Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-311/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *7 mart N*N3-cü il tarixli, N-*(**3)-***/N*N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin *7 dekabr N**8-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olan 7*N nömrəli hərbi hissə komandirinin *N.*N.*99N - 3*.*N.*99N-ci il, **.*5.*993 - 3*.*N.*993-cü il tarixli nizami hissə üzrə əmrlərində, habelə, yanvar – may *994-cü il tarixli nizami hissə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Kürdəmir Rayon Hərbi Komissarlığının Qeydiyyat və Səfərbərlik şöbəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ə daxil olmamışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin *9 mart N**9-cu il tarixli *63 nömrəli arxiv arayışında arxiv sənədlərinə istinadən iddiaçının (kapitan) dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissənin və N5*3N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən aşağıdakı məlumatlar bildirilir: 2.1. X3 *4 fevral *998-ci il tarixli *4 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin *9 mart *998-ci il tarixli 68 nömrəli əmri ilə Silahlı Qüvvələrdə “Zabit heyətinin xidmətkeçmə” Əsasnaməsinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul edilib, hərbi hissədə siyasi və sosial işlər üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; 2.2. X3 *5 fevral *999-cu il tarixli ** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin *6 fevral *999-cu il tarixli ** nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən azad edilərək N5*3N saylı hərbi hissəyə keçirilmişdir; 2.3. X3 *5 fevral *999-cu il tarixli ** nömrəli əmrinə əsasən N5*3N nömrəli hərbi hissə komandirinin *9 fevral *999-cu il tarixli 49 nömrəli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, X7 üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; 2.4. X3 3* iyun *999-cu il tarixli 54 nömrəli əmrinə əsasən N5*3N nömrəli hərbi hissə komandirinin *6 iyul *999-cu il tarixli *8* nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarı lıb, *7 iyul *999-cu il tarixdən X3 sərəncamına göndərilmişdir; 2.5. X3 *3 oktyabr *999-cu il tarixli 8* nömrəli əmrinə əsasən N5*3N nömrəli hərbi hissə komandirinin ** noyabr *999-cu il tarixli 3*7 nömrəli əmri ilə X3 sərəncamından gəlmiş hesab edilərək, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, əməliyyat taborunda X7 üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; 2.6. X3 3* yanvar N***-ci il tarixli 6 nömrəli əmrinə əsasən N5*3N nömrəli hərbi hissə komandirinin ** fevral N***-ci il tarixli 4* nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin *56-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq tutduğu vəzifədən azad edilərək, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla, Silahl ı Qüvvələrdən ehtiyata buraxılıb, *4 fevral N***-ci il tarixdən Kürdəmir RHK-ya göndərilmişdir.
3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, Daxili İşlər Nazirliyi X7 İdarəsi *3 mart N*N*-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında məhz, atəşkəs dövründə dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissədə xidmət etdiyi qeyd olunmuşdur. Bu səbəbdən də, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr *995-ci il tarixli N*6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən qaldırılan məsələnin müsbət hə lli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehlər Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi X7 İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, *99N-ci ilin avqust ayının N8-dən *996-cı ilin noyabr ayının *6-dək Kürdəmir Rayon Hərbi Komissarlığında Səfərbərlik və qeydiyyat şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. *99N-ci ildə qismən səfərbər lik elan olunmuş, *993-cü ilin noyabr ayında bütün rayonlarda olduğu kimi, Kürdəmir rayonunun motoatıcı bölüyünün komplektləşdirilməsində və şəxsi heyətin Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinə döyüş tapşırığını yerinə yetirmək üçün təhvil verilməsində yaxından iştirak etmiş, hərbi hissəni müxtəlif səbəblərdən özbaşına tərk etmiş əsgərləri və onlardan toplanmış silah və sursatları adlı siyahı və qaimələrlə hərbi hissəyə və müxtəlif yerlərdə yerləşən təlim toplanış məntəqələrinə təhvil vermişdir. Bütün bunları Kürdəmir rayonunun bütün ictimaiyyəti və onunla bir şöbədə işləmiş və hazırda həmin şöbədə işləyən şəxs (X5) də təsdiqləyə bilər. Bütün sənədlər hal-hazırda Kürdəmir Rayon Hərbi Komissarlığında (SHXÇD Xidmətinin Kürdəmir rayon şöbəsi) saxlanılır. Dəfələrlə rəsmi müraciət etsə də, ona müvafiq köməklik göstərilməmiş, hətta ərizələrə cavab verilməmişdir. Bundan sonra Kürdəmir RİH-nə müraciət etmiş, sənədlərin bir hissəsi ona cavab məktubu ilə göndərilmişdir. Cavab məktubunda göstərilmişdir ki, ezamiyyət jurnalı məhv edildiyi üçün onun barəsində heç bir məlumat yoxdur. Lakin bu işə o, məsuliyyət daşımır. Zabitdir, əmrə tabedir, əmri yerinə yetirmişdir. Həmin şəraitdə verilən əmr müzakirə olunmur. O, *998-ci ilin fevral ayından *999-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Füzuli – Cəbrayıl istiqamətində Respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirən əməliyyat alayında siyasi şöbədə kapitan rütbəsində ön mövqedə Arazboyu, Cocuq Mərcanlı, Lələtəpə və adsız yüksəkliklər uğrunda döyüş şə raitində xidmət etmişdir. Bununla əlaqədar, Daxili İşlər Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsin xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. O, hərbi xidmətdə olarkən ürək çatışmazlığı, stenokardiya, şəkərli diabet, hipertoniya və digər xəstəliklərə düçar olmuşdur və bu gün də bu xəstəliklərdən əziyyət çəkir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) *8 iyun N*N*-ci il tarixli, N-*(**N)4N**/N*N* nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı Daxili İşlər Nazirliyinin tabeliyindəki (döyüş bölgəsində yerləşən) müvafiq hərbi hissədə xidmət etsə də, onun xidmət dövrü *994-cü ilin may ayının *N-dən sonrakı dövrə təsad üf edir. Onun *994-cü ilin may ayının *N-dən əvvəlki dövrdə, yəni *99N-*994-cü illərdə xidmətinə gəldikdə isə, onun həmin vaxt döyüş əməliyyatlarında iştirakını təsdiqləyən heç bir sübut mövcud deyildir. Belə olan halda, iddiaçının hazırki cavabdehlərə qarşı iddia qaldırmaq üzrə subyektiv hüququ yaranmır. Həmçinin, iddia ərizəsində bir neçə inzibati orqanlar birgə cavabdehlər kimi göstərilmişdir, lakin hazırkı işin xüsusatları və iddiaçının gətirdiyi dəlillər, əsaslar birgə iştirakçılıq meyarları ilə uzlaşmır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E. Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.M.Məmmədov) *8 sentyabr N*N*-ci il tarixli, N-*(**3)-*458/N*N* nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *8 iyun N*N*-ci il tarixli, N-*(**N)-4N**/N*N* nömrəli qərardadı ləğv edilmiş və inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, *5.*7.N*N*-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə vəsatət daxil olmuş, vəsatətdə Bakı İnzibati Məhkəməsinin *8 iyun N*N*-ci il tarixli, N-*(**N)-4N**/N*N* nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsinin Azərbaycan Respublikasının Vəkillər XN həvalə olunması haqqında qərar qəbul edilməsi xahiş olunm uşdur. Lakin birinci instansiya məhkəməsi bu vəsatətə heç bir yazılı münasibət bildirməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qeyd etmişdir ki, iddia ərizəsində bir neçə inzibati orqan birgə cavabdehlər kimi göstərilmişdir, lakin hazırkı işin xüsusatları, o cümlədən iddiaçının gətirdiyi dəlil və əsaslar İPM-in 3*-cu maddəsində təsbit olunmuş “birgə iştirakçılıq” meyarları ilə uzlaşmır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin *3-cü maddəsinə nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya cavabdeh orqanların dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində dörd inzibati o rqan göstərilməsini nəzərə almamış, iddiaçıya məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təklif etməmiş (yəni, konkret olaraq, cavabdeh qismində hansı inzibati orqanı göstərməsi), bu barədə iddiaçıya bildiriş ünvanlanmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) *N sentyabr N*N*-ci il tarixli N*(**N)-73*8/N*N* nömrəli qərardadı il ə Daxili İşlər Nazirliyi cavabdeh kimi cəlb edilmiş, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi X7 İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) *3 mart N*NN-ci il tarixli, N*(**N)-NN3/N*NN nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının DİO-da xidməti *4 fevral *998-ci il tarixdən başlandığından, onun həmin dövrdən sonrakı xidməti üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş zonasında döyüş əməliyyatlarında iştirakı və yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi il ə bağlı ezamiyyətdə olması zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması barədə hər hansı sübut və dəlil təqdim edilməmiş, eləcə də məhkəmə icraatında bununla bağlı hallar müəyyən olunmamışdır. Bundan başqa, hazırkı məhkəmə icraatında iddiaçının sonuncu xidmət yeri Daxili İşlər Nazirliyi olsa da, onun əvvəlki xidməti üzrə orqanda fəaliyyəti (SHXÇD Xidməti) zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda *988-ci il fevralın *-dən *994-cü il mayın *N-dək erməni millətçi dəstələrinə qarşı müvafiq rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etməsi, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara konkret olaraq döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə tutarlı sübut da təqdim edilməmişdir. Belə olan halda isə, məhkəmənin qənaətinə görə, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat *6. Apellyasiya baxışı zamanı iddiaçının 7*N nömrəli hərbi hissədə *99N-*994-cü illərdə xidmət keçməsi barədə əmrlərin, hərbi uçot kartının, arxiv arayışının və digər zəruri sənədlərin təqdim olunması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanmış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin *3 dekabr N*NN-ci il tarixli *835 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı *N.**.N**5-ci il tarixdə pasport qeydiyyatını Abşeron rayonuna dəyişən zaman 5* yaşı tamam olduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən hərbi vəzifəli kimi qeydiyyata alınmamışdır. Odur ki, iddiaçı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin arxiv uçot sənədlərində heç bir məlumat aşkar edilməmişdir. *7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) *7 mart N*N3-cü il tarixli, N*(**3)-***/N*N3 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *3 mart N*NN-ci il tarixli, N-*(**N)-NN3/N*NN nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. *8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. *9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, döyüş zonasında tapşırıq yerinə yetirməsi ilə bağlı ezamiyyətdə olması faktı SHXÇDX-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş N9.*4.N*N3-cü il tarixli arayışda öz əksini tapmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Cavabdeh kassasiya şikayət inə qarşı etiraz verərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr *995-ci il tarixli, N*6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd *. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda *988-ci il fevralın *-dən *994-cü il mayın *N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hi ssə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin *994-cü il *N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Pre zidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X* Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9*. Mübahisə ilə bağlı iş ə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.*. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən * ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin *3*.3-cü və *3N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ** gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəril məlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.*. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübah isə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın N3-cü bəndində istinad olunan Əsasnamənin *-ci hissəsinin 8-ci yarımbəndinə əsasən,... *994-cü il *N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilməsi nəzərdə tutulmuşdur.
31. İstinad olunan Əs asnamənin qeyd edilən yarımbəndinin aşkar tələbinə görə, atəşkəs dövründə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı statusu verilməsi üçün onların döyüş əməliyyatlarında iştirak etməsi ilə yanaşı, həm də döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması da tələb olunur.
32. Hazırkı iş üzrə iddiaçı tələbini onunla əsaslandırır ki, *998-ci ilin fevral ayından *999-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Füzuli – Cəbrayıl istiqamətində Respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirən əməliyyat alayında siyasi şöbədə kapitan rütbəsində ön mövqedə Arazboyu, Cocuq Mərcanlı, Lələtəpə və adsız yüksəkliklər uğrunda döyüş şəraitində xidmət etmişdir.
33. İddiaçı *99 4-cü il *N may tarixindən sonra döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə hər hansı dəlil irəli sürməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən Əsasnamənin *-ci hissəsinin 8-ci yarımbəndinin dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmədiyindən, iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.
35. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının əvvəlki xidməti üzrə fəaliyyəti zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda *988ci il fevralın *-dən *994-cü il mayın *N-dək erməni millətç i dəstələrinə qarşı müvafiq rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etməsi, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara konkret olaraq döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə də məhkəməyə mötəbər sübutlar (müvafiq ezamiyyət vərəqəsi və s.) təqdim edilməmiş, qeyd edilən hallar məhkəmə araşdırmaları zamanı sübuta yetirilməmişdir.
36. Sonda məhkəmə kollegiyası iddiaçının kassasiya dəlilinə münasibətdə qeyd edir ki, SHXÇDX-nin Abşeron rayon şöbəsinin N9.*4.N*N3-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən (qaimə və adlı siyahı) görünür ki, Xidmətin Kürdəmir rayon şöbəsindən daxil olmuş silah və sursatlar 7*N nömrəli hərbi hissəyə, eyni zamanda hərbi qulluqçular hərbi hissələ rə təhvil verilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sənədlər iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara konkret olaraq döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, həmin sənədlər kserosurət olmaqla, onların harada tərtib və təsdiq edilməsini də müəyyən etmək mümkün deyildir.
38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *7 mart N*N3-cü il tarixli, N*(**3)-***/N*N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.