Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-311/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli 2-1(103)-1708/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-129/2021 nömrəli qərarı ilə (hakim Aytən Oruczadə) iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli 2-1(103)-1708/2021 nömrəli qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Həmid Həmidov və Səadət Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-129/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmə qərarı iddiaçıya 04 oktyabr 2021-ci il tarixində təqdim edilmişdir.
5. İddiaçı 23 noyabr 2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli 2-1(103)-1708/2021 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 21 dekabr 2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 21 yanvar 2022-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur
7. İddiaçı 21 yanvar 2022-ci il tarixində məhkəməyə ərizə təqdim edərək kassasiya şika yətinin mümkün hesab edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, apellyasiya şikayəti ilə əlaqədar ona heç bir məlumat verilməmiş, iddiaçı özü qərarın surətini əldə etmək üçün məhkəməyə müraciət etmiş və 02 noyabr 2021-ci il tarixində həmin qərarı rəsmi qaydada əldə etmiş, 22 noyabr 2021-ci il tarixində isə kassasiya şikayəti vermiş, bununla da prosessual müddəti ötürməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (-) 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbu lundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
9. Mülki Prosessual Məcəllə Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (-) KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası prosessual müddətin ötürülməməsi barədə iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan xəbərnamədən (iş v.157) görünür ki, iddiaçı mübahisələndirilən qərarı 04 oktyabr 2021-ci il tarixində xəbərnaməyə imza etməklə şəxsən almışdır.
11. İddiaçı isə 23 noyabr 2021-ci il tarixində kassasiya şikayəti vermiş, bununla da məhkəmə qərarından şikayət veri lməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür.
12. Göründüyü kimi, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarı barədə vaxtında məlumatı olmadığını iddia etsə də, iş materialları ilə iddiaçının bu dəlili təkzib olunur.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli 2-1(103)-1708/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.