Məhkəmə qərarları › İş №2-1(102)-311/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-311/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-311/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı “mərhum əri X 1982-1993-cü illərdə X rayon Rabitə Qovşağında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək və ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın hesablanması öhdəliyinin cavabdehin ü zərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-485/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı mərhum əri X 01.10.1982-ci ildən 01.11.1993-cü ilədək X rayon Rabitə Qovşağında işləmiş və 25.12.2017-ci ildə vəfat etmişdir. DSMF-in Mingəçevir şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 02.04.2018-ci il tarixli 346 №li qərarı ilə iddiaçıya 25.12.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt iddiaçının mərhum əri Xn 1982-1993-cü illərdə Xrayon Rabitə Qovşağında işlədiyi müddət sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin müddətin sosial sığorta müddətinə daxil edilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsindən xahiş etmiş, lakin sonuncu özünün 10.04.2018-ci il tarixli **/**** №-li cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, həmin illər üzrə sənədlər işğal zonasında qaldığı üçün yoxlanılması mümkün olmamışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X 1982-1993-cü illərdə X rayon Rabitə Qovşağında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın hesablanması zamanı həmin illərin nəzərə alınaraq pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 11 iyul 2018-ci il tаrixli, 2-1(84)-944/2018 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia qismən təmin edilmiş, iddiaçı Iddiaçı mərhum əri X 01.10.1982-ci ildən 01.11.1993-cü ilədək X rayon Rabitə Qovşağında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın hesablanması zamanı həmin illərin nəzərə alınaraq pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöb əsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi Şəki İnzibаti İqtisаdi Məhkəməsinin 11 iyul 2018-ci il tаrixli, 2-1(84)-944/2018 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-485/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisаdi Məhkəməsinin 11 iyul 2018-ci il tаrixli, 2-1(84)-944/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən X rayon Rabitə Qovşağının sənədlərin işğal zonasında qaldığı üçün iddiaçının mərhum ərinin işlədiyi 1982-1993-cü illərin qarşılıqlı yoxlanılmasının mümkün olma ması səbəbi ilə həmin müddətin onun sosial sığorta stajına daxil edilməməsi əsassızdır. Müvafiq sənədlərin arxivdə mövcud olmaması sığortaolunan iddiaçının təqsiri deyildir və müvafiq sənədlərin arxivə təhvil verilməsi də onun vəzifəsi deyildir. Bu vəzifə sığortaedənlərə-X rayon Rabitə Qovşağına aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-485/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə əmək kitabçasında 1993-cü ilə qədər olan qeydlər latın qrafikalı möhürlə təsdiqlənmişdir. Bundan əlavə əmək kitabçası 10.10.1996-cı il tarixdə doldurulmuşdur. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan əmək kitabçasını mötəbər sübut kimi qəbul etmişdir. Kassator Mülki Prosessual Məcəllənin 405, 407, 417.1.3, 418-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 91, 96-cı maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-485/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Mə hkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-485/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə bağlı qeyd edir ki, iddiaçının mərhum əri X 01.10.1982-ci ildən 01.11.1993-cü ilədək X rayon Rabitə Qovşağında işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının mərhum əri X məxsus əmək kitabçasında da onun 01.10.1982-ci ildən 01.11.1993-cü ilədək X rayon Rabitə Qovşağında işləməsi öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər t ərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının mərhum ərinin əmək kitabçasında qeyd olunan 01.10.1982-ci ildən 01.11.1993-cü ilədək X rayon Rabitə Qovşağında işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən X rayon Rabitə Qovşağının sənədlərin işğal zonasında qaldığı üçün iddiaçının mərhum ərinin işlədiyi 1982-1993-cü illərin qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbi ilə həmin müddətin onun sosial sığorta stajına daxil edilməməsi əsassızdır. Müvafiq sənədlərin arxivdə mövcud olmaması sığortaolunan iddiaçının təqsiri deyildir və müvafiq sənədlərin arxivə təhvil verilməsi də onun vəzifəsi deyildir. Bu vəzifə sığorta edənlərə-X rayon Rabitə Qovşağına aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddi açının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etm işdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şə hər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-485/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar