Məhkəmə qərarları › İş №2-1(102)-3105/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3105/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3105/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “mərhum əri X1 mənzil növbəsindən çıxarılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edil məsi, əlillik kateqoriyasından asılı olmayaraq əlil vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(103)-1040/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X4 1-ci qrup əlil kimi Cavabdeh2 üzvüdür.

2. Bakı şəhəri Cavabdeh1 başçısının xx.xx.2003-cü il tarixli 393 nömrəli sərəncamı ilə Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2003-cü il tarixli 10 nömrəli birgə qərarı təsdiq edilmiş, mərhum D.Əliya rovanın mənzil növbəliyi əri X1 adına keçirilmiş (6 nəfər ailə üzvü ilə - özü, qızı, kürəkəni və 3 nəvəsi) və xx.xx.1988-ci il tarixdən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarixli 379 nömrəli sərəncamı ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən inzibati binası və cəmiyyətin balansında olan yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli 132 mənzilli yaşayış binasındakı 95 boş mənzilin bölgüsünü həyata keçirmək üçün Azərb aycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmrinə əsasən yalnız sədri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan komissiya yaradılmışdır. Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşdur. Komissiya tərəfindən X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X4 cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Cavabdeh2 və Bakı şəhər Cavabdeh1nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, kompensasiya şəklində ona əlillik kateqoriyasından asılı olmayaraq hər hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində ailə tərkibinə və mənzil növbəliliyinə uyğun mənzil şəraiti ilə təmin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nin İ dərəcəli gözdən əlil üzvü olmuşdur. xx.xx.1988-ci il tarixdən beş nəfər ailə tərkibi ilə birlikdə iş yeri üzrə mənzil növbəsinə götürülmüş və mənzil növbəlik siyahısı üzrə yeddinci adam olmuşdur. 1969-cu ildə ona Az GƏC tərəfindən xruşov layihəli 2 otaqlı mənzil verilmişdir. Ailəsinin böyüməsi səbəbi ilə evi məcburiyyət qarşısında qalaraq satmış və 2009-cu ildə övladlarını evlə təmin etdikdən sonra məcburiyyət qarşısında qalaraq özünə daxma (vaqon tipli) almalı olmuşdur. Ailəsinin böyüməsi səbəbindən hal-hazırda iki ailə olmaql a oğlu və öz ailəsi yaşamağa məhkumdur. Uzun illərdir Az GƏC-də mənzil növbəsində olduğu üçün ona hər zaman söz verilmişdir ki, cəmiyyətin təşəbbüsü ilə cəmiyyətə məxsus yataqxananın ərazisində tikilən 132 mənzilli yaşayış binasında ona növbəsinə müvafiq ailə tərkibinə əsasən mənzil veriləcəkdir. Mənzil tikilib istismara hazırlandığı vaxt cəmiyyət rəhbərliyinə müraciət etmiş, ona bildirilmişdir ki, yaşayış binası Az GƏC-in təşəbbüsü ilə cəmiyyətə məxsus ərazidə tikilsə də, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikildiyi üçün nazirlik tərəfindən geniş tərkibli mənzil komissiyası yaradılacaq və bütün gözdən əlillərin mənzil növbəliyi həmin komissiyada müzakirə ediləcəkdir. Komissiyanın yaradılmasını gözləmiş və müraciət etmişdir. Ona şifahi surətdə bildirilmişdir ki, növbəlik sənədləri müzakirə edilir. Mənzil növbəlik sənədlərində heç bir yanlışlıq olmadığına görə və bu günə qədər ona Nərimanov RİH-dən heç bir irad bildirilmədiyindən mənzil növbəliyi əsasında mənzil alacağına əmin olmuşdur. Lakin komissiyada müzakirə edildikdən sonra cəmiyyət rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsi, bağ 728 ünvanlı, 2 otaqlı və yaşayış sahəsi 36 kv.m olan bağ evinin olması səbəbi ilə ona mənzil verilməyəcəkdir.

6. Cavabdehlər iddiaya qarşı yazılı etirazlarını məhkəməyə təqdim etməmişlər. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)1931/2016 nömrəli qərardadı ilə (hakim R.L.Kərimli) iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndəri lmiş və həmin məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)3703/2016 nömrəli qərardadı ilə (hakim M.S.Bayramov) cavabdehlər Cavabdeh2 və Bakı şəhər Cavabdeh1 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində əvəz edilmişlər. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)3703/2016 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2003-cü il tarixdə 1-ci qrup gözdən əlil kimi Cavabdeh1ndə mənzil növbəsinə götürülmüş X3 əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən biri ilə təmin edilməsi cavabdehə həvalə edilmişdir.

10. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmi şdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-448/2017 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3703/2016 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

12. İddiaçı ərizə və kassasiya şikayəti ilə müraciət edərək qərardaddan kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2491/2019 nömrəli qərardadı ilə müddətin bərpası barədə iddiaçının vəsatəti təmin edilmiş, kassasiya şikayəti verilməsi müddəti bərpa edilmiş və şikayət icraata qəbul edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2491/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-448/2017 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. İddiaçı X4 xx.xx.2019-cu il tarixdə öldüyündən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-517/2 020 nömrəli qərardadı ilə iddiaçının hüquqi varisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək inzibati iş üzrə icraat dayandırılmışdır.

16. X1 hüquqi varisi İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. d) kassasiya instansiya məhkəməsində ikinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-584/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-517/2020 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(103)-1566/2021 nömrəli qərardadı ilə iddiaçı X4 hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(103)-1566/2021 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2-1(81)- 3703/2016 saylı qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.

20. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı tələbi - cavabdeh tərəfindən yaradılmış komissiyanın qərəzli qərarları əsasında iddiaçının mənzil növbəlik hüququnun, eləcə də mənzil almaq hüququnun kobud s urətdə pozulduğuna görə kompensasiya şəklində ona cavabdeh tərəfindən əlillik kateqoriyasından asılı olmayaraq hər hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində ailə tərkibinə və mənzil növbəliyinə uyğun mənzil şəraiti ilə təmin edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədədir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsinin məzmunca qeyrimüəyyənliyi də onun mümkünlük şərtinə cavab vermir Belə ki, iddiaçı tələbində hər-hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində mənzil şəraiti ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirsə də, tələbdə mənzilin harada, nə vaxt inşa olunması, hazırki vaxtda belə mənzillərin mövcud olubolmaması aydın deyildir. Həmçinin, id diaçının tələbi - mənzillə təmin edilməyi öhdəliyi barədədir - öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-nin 34-cü maddənin tələblərinə görə öhdəliyin icrası haqqında iddia ilə məhkəmə qaydasında inzibati orqandan müəyyən hərəkətin edilməsi və ya hərəkətdən çəkinməsi tələb olunur. Öhdəliyin icrası haqqında iddia ilə edilməsi tələb olunan hərəkət inzibati aktın qəbul olunmasına yönələn hərəkət ola bilməz. Hazırki iş üzrə iddianın predmeti – iddiaçı tərəfindən tələb olunan müəyyən hərəkətin edilməsi ilə - mənzilin təmin edilməsi öhdəliyi ilə bağlıdır. İddiaçının məqsədi inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlərin edilməsinə nail olmaqdır. Lakin iş materialları ilə müəyyən edilir ki, faktiki xarakterli hərəkətin edilməsi üçün inzibati aktın qəbul edilməsinə ehtiyac var. İşdən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmrinə əsasən yaradılmış Komissiyanın qərarı əsasında iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxarılma ilə bağlı komissiyanın qərarını mübahisələndirməmiş, yenidən uçota alınmasına (bərpa edilməsinə) dair inzibati aktın qəbul edilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. Yəni iddiaçı inzibati orqana qarşı inzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddia qaldırmalı idi. Lakin bunu etməmiş və birbaşa belə hərəkətin keçirilməsi məqsədilə öhdəliyin icrası haqqında iddia qaldırmış, belə bir iddia isə mümkün sayıla bilməz.

21. İddiaçı müddətin bərpasına dair ərizə v ə qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. ə) kassasiya instansiya məhkəməsində üçüncü icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1592/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(103)-1566/2021 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyi təqdirdə, məhkəmə bununla bağlı İPM-in 13-cü maddəsində nəzərdə tutulan yardım etmə vəzifəsini həyata keçirir, daha sonra iddi anın mümkün sayılmaması barədə qərar qəbul edir. Apelyasiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbinə uyğun hərəkət etməmişdir.

24. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, komissiya tərəfindən X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7- 34 nömrəli əmrini düzgün təfsir etməmişdir. İşin 1-cild 93-cü səhifəsində olan cavabdehin 9 fevral 2016-cı il tarixli əmrində X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olması, bu səbəbdən yaşayış sahəsinə ehtiyacı olan qism ində uçotdan çıxarılaraq mənzillə təmin edilməməsi barədə hər hansı müddəa əksini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi A.Hüseynovun mənzil növbəsindən çıxarılıbçıxarılmamasını, mənzil növbəsindən çıxarılma baş vermişsə, bunun qanuni əsasla, səlahiyyətli orqan tərəfindən Mənzil Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilməsini, həmçinin mənzil növbəsindən çıxarılmadığı halda mənzillə təmin edilməməsinin səbəbini müəyyən etməmişdir. Apelyasiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmrinə əsasən yaradılmış Komissiyanın qərarı əsasında iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxa rılma ilə bağlı komissiyanın qərarını mübahisələndirməmiş, yenidən uçota alınmasına (bərpa edilməsinə) dair inzibati aktın qəbul edilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. Yəni iddiaçı inzibati orqana qarşı inzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddia qaldırmalı idi. Lakin bunu etməmiş və birbaşa belə hərəkətin keçirilməsi məqsədilə öhdəliyin icrası haqqında iddia qaldırmış, belə bir iddia isə mümkün sayıla bilməz.

25. Məhkəmə kollegiyası vurğulamışdır ki, apelyasiya məhkəməsi iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılma barədə qərarın mövcud olması, belə qərarın səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliyin tələbinə cavab verməklə qəbul edilməsi barədə araşdırma aparmamışdır. İş materiallarından görünür ki, apellyasiya ins tansiyası məhkəməsi Ali Məhkəmənin 2-1(102)2491/2019 nömrəli, 2019-cu il 20 noyabr tarixli və 2-1(102)2491/2019 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarlarındakı göstərişlərinə əməl etməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsində görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İddiaçı Mənzil Məcəlləsinin 55-ci maddəsinin əsasları olmadığı üçün uçotdan çıxarılmanın qeyri-qanuni olduğunu və ümumiyyətlə uçotdan çıxarılmanın yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olduğunu bildirsə də, apellyasiya instansiyası bu dəlillərə hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarına uyğun iddiaçının tələbinə münasibət bildirməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinin iddiaçı ilə bağlılığını araşdırmamışdır. f) apellyasiya instansiyası məhkəməsində dördüncü icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-1040/2023 nömrəli qərardadları ilə iş üzrə cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tanınmış, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən qəbul edilmiş və Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3703/2016 nömrəli qərardadı ilə Cavabdeh2 və Bakı şəhəri Cavabdeh1 işə 3-cü şəxslər qismində cəlb edilmələri ləğv olunmuşdur.

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-1040/2023 nömrəl i qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli 31 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, mərhum X1 mənzil növbəsindən çıxarılması ilə bağlı inzibati orqanın hərəkəti qanunsuz hesab edilmiş, X1 hüquqi varisi İddiaçı əlillik kateqoriyasından asılı olmayaraq əlil vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

28. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsindən çıxarılması ilə bağlı hər hansı inzibati icraat aparılmamış, bu barədə inzibati akt da qəbul edilməmişdir. Qeyd olunmalıdır ki, inzibati orqan ın Aslan Hüseynovu mənzil növbəsindən çıxarması onun mülahizələrində etiraf olunur, ona görə də bu fakt işin mübahisəsiz halıdır. Beləliklə, Aslan Hüseynovun mənzil növbəsindən çıxarılması inzibati orqanın faktiki xarakterli hərəkətlərinin nəticəsi olmuşdur. Hazırki işdə mərhum Aslan Hüseynov mənzil növbəsindən çıxarılmamışdan öncə, inzibati orqan tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçının (mərhumun) mənzil növbəsinə götürülməsinin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının (X5) iştirakının, həmçinin onun dinlənilmə hüququn un təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İşdə olan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçı Bakı şəhəri Cavabdeh1 başçısının 393 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2003-cü il tarixli 10 saylı birgə qərarı ilə təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi onun adına keçirilən şəxsdir, onun xx.xx.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edildiyi halda bu barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, inzibati orqan daxi li nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi mərhum iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi mənzil növbəsinə götürülməsi ilə bağlı inzibati aktı mübahisələndirmədən, həmin inzibati akt qüvvədə ola-ola onun mənzil növbəsindən çıxarılması barədə inzibati akt qəbul etmədən faktiki xarakterli hərəkətlər etmişdir, yəni mərhum Aslan Hüseynovu mənzil növbəsindən çıxarmışdır ki, bununla da mərhum iddiaçının qanunla qorunan “mənzil təminatı” hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

29. Eyni zamanda, inzibat i orqan istinad etdiyi kimi, əgər X5 normadan artıq mənzil sahəsinə malik olduğu üçün onun mənzil növbəsindən çıxarılması barədə qərara gəlmişdisə, bu barədə müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb icraatın sonunda müvafiq inzibati akt qəbul etməli idi. Yalnız X5 mənzil növbəsindən çıxarılmasının qanuni əsasları müəyyən edildiyi halda inzibati orqan onun (mərhumun) iştirakı ilə müvafiq inzibati akt qəbul edildikdən sonra onun mənzil növbəsindən çıxarılması hərəkətini edə bilərdi. X5 mənzil növbəsində olmasına dair əvvəlki inzibati akt (müvafiq icra hakimiyyəti orqanının qərarı) qüvvədə olduğu halda, inzibati orqan həmin qərarı mübahisələndirmədən və mərhumun iştirakı olmadan, inzibati icraat qaydalarına uyğun olmayaraq aparılmış hərəkətlərlə mərhumu mənzil növbəsindən çıxarması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, cavabdehin həmin faktiki xarakterli hərəkətlərinin (və ya inzibati aktının) qanuniliyi və əsaslılığını şübhə altına almış olur. Hazırki işdə inzibati orqan X5 mənzil növbəliyinin olmasına və bu barədə inzibati aktın qüvvədə olmasına baxmayaraq, onu inzibati icraat aparmadan və müvafiq inzibati akt qəbul etmədən faktiki xarakterli hərəkətlər etməklə mənzil növbəsindən çıxarmışdır ki, bu da mərhumun sağlığında mənzillə təmin olunması ilə bağlı olan hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə kimi qiymətləndir ilir, hansı ki, həmin müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, iş üzrə iddiaçı mərhum Aslan Hüseynov İ qrup əlil olduğundan və o, müvafiq olaraq 08 iyul 2003-cü il tarixdə Cavabdeh1ndə 6 nəfər ailə üzvü ilə mənzil növbəsinə durduğundan, mənzillə təmin edilməli şəxs olub, əlillər üçün inşa edilən çoxmənzilli yaşayış binalarında mənzil növbəliliyinə uyğun olaraq müvafiq mənzillə təmin edilməli olan şəxslər kateqoriyasına daxil olduğu üçün onun hüquq varisinin hazırki iddiası əsaslıdır.

30. Bununla yanaşı, məhkəmə araşdırmaları zamanı o da müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etirazının əsası kimi çıxış edən xx.xx.2016-cı il tarixli 11/7-34 saylı əmrinin mərhum Aslan Hüseynova aidiyyətı olmamışdır. Belə ki, həmin əmrin məzmununda mərhum Aslan Hüseynovla bağlı hər hansı müddəa əks olunmamışdır. Ona görə də inzibati orqan tərəfindən Aslan Hüseynovun mənzil növbəsindən çıxarılması ilə bağlı hər hansı inzibati aktı olmadığı üçün və belə inzibati akt məhkəməyə təqdim olunmadığından onun mənzil növbəsindən çıxarılması barədə inzibati orqanın faktiki xarakterli hərəkəti qanunsuz olmuşdur. Kollegiya onu da nəzərə almışdır ki, X5 qanunsuz olaraq mənzil növbəsindən çıxarılması hərəkəti (inzibati akt qəbul edilmədən) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən icra edilsə də, hazırki vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə təmin olunması üçün tədbirlər görmək vəzifəsinin adı çəkilən Nazirliyin Sosial Xidmətlər Agentliyinə tapşırılması nəzərə alınaraq, məhkəmə kollegiyası cavabdeh Nazirliyi tabeliyindən olan həmin Agentliklə əvəz etmişdir. Yəni, hazırki cavabdeh mərhum Aslan Hüseynovu qanunsuz mənzil növbəsindən çıxarmış inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan qurumdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 375321 nömrəli 02 oktyabr 1993-cü il nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X2 02 oktyabr 1993-cü il tarixdə nikaha girərək ailə həyata qurmuşlar. Belə olan halda Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 393 nömrəli mərhum D.A.Əliyarovanın mənzil-uçot işi əri Aslan Hüseynovun adına keçirilməsi haqqında Sərəncam etibarsızdır. Adı çəkilən şəhadətnaməyə görə Aslan Hüseynov 2003-cü il tarixində artıq Zərqələm Babayeva ilə nikah münasibətlərində idi. İddia tələbi subyektiv hüquq olmayan iddiaçı X4 tərəfindən irəli sürülmüş, sonra isə İddiaçı tərəfindən davam etdirilmişdir. İlkin növbəyə durmuş imtiyazlı şəxs D.Əliyevaya münasibətdə Zərgələm Hüseynova keçmiş həyat yoldaşının ikinci dəfə ailə qurduğu şəxs hesab olunur. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri:

32. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

43. Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kv.m. və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. 34. “Əlilliyi olan şəxslərin hüquqları h aqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qayd ada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz Maddə 32.3. İnzibati orqan ər izəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqan ına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. Yaşayış sahələri qanunla n əzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. Bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 37. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tə sdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

38. Azərbaycan Respublikası Prezidentinin 648 saylı xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur.

39. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” Bənd

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. Bənd

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar-mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlə r. Bənd

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bənd

5. Aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mən zil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar.

40. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materialla rla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

45. Məhk əmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

46. İşin faktiki hallarından görünür ki, X4 1-ci qrup əlil kimi Cavabdeh2 üzvü olmuşdur. Bakı şəhəri Cavabdeh1 başçısının 393 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2003-cü il tarixli 10 saylı birgə qərarı təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi əri X1 adına keçirilmiş və (6 nəfər ailə üzvü ilə özü, qızı, kürəkəni, 3 nəvəsi) xx.xx.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmişdir. Daha sonra Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri müvafiq olaraq yaradılmış komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar.

47. Cavabdeh bildirmişdir ki, adı çəkilən Komissiya tərəfindən X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin xx.xx.2016-cı il tarixli əmrində X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olması, bu səbəbdən də yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməməsi barədə hər hansı müddəa əksini tapmamışdır.

48. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişinə əməl etməklə müvafiq araşdırma aparmış və haqlı olaraq göstərmişdir ki, inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsindən çıxarılması ilə bağlı hər hansı inzibati icraat aparılmamış, bu barədə inzibati akt qəbul edilməmişdir. İnzibati orqanın Aslan Hüseynovu mənzil növbəsindən çıxarması onun mülahizələrində etiraf olunur, ona görə də bu fak t işin mübahisəsiz halıdır. Aslan Hüseynovun mənzil növbəsindən çıxarılması inzibati orqanın faktiki xarakterli hərəkətlərinin nəticəsi olmuşdur. Bununla da, X5 qanunla qorunan “mənzil təminatı” hüququna qanunsuz olaraq müdaxilə edilmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan X5 mənzil növbəsində olmasına dair inzibati aktın qüvvədə olmasına baxmayaraq, onu inzibati icraat aparmadan və müvafiq inzibati akt qəbul etmədən faktiki xarakterli hərəkətlər etməklə mənzil növbəsindən çıxarmışdır ki, bu da mərhumun sağlığında mənzillə təmin olunması ilə bağlı olan hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədir. Lakin cavabdeh hazırki vəziyyətdə həmin müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir.

50. Sonda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlillərinə, yəni Aslan Hüseynovun 2003-cü il tarixdə Zərqələm Babayeva ilə nikah münasibətlərində olması və bu səbəbdən Bakı şəhəri Cavabdeh1 xx.xx.2003-cü il tarixli 393 nömrəli mərhum D.A.Əliyarovanın mənzil-uçot işi əri Aslan Hüseynovun adına keçirilməsi haqqında sərəncamın etibarsız olmasına münasibətdə qeyd edir ki, sözügedən Bakı şəhəri Cavabdeh1 xx.xx.2003-cü il tarixli 393 nömrəli sərəncamı hazırki vaxtda mübahisləndirilməmiş, ləğv edilməmiş və əlverişli inzibati akt olmaqla qüvvədədir. Cavabdeh inzibati orqan isə qüvvədə olan inzibati aktı öz-özlüyündə “qanunsuz” hesab etməklə iddiaçını mənzil növbəsindən çıxarmışdır ki, bununla bağlı cavabdehin hərəkətləri yuxarıda sadalanan səbəblərdən qanunsuz olmuşdur.

51. Göstərilənlərə əsasən, məhkəmə kollegiya sı hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-1040/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar