Məhkəmə qərarları › İş №2-1(102)-3108/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3108/2019

19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3108/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs «xxxx» MMC-yə qarşı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1185/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ «xxxx» MMC ilə İddiaçı arasında bağlanılmış 16 avqust 2006-cı il tarixli, 72 C saylı daşınmaz əmlakın (yaşayış mənzilinin) sifarişi üzrə müqaviləyə əsasən «xxxx» MMC inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, 563-cü məhəllə, Kazım Kazımzadə küçəsi,123 ünvandakı 2b saylı binada yerləşən 94a saylı mənzili İddiaçı verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən verilmiş 17 noyabr 2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, mənzilin razılaşdırılmış dəyəri İddiaçı tərəfindən ödənilmişdir və onun hər hansı qalıq borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 103 nömrəli, 05.03.2011-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev küçəsi, 563-cü məhəllədə 17 mərtəbəli 2 girişli yaşayış binası (poçt ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 563cü məhəllə, Kazım Kazımzadə küçəsi,123) mövcud vəziyyətdə ist ismara qəbul edilmişdir. İddiaçı müraciət edərək həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, cavabdeh 35 gündən artıq vaxt ərzində hərəkətsizlik nümayiş etdirərək müraciəti cavablandırmamışdır. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəmə müraciət edərək mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, sözügedən yaşayış binasına“xxxx” MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzil və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının q eydiyyatı aparıla bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-348/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarı (hakim - M.T.Hacıbəyova) ilə iddia tələbi təmin edilərək X1 adına Bakı şəhəri, Yasamal rayonu, 563-cü məhəllə, Kazım Kazımzadə küçəsi,123 ünvandakı 2b saylı binada yerləşən 94a saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1185/2019 saylı, 01 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həm idov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və həmin sənədlərin əslləri ərizəyə əlavə olunmamışdır. Bundan başqa, müvafiq mənzilə dair mən zil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və çoxmərtəbəli müvafiq mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktı (istismara icazə) idarəyə təqdim edilməmişdir. Bundan əlavə, müvafiq mənzil “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşir və mənzilə dair sənədlər mənzil tikinti kooperativi tərəfindən deyil, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiqlənmişdir. Lakin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzil-tikinti kooperativinə keçməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, müvafiq mənzil əvvəlcə “xxxx” MMC-nin adına ilkin qeydiyyata alınmalı və yalnız bundan sonra “ xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətiilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydiyyata alınmalıdır. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsini n mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Bununla yanaşı, iddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz təqrdim edərək şikayətin dəlillərinin Ali Məhkəmənin formalaşdırdığı ümumi məhkəmə təcrübəsinə və qanunvericiliyinə tələblərinə uyğun olmadığı üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göst ərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdə n çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mül kiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsini n) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qanunvericiliyin göstərilən müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməli olduğu ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdəki sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzilin tikin tisinin sifarişi üzrə 16 avqust 2006-cı il tarixdə “xxxx” MMC ilə İddiaçı arasında müqavilə bağlanılmış, mənzilin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Hər bir halda, mənzilə dair müqavilə bağlanılmış, həmin müqavilənin dəyəri tamamilə ödənilmişdir. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 103 nömrəli, 05.03.2011-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən bina istismara qəbul edilmişdir. Kollegiya cavabdehin istinad etdiyi yaşayış binasına «xxxx» MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlili də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış 16 avqust 2006-cı il müqavilə ilə «xxxx» MMC inşa etdiyi binadakı mənzili dəyərini almaqla satmışdır. Ona görə də, həmin mənzilə dair «xxxx» MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. Məhkəmə kollegiyası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimələyən norma kimi hazırkı iddiaya tətdiqi əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçın ın mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1185/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar