Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3109/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 10.12.2019 Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı müharibə əlilinin pensiy asına əlavənin hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarından cavabdeh İdarətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Qara oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (hazırda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsidir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının İİ qrup Qarabağ müharibəsi iştirakçısı kimi aldığı pensiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən, yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş № 2-1(81)-602/2019) iddianın təmin edilməsi; iddiaçıya İİ qrup müharibə əlili kimi aldığı pensiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən, yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 2-1(103)1426/2019) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şi kayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayət verərək, qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış etmiş cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məh kəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixliqərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili S.Orucov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı İİ qrup əlildir; 04.03.2004-cü il tarixdə ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 743 saylı, 11 dekabr 2014-cu il tarixli Qərarı ilə iddiaçının əlilliyinin səbəbli əlaqəsi dəişdirilmiş, “Hərbi Travmadır, Azə rbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İddiaçının yenidən şəhadətləndirilməsindən sonra onun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib edilərək cavabdeh İdarəyə göndərilmiş və sonuncu tərəfindən iddiaçıya 01 iyul 2015-ci ildən hərbi qulluqçu kimi, əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona təyin edilmiş pensiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş əlavələrlə birgə yenidən hesablanması üüçün cavabdeh İdarəyə ərizə ilə müraciət etmişdir. Lakin, həmin inzibati orqan iddiaçıya ünvanladığı 13 fevral 2019-cu il tarixli cavab məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmiş və bu zaman göstərilmişdir ki, əmək pensiyasının sığorta hissəsinə əl avələri nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin qulluq stajına görə əlavələri alan şəxslərə şamil edilməsi mümkün hesab edilmir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün İdarəyə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə, əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə mə lumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2, 19.17 və 26-cı maddələrinə əsasən, yaşa görə əmək pensiyası alan müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə əmək pensiyasının baza hissəsinin üzərinə müvafiq əlavələr hesablanır. Həmin əlavələrin hesablanması üçün şəxsin müharibə iştirakçıları sırasından olan əlil olması kifayətdir. İddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlil olması işin mübahisələndiriməyən halıdır. Ona görə də, iddiaçıya İİ qrup müharibə əlili kimi, aldığı pensiyanın “Əmək pensiyaları haqqında” A zərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh İdarəyə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyil, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7-ci maddəsini düzgün şərh edə bilməmişdir. Həmin maddəyə görə, onda aşağıda göstərilən məbləğlərdə əlavələr yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olana əlillərə verilir. Yəni, müharibə əlilləri və ya müharibə iştirakçısı olan şəxslər sonradan əlil olmuşsa, əgər onlar yaşa görə əmək pensiyası görə əmək pensiyası alırlarsa, 19.1.7-ci maddədə sadalanmış əlavələri almaq hüququna maikdirlər. Hazırki halda iddiaçı müharibə əlili olsa da, əlilliyə görə pensiya alır, bu hal da yuxarıda qeyd edilən maddədə nəzərdə tutulmuş əlavənin ona şamil edilməsini istisna edir. Məhkəmə kollegiyasının fikrincə, qanunverici, ona görə bu şəxsləri, yəni əlil olan yaşa görə əmək pensiyaçıları fərqləndirir və “mükafatlandırır” ki, onlar əlil olsalar da, vaxtilə əmək fəaliyəti ilə məşğul olub kifayət gədər əmək (sosial sığorta) stajını toplamışlar, həlbəttəki, sözügedən şəxslərin bu stajı və onların bunun nəticəsində toplamış olduqları sığorta kapitalı, adətən, əlilliyə görə əmək pensiyası alan şəxslərin stajı və kapilalı ilə müqayisədə d aha çoxdur. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanun olmuş, iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, bu işdə araşırılmalı olan mübahisəli məsələ qalmamış, ona görə də iş üzrə iddianın rədd olunması haqqında yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarı ləğv edildməli, iş üzrə yeni qərar qəbul edilməli; iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3109/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3109/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver