Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-311/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (bağ sahəsinə hüququn qeydə alınması və çıxarış verilməsi, hüquqi yardım). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, iddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC üçüncü şəxslər olmaqla) «bağ torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında» iddia tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2109/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxxx bağ sahəsinin onun adına rəsmiləşdirilməsini və çıxarış verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin onunla bağladığı 32577 saylı, xx xxx 2004-cü il tarixli müqaviləyə əsasən xxxxsaylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Onun istifadəsində olan xxxxsaylı bağ sahəsi zərurət yarandığı üçün köçürülmüş və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olan xxxx bağ sahəsi ilə əvəz edi lmişdir. İstifadəsində olan xxxx bağ sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2018-ci il tarixli məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci və Azərbaycan Respublikası İPM-nin 45-ci maddələrinə istinad etməklə cavabdehin üzərinə xxxx bağ sahəsinin onun adına rəsmiləşdirilməsi və çıxarışın verilməsi barədə öhdəliyin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 sonradan məhkəməyə iddia tələbinin dəyişdirlməsi barəd ə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən 32577 №li xx xxx 2004-cü il tarixli «bağın istifadəyə verilməsi haqqında» müqaviləyə əsasən ayrılmış, sahəsi 0.12 ha olan xxxxsaylı bağ sahəsinin sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx xxx 2019-cu il tarixli iclasinda iddia tələbinin ərizəyə uyğun dəyişdirilməsi qərara alınmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)1030/2019 s aylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)1030/2019 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini bildirsə də, sözügedən sahənin iddiaçıya qanuni əsaslarla ayrılmasını nəzərə almamış, uyğunsuzluğun aradan qaldırılması ilə bağlı inzibati araşdırma aparmamışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu tarixli, 2-1(103)-2109/2019 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 21(82)-1030/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edi lməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və onları düzgün tətbiq etməmiş, həmçinin şikayətdə qeyd olunan digər halları qanunamüvafiq qaydada araşdırmamışdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. “6850” saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur və sözügedən ərazi digər bağçılıq yoldaşlığı üçün ayrılmış ərazilərə aiddir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə, iddiaçiya **********93 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə araşdırma zamanı sözügedən əmlakın sənəd üzrə sahəsi 1200,0 kv.m təşkil etsə də, faktiki olaraq 1196,0 kv.m olduğu müəyyən edilmişdir. Həmçinin, həmin bağ sahəsində bir mərtəbəli mansardlı bağ evi, bağlı su hovuzu, sanitar qovşağı aşkar edilmişdir. Bundan başqa, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq vardır. Belə ki, bölgü sxeminə istinadən xxxxsaylı bağ sahəsi əvəzinə başqa bir bağ sahəsinin ərazisindən istifadə edilir. Beləliklə, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və ş ikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış, ekspertiza təyin edilməsi ilə bağlı idarənin vəsatəti təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə koll egiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi q aydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin onunla bağladığı xx.xx.2004-cü il tarixli, 32577 saylı müqaviləyə əsasən xxxxsaylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Onun istifadəsində olan xxxxsaylı bağ sahəsi zərurət yarandığından köçürülmüş və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin mülkiyyə tində olan xxxx bağ sahəsi ilə əvəz edillmişdir. Beləliklə də, iddiaçı xxxx bağ sahəsinə hüququnun rəsmiləşdirilməsini və çıxarış verilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xxxx bağ sahəsinə deyil, xxxxsaylı bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarış verilməsini xahiş etmiş, bu barədə ərizədə tələbinin dəyişdirilməsini əsaslandırmamış, işə baxan aşağı instansiya məhkəmələri də bunun səbəbini aydınlaşdırmamışlar. Halbuki, qeyd olunduğu kimi, iddiaçı özü ərizəsində xxxxsaylı bağ sahəsindən zəruriyyətlə əlaqədar xxxx bağ sahəsinə köçürüldüyünü göstərmiş, beləliklə də dolayısı yolla olsa da, hazırda xxxxsaylı bağ sahəsinin deyil, xxxx bağ sahəsinin onun istifadəsində olduğunu bildirmişdir. Təsadüfi deyil ki, iş materiallarında olan, iddiaçı tərəfindən istifadə olunan torpaq sahəsinin sxemində də ünvan “xxxx, bağ nömrəsi 6850/6988” qeyd edilmiş, qonşu bağ sahələrinin nömrəsi isə müvafiq olaraq 6989 və 6990 göstərilmişdir. Beləliklə də, iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən istifadə olunan torpaq sahəsinin sxeminin məhz iddia olunan xxxxsaylı bağ sahəsinə aid olub-olmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Halbuki, məhkəmə iddiaçının xxxxsaylı bağ sahəsinə hüququnun qeydə alınması nəticəsinə gələrkən iş materiallarında olan, xx.xx.2012-ci ildə tərtib olunmuş istifadə olunan torpaq sahəsinin sxeminə hüquqi qiymət verməli, həmin sxemin bu bağ sahəsinə aid olub-olmamasını aydınlaşdırmalı idi. Bundan başqa qeyd olunmalıdır ki, iddianın təmin edilməsi nəticəsinə gələrkən aşağı instansiya məhkəmələrinin istinad etdiyi yeganə sübut xxxxsaylı bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair 32577 saylı xx xxx 2004-cü il tarixli müqavilədir. Həmin müqavilənin 2-ci bəndində bu müqavilə 10 il müddətinə bağlandığı, 16-cı bəndində müqavilə müddətinin xx xxx 2004-cü ildən xx xxx 2014-cü il tarixədək olduğu qeyd olunur. İşdən görünür ki, iddiaçı 2019-cu ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edəndə yuxarıda göstərilən müqavilənin müddəti bitmişdir və müqavilə müddətinin uzadılmasına dair iş materiallarında heç bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən müqavilə müddətinin uzadılıbuzadılmamasını aydınlaşdırmamı ş, faktiki olaraq müddəti bitmiş müqaviləyə istinad edərək iddianı təmin etmişdir. Həmçinin, istinad edilən müqavilədən görünür ki, həmin müqavilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 97 saylı sərəncamı əsasında bağlanmışdır. İş üzrə obyektiv nəticəyə gəlmək üçün həmin sərəncam da tələb olunub tədqiq edilməli olduğu halda, bu istiqamətdə araşdırma aparılmamışdır. Nəhayət, iddiaçı tələbində bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsini xahiş etmiş, aşağı instansiya məhkəmələri isə onun bağ sahəsini hansı hüquq (mülkiyyət, istifadə, icarə) əsasında qeydiyyata aldırmağı arzuladığını aydınlaşdırmamış, bu barədə ona hüquqi yardım göstərilməli olduğu halda, belə yardım göstərilməmiş, beləliklə də İPM-in 13-cü maddəsinin tələbinə əməl edilməmişdir. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPMnin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Bu maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu mü ddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma natamam aparılmışdır. Odur ki, apelyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə yenidən ətraflı araşdırma aparmalı, əlavə sübutlar tələb etməli və yalnız bundan sonra tələbə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar əsaslandırılmamışdır. Apelyasiya məhkəməsi özünün bu vəzifəsini yerinə yetirmədiyindən onun tərəfindən çıxarılmış qərar ləğv edilməklə iş təkrar baxışa qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2109/2 019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-311/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-311/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver