Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3109/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüquq, hüquqi maraq ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) «çıxarışın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 2-1(103)-2401/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2020-ci il tarixli “Bağışlama müqaviləsi”nə əsasən iddiaçının atası X11 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 8 ünvanında yerləşən 0.06237 ha torpaq sahəsini üçüncü şəxs X2 anası X7 bağışlamışdır.
2. X4 Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi, 8”D” saylı ünvanında yerləşən 0.0141 ha torpaq sahəsi üzrə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bundan sonra Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X12 ünvan 1 ünvanında yerləşən 0.0141 ha torpaq sahəsini X2 mülkiyyətinə vermiş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Müvafiq lisenziyaya malik "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 2 ünvanda yerləşən X2 mülkiyyətində olan 0.0141 ha torpaq sahəsində inşa edilmiş 224.85 kv.m fərdi yaşayış evinə dair Memarlıq və Planlaşdırma Bölməsi cavabdeh orqana təqdim edilmişdir.
5. Mülkiyyət hüququ qeydiyyata alınarkən məlumatlandırma icraatı qaydasında xx.xx.2020-ci il tarixdə X10 tərəfindən Sabunçu rayon icra hakimiyyətinə müraciət edilməsinə dair ərizə də cavabdeh orqana təqdim edilmişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən v ahid əmlak kimi 224.85 kv.m fərdi yaşayış evinə və 0.0141 ha torpaq sahəsinə X2 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
7. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.
8. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birin ci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evin X2 xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və göstərilən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ailə üzvləri, yəni arvadı X14, oğlanları İddiaçı, X15 və qızı üçüncü şəxs X10 ilə birlikdə ünvan 3 ünvanında yaşamışlar. 2004-cü ildə həmin ailədə olan razılığa əsasən yaşadıqları həyətdə 2 mərtəbəli evin inşasına başlamışlar. Ailə üzvləri evin tikintisi başa çatdıqdan sonra İddiaçı valideynləri, öz gələcək həyat yoldaşı, habelə bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədova ilə həmin evdə, ailənin digər oğlu Nemətin isə ailə üzvləri ilə köhnə evdə yaşayacaqları barədə razılığa gəlmişlər. Ev ata Vaqif Əhmədovun və oğul İddiaçı vəsaiti və zəhməti hesabına tikilərək tikinti 2010-cu ildə başa çatmışdır. 2010-cu ilin noyabr ayında evin inşası başa çatdıqdan sonra İddiaçı ailə həyatı quraraq, valideynlərinin və bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədovanın razılığı və iştirakı ilə iddiaçı Əfsanə Əhmədovanın cehiz əşyaları ilə birlikdə gəlin kimi həmin evə köçürüb, ər-arvad qismində birgə yaşamağa başlam ışlar. 2017-ci ildə iddiaçıların vəsaiti və zəhməti hesabına evin 3-cü mərtəbəsi, yəni mansardı inşa edilmişdir. Evin 1-ci və 3-cü mərtəbələrinin plastik qapı və pəncərələrinin pulu və ustaların zəhmət haqqı oğul İddiaçı tərəfindən ödənilmişdir. Evin döşəməsi, tavanı və bir sıra inşaat işləri sırf İddiaçı vəsaiti hesabına həyata keçirilmişdir. Evin tikintisinə üçüncü şəxs Leyla Əhmədovanın və ya hər hansı başqa bir şəxsin heç bir vəsaiti və əməyi sərf olunmamışdır. 2010-cu ilin noyabr ayında evin inşası başa çatdıqdan sonra İddiaçı ailə həyatı quraraq iddiaçı Əfsanə Əhmədovanı gəlin kimi, ailə üzvü qismində ilk olaraq həmin evə köçürüb ər-arvad qismində birgə yaşamağa başlamışlar. Təxminən 1-2 ay sonra İddiaçı valideynləri və bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədova həmin evə köçərək bir likdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. 2017-ci ildə tərəflər aralarında olan razılığa əsasən belə qərara gəlmişlər ki, evin 3-cü mərtəbəsini, yəni mansardını inşa etsinlər. Yaşadıqları ərazinin plana düşməsi barədə gedən söz-söhbətlə əlaqədar, evin plana düşəcəyi təqdirdə İddiaçı bacısı Leyla Əhmədovaya 1 otaqlı mənzil alıb, qalan pula isə özlərinə ev almaqla bağlı şərt kəsmişlər. Beləliklə, İddiaçı və həyat yoldaşının qazancı hesabına mansardı həmin ildə inşa edib başa çatdırmışlar. Bu səbəbdən evin mansard hissəsinə İddiaçı həyat yoldaşı Əfsanə Əhmədovanın da mülkiyyət hüququ vardır. Qeyd olunanlar bir daha onu sübut edir ki, İddiaçı atası ilə birlikdə inşa etdikləri ev ümumi mülkiyyət hüququ əsasında Vaqif Əhmədova, İddiaçı və onun həyat yoldaşı iddiaçı Əfsanə Əhmədovaya məxs usdur. Belə olduğu halda iddiaçılar İddiaçı və onun həyat yoldaşı Əfsanə Əhmədovanın məlumatı və razılığı olmadan, həmin daşınmaz əmlakın, evin inşasında heç bir vəsait xərcləməyən və heç bir əməyi olmayan, İddiaçı bacısı üçüncü şəxs Leyla Əhmədovanın adına rəsmiləşdirilməsi tam qanunsuzdur. Göründüyü kimi, üçüncü şəxs X2 adına (********** qeydiyyat nömrəli) çıxarış verilərkən qanunsuzluğa yol verilmişdir. Ona görə də həmin çıxarış ləğv olunmalıdır.
11. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edərək iddiaçıların iddia tələbinun qanunsuz və əsassız olduğu üçün mümkün sayılmamasını xahiş etmişlər. Qeyd edilmişdir ki, iddiaçıların belə bir iddia tələbi irəli sürməsi üçün subyektiv hüquqları yoxdur. İddiaçılar iddia tələbini onunla əsaslandırırlar ki, 200 4-cü ildən ailə başçısı Vaqif Əhmədovun təşəbbüsü ilə sözü gedən evin inşasına başlanılsa da onun tikintisində Əhmədovun oğlu, İddiaçı həm maliyyə dəstəyi göstərmiş, həm də bilavasitə iştirak etmişdir. Tikinti tam başa çatmasa da, 2010-cu ildən ailə həyatı qurmuş İddiaçı həyat yoldaşı Əfsanə Əhmədova da yeni tikilmiş evə gəlin gələrək bütün ailə ilə birlikdə orada yaşamışlar. Teymurun atası Vaqif Əhmədovla aralarında tikilmiş evin bölüşdürülməsinə dair şifahi razılığı olsa da, 2020-ci ilin dekabrında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi evin mülkiyyətçisi kimi X5 tanıyaraq müvafiq çıxarış vermişdir. İşin hallarından məlumdur ki, ev X2 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçılar onların həmin torpaq sahəsi üzərində inşa edilmiş evdə mülkiyyət payının olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici və ya hüquqtəsdiqedici sənəd və s. sübut təqdim etməmişlər. Vaqif Əhmədov da özü tərəfindən inşa edilmiş evdə oğlu İddiaçı mülkiyyət payının olduğunu təsdiq etmir. İddiaçıların mübahisələndirilən evdən istifadə hüququnun olması isə ona dair mülkiyyət hüquqlarının olduğunu ehtiva etmir. İddiaçıların mübahisə predmeti olan daşınmaz əmlakda paylarının olması inzibati qaydada deyil, mülki məhkəmə icraatı qaydasında müəyyən edildiyi halda cavabdehə Dövlət Reyestrindən verilmiş çıxarış mübahisələndirilə bilərdi.
12. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı, 02 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-(112)-71 86/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs əsl olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir.
14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 224,65 kvm olan tikiliyə dair hissəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin e-2-(112)-867/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakim X18) iddia təmin edilmiş, X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 224,65 kv.m olan tikiliyə dair hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qər ara alınmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınması üçün torpağa və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə dair hüquq müəyyənedici sənəd olmasına baxmayaraq, inzibati icraat materiallarında sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd mövcud olmamışdır. İş materiallarından görünür ki, üçüncü şəxsin (X2) mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd edilən maddələrində göstərilən sənədlər hüququ qeydə alınmış şəxs tərəfindən cavabdeh inzibati orqana təqdim edilməmiş habelə, məhkəmə araşdırması zamanı belə sübutların mövcudluğu öz təsdiqini tapmamışdır. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyatı həyata keçirilərkən müvafiq qanunvericliyin tələbləri pozulmuşdur.
18. Üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 2-1(103)-2401/2024 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X6 və X8) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin e -2-(112)-867/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. 20 Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzbati orqan 3-cü şəxsin hüquqlarının qeydiyyatını həyata keçirərkən fərdi yaşayış evinin 2013-cü ildən sonra inşa edildiyi nəzərə alınaraq bununla bağlı müvafiq icraatı həyata keçirmişdir. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı 3-cü şəxs olan X2 xx.xx.2020-ci il tarixli ərizəsində sözügedən yaşayış sahəsini məlumatlandırma icraatı qaydasında inşa etdiyini bildirmişdir. Belə olan halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən (məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün) - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) bilavasitə məlumat verilməsini təsdiq edən sənədlər mövcud olmuşdur.
21. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11, 15-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
23. Qeyd edilir ki, üçüncü şəxs ola n X10 mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli Qanununda əks olunan sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməmiş, hətta birinci instansiya məhkəməsi tərəfindən araşdırılma aparılarkən belə sübutların mövcudluğu öz təsdiqini tapmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 8 ünvanında yerləşən daşınmaz əmlakın X2 adına rəsmiləşdirilməsi zamanı müvafiq qanunvericiliyin tələblərinə riayət edilməməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dö vlət reyestrindən çıxarışın verilməsinin qanunvericiliyin tələblərinə uyğun olduğu və həmin çıxarışın ləğv olunması üçün əsasın olmadığı qənaətinə gəlmişdir. Lakin, iş materiallarında olan dəlillərdən və birinci instansiya məhkəməsinin mövqeyindən göründüyü kimi həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınan zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
24. Üçüncü şəxs kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır.
29. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
30. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyy ətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1. 1-ci maddəsi).
31. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona g örə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd).
33. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxl amalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd)
34. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli o lan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı fərdi yaşayış evi üzərində 3-cü şəxs X2 adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatı n ləğv edilməsinə yönəlmişdir.
37. Öz mövqeyini əsaslandırarkən iddiaçı mübahisəli fərdi yaşayış evinin onun vəsaiti hesabına tikildiyinə istinad etmişdir.
38. Məhkəmə kollegiyası iddiaçının arqumentləri ilə razılaşmayaraq bildirir ki, fərdi yaşayış evinin (həm də) iddiaçının vəsaiti hesabına tikilməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir.
39. Beləliklə, yuxarıdakı halları ümumiləşdirən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün iddiaçının subyektiv hüquqi mövcud deyildir. İddianın mümkünlük şərti ilə bağlı tələb ödənilmədiyindən, iddia tələbinə mahiyyəti üzrə baxılması prosessual qanunvericilik baxımından yol verilməzdir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 2-1(103)-2401/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) «çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.