formal mülahizələrdən çıxış edərək təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin miras qoyanın qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin faktiki yerləşməsi ilə elektron baza məlumatları arasında uyğunsuzluq olması kimi texniki səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq i slahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəs i tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və n ormativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsünün 1200 kv.m qeyd edildiyinə baxmayaraq, faktiki olaraq 1490 kv.m torpaq sahəsindən istifadə edildiyinə dair cavabdehin dəlili də iddianın rədd edilməsinə əsas vermir. Belə ki, iddiaçı sənəd üzrə qeyd edilən 1200 kv.m bağ sahəsinə dair tələb irəli sürmüşdür. Şikayətdə göstərilən dövlət orqanlarının icraata cəlb edilməli olduqlarına dair dəlil də əsassızdır. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanların hüquqi yardımından istifad ə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 iyul tarixli 2-1(103)-1615/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3105/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3105/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver