Məhkəmə qərarları › İş №2-1(102)-3110/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3110/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3110/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1734/2019 saylı 23 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 16 avqust 1961-ci il təvəllüdlü İddiaçı cavabdeh inzibati orqan tərəfindən 03 sentyabr 2012-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixdə dəyişiklik edildikdən sonra iddiaçı aldığı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdehə müraciət e tmiş, cavabdeh tərəfindən 09 yanvar 2019-cu il tarixli, **********9 saylı məktubla cavab verilərək göstərilmişdir ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanuna edilmiş 10 mart 2017-ci il tarixli dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığı üçün sözügedən dəyişikliyin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 01 iyul 2017-ci il tarixdə dəyişiklik edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Re spublikası Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 avqust 1961-ci ildə Bakı şəhərində anadan olmuş, əmək fəaliyyətinə 22 avqust 1978-cü ildə başlamışdır. Həmin tarixdən 10.10.2011-ci il tarixədək müxtəlif vəzifələrdə işləmiş, 14.09.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 saylı TSEK tərəfindən 2-ci dərəcəli əlillik dərəcəsi verilmişdir. İddiaçı 15 mart 2012-ci il tarixdə X1 ilə nikaha daxil olmuşdur. X3 05 aprel 2012-ci il tarixdə vəfat etdikdən sonra 03 sentyabr 2012-c i il tarixdə həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2- ci maddəsinə əsasən mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyə edilmiş dəyişikliyə müvafiq olaraq 17.12.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin onun müraciətinə cavabdeh tərəfindən imtina verilmiş və bu onun pensiya hüquqlarını pozmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. İddiaçı tələbinin maddi hüquqi əsası kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 3.1, 4.1, 20.17.2, 30.2-ci maddələrinə istinad etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1194/2019 saylı, 14 may 2019cu il tar ixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qızının ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin 01 iyul 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1734/2019 saylı 23 iyul 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1194/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 iyul 2017-ci i l tarixdən qüvvəyə minmiş redaksiyası iş üzrə İddiaçı qızının vəziyyətini yaxılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına 01 iyul 2017-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1734/2019 saylı 23 iyul 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən “hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərba ycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə- ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2- ci maddəsinə əsasən “ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır”. Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının hüquq qazandığı tarix Qanundan əvvəlki dövrü əhatə etdiyindən iddiaçıya şamil edilməsi qanunvericiliyə uyğun deyildir. Kass ator İPM-nin 90. 92, 94-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1734/2019 saylı 23 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1734/2019 saylı 23 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 16 avqust 1961-ci il təvəllüdlü İddiaçı cavabdeh inzibati orqan tərəfindən 03 sentyabr 2012-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixdə dəyişiklik edildikdən sonra iddiaçı aldığı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 09 yanvar 2019-cu il tarixli, **********9 saylı məktubla cavab verilərək göstərilmişdir ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanuna edilmiş 10 mart 2017-ci il tarixli dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2 017-ci il tarixdən əvvəl yarandığı üçün sözügedən dəyişikliyin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.17.2-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilədək olan redaksiyası) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.76-cı maddəsinə əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən (01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziy a) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Sadalanan normaların tələblərindən göründüyü kimi, 01 iyul 2017-ci ildən etibarən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, iddiaçı nın aldığı ailə başçısını itirməyə görə əmək pensiyasının miqdarı artmışdır. Qanunvericiliyə edilmiş dəyişikliyin iddiaçıya tətbiq edilməsindən imtina edən ibcavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının ailə başçısı itirməyə görə əmək pensiyası almaq hüququ 01 iyul 2017-ci ilədək yarandığı üçün ona tətbiq edilməməlidir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bundan əlavə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 87.1- ci maddəsində qeyd edilir ki, normativ h üquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. (87.2) Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarının hazırkı işə tətbiqi baxımından düzgün olaraq belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyası iş üzrə İddiaçı qızının vəziyyətini yaxılaşdırd ığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına 01 iyul 2017-ci il tarixdən hesablanaraq ödənilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1734/2019 saylı 23 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar