Məhkəmə qərarları › İş №2-1(102)-3111/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3111/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3111/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin icraata cəlb edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçilər X8 oğlu və Camalzadə Məhərrəm Asəf oğlunun “üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi və icraatın təzələnməsi” barədə ərizələrinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-3096/2024 saylı qərardadından ərizəçilər X8 oğlu və Camalzadə Məhərrəm Asəf oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin ə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 6 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 425 kv.m, 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m olmaqla, cəmi 1275 kv.m olan, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m, 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m, 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m olmaqla, cəmi 1905 kv.m olan, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1045 kv.m olan, A.M.Şərifzadə 33 ünvanında yaşayış binasının 4-cü bloku, 1-ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m olan, İ.Zülalov küçəsi, 19 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 596.4 kv.m, həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəində, ümumi sahəsi 131.2 kv.m, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 435 kv.m həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 740 kv.m olan qeyriyaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2903/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 635 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 635 kv.m. olan, 3-cü mərtəbəsində ümumi sahəsi 635 kv.m. olmaqla, cəmi 1905 kv.m. olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov küçələrinin kəsişməsində yerləşən 6 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 2-ci mərtəbəsində ümumi sahəsi 425 kv.m., 3-cü mərtəbəsində ümumi sahəsi 425 kv.m. olmaqla cəmi 1275 kv.m., olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 1-ci, 2-ci və 3-cü blok, 1-ci mərtəbəsind ə yerləşən ümumi sahəsi 1045 kv.m. olan, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış binasının 4-cü bloku, 1- ci mərtəbəsində, ümumi sahəsi 361.3 kv.m. olan, A.M.Şərifzadə küçəsi 571 saylı ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 198.5 kv.m. olan, İ.Zülalov küçəsi, 19 ünvanında yaşayış binasının 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m. olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 596.4 kv.m. olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 131.2 kv.m., olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 435 kv.m. olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 ünvanında yerləşən yaşayış bi nasının 1-ci mərtəbəsində ümumi sahəsi 740 kv.m. olan qeyri-yaşayış sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2903/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə qəbul edilmiş v ə apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2903/2019 nömrəli məktubu ilə xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********12 nömrəli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarının icr a edildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. X7 Tahir oğlu xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2903/2019 nömrəli qərarı üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 2-1(82)-2903/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 Tahir oğlunun “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatı n təzələnməsi” barədə ərizəsi təmin edilməmişdir.

8. X6 Asəf oğlu xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Camalzadə Məhərrəm Asəf oğlunun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2903/2019 nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Qərardaddan narazı qalan X7 Tahir oğlu şikayət verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019-cu il nömrəli qərardadının ləğv edilməsi, vəsatətinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində bi rinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2-1(103)-658/2024 saylı qərardadı ilə (hakimlər: Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(82)-2903/2019 saylı qərardadı ləğv edilmiş, ərizəyə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

11. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 2-1(82)-2903/2019 saylı, 10 iyun 2024-cü il tarixli qərardadı ilə ərizəçilər X8 oğlunun və Camalzadə Məhərrəm Asəf oğlunun “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi, icraatın təzələnməsi” barədə ərizələri təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi X7 Tahir oğluna münasibətdə qeyd etmişdir ki, hazırkı halda iş üzrə yuxarıda sadalanan müqavilələr, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş hallar onu deməyə əsas verir ki, ərizəçi T.İbrahimli iddia etdiyi 650 kv.m ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı satqı müqaviləsi bağladıqdan sonra qısa müddətdə MMC tərəfindən onun sahibliyində 650 kv.m sahənin tam ölçüdə ona təqdim edilmədiyini və həmin ölçüdə qeyri-yaşayış sahəsinə sahib olmadığını bilirdi. Bunu bilməyinin göstəricisidir ki, T.İbrahimli həmin müqavilələri rəhbər tutub xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq 650 kv.m ölçüdə olan sahəyə deyil, 480 kv.m sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. H ətta məhkəmə qərarı 480 kv.m ölçüdə qeydiyyatla bağlı olsa da qərarın icrası gedişində T.İbrahimli sahibliyində yalnız 303 kv.m ölçüdə olan sahəni inzibati orqana qeydiyyata almaq üçün naturada təqdim etmiş və 303 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatının rəsmiləşdirilməsi üçün ərizəçi yenə həmin "xxxx" MMC –nin eyni rəhbərliyi ilə yeni bir müqavilə-xx.xx.2020-ci il tarixdə payın verilməsi barədə müqavilə bağlamış, nəticə etibarı ilə 303 kv.m ölçüdə sahəyə dair müqavilə imzalayaraq qeydiyyat orqanına təqdim etmişdir. Göründüyü kimi ərizəçi üçün hüquqlarının pozulduğunu bildiyi vaxt və bilməli olduğu vaxt tarixləri demək olar ki, eyni vaxta təsadüf edir. Ərizəçi isə qeyd edilən vaxtdan ən tezi Bakı İnzibati Məhkəməsində əsas iddia ilə müraciət etdiyi xx.xx.2020-ci ildən hesablandıqda 1 il 03 ay sonra, ən geci MMC ilə sonuncu dəfə müqaviləni bağladıqdan - xx.xx.2020-ci il tarixdən hesablandıqda isə 9 aydan sonra xx.xx.2021-ci il tarixdə hazırkı üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, hətta ərizəçi üçün qeyd edilən müddət məhdudiyyətinin tətbiq edilməməsi belə hazırkı halda ərizəçinin qərarın ləğvi və məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsinə bilavasitə əsaslar vermir. Hazırkı iş üzrə İddiaçı mülkiyyət hüququnun qeydiyyatına dar qanuni qüvvəsini almış inzibati məhkəmə tərəfindən qəbul edilmiş qərar olsa da, həmin qeydiyyatın kökündə əmlaka olan əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər müqavilə, maliyyə arayışı dayanır. Ərizəçi T.İbrahimli ərizəsinin hüquqi əsas ı kimi hüquqmüəyyənedici sənəd qismində 3 ədəd fərqli müqavilələri təqdim etmişdir. Eyni əmlaka dair isə bir neçə şəxsin adına bir neçə fərqli müqavilələrin olması həmin müqavilələrdən yalnız birinin etibarlı hüquqmüəyyənedici sənəd qismində tanınmasını zəruri edir. Hazırkı iş üzrə eyni əmlakla bağlı həm İddiaçı adına bağlanmış müqavilə, həm də T.İbrahimlinin MMC ilə bağlanmış 3 ədəd fərqli müqaviləsi mövcuddur və həmin müqavilələrdən hansının etibarlı olması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarlılığı müəyyən edilməyincə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqanın hansı mülki müqavilə əsasında daşınmaz əmlaka mülkiyyət hüququnu qeydiyyata almalı olması və inzibati i craata nəzarəti həyata keçirən inzibati məhkəmənin inzibati orqanın fəaliyyətinin qanuni olub-olmaması yoxlanıla bilməz. Ərizəçinin özünün təqdim etdiyi mülki müqavilələrin etibarlılığının müəyyən edilməsi və ya İddiaçı adına olan mülki müqavilənin etibarsızlığının müəyyən edilməsi isə mülki məhkəmə icraatının predmetidir.

13. Ərizəçi T.İbrahimlinin İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədi olan xx.xx.2017-ci il tarixli müqavilənin mülki icraat qaydasında mübahisələndirməsi hazırkı halda ərizənin təmin edilərək qərarın ləğvi və inzibati iş üzrə icraatın təzələnməsinə bilavasitə hüquqi əsas vermir. Əvvəla ona görə ki, ərizəçinin mübahisəli qeyri-yaşayış sahəsinə dair iddia etdiyi hüquq mülki müqavilədən irəli gəlir. Həmin müqavilə əsasında tələb irəli sürə n T.İbrahimlinin istinad etdiyi hüquqmüəyyənedici sənədin etibarlılığı müəyyən edilməmiş, İddiaçı isə adına olan müqavilənin etibarsızlığı barədə yekun məhkəmə aktı qəbul edilməmişdir. Bu hissədə ərizəçi tərəfin “mülki məhkəmədə müqavilənin etibarsızlığı barədə iddiaya baxıla bilməməsinin əsası kimi qanuni qüvvəsini almış inzibati məhkəmə qərarının olması, inzibati məhkəmə qərarının qüvvədə olmasının mülki məhkəmədə işə baxılmasına mane olması” kimi mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, mülki məhkəmə icraatında müqavilənin etibarsızlığı ilə bağlı hallar yoxlanıldığı halda, həmin mübahisələndirilən müqavilə əsasında inzibati məhkəmə icraatında mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı inzibati orqanın hərəkətinə (hərəkətsizliyinə) hüquqi qiymət verilir. Dolayısı ilə İddiaçı Əmlak Məsəl ələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinin əsasında qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə dayanır və həmin müqavilənin etibarsızlığı hazırkı halda Nizami Rayon Məhkəməsində mübahisələndirildiyindən sözügedən mülki iş üzrə gəlinəcək hüquqi nəticə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş inzibati iş üçün gələcəkdə preyudisial əhəmiyyət kəsb edə bilər. Bu preyudisiallıq ondan ibarət olacaqdır ki, qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin etibarsızlığı müəyyən olunduğu təqdirdə bu hal hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməyə və qərarın ləğv edilməsi, icraatın təzələnərək işə mahiyyət i üzrə baxılması barədə ərizə təqdim edilməsinə rəvac verə bilər. Başqa sözlə, nə qədər ki, hazırkı mübahisənin əsasında MMC ilə iddiaçı arasında bağlanmış müqavilə durur və mülki məhkəmə icraatında həmin müqavilənin etibarlılığı mülki qanunvericiliyin tələbləri əsasında yoxlanılıb hüquqi qiymət veriləcəkdir, bu halda inzibati məhkəmə icraatında qərarın ləğvi, icraatın təzələnməsi ilə bağlı ərizənin təmin edilib-edilməməsi məsələsi mülki məhkəmə üçün müqavilənin etibarlılığı ilə bağlı mübahisənin həllində müvafiq hüquqi nəticəyə gəlinməsini istisna edə bilməz. Əksinə, hazırkı halda mülki məhkəmədə T.İbrahimlinin iddiası üzrə istinad etdiyi mülki müqavilələr əsasında hüququnun müdafiəsinin baş tutmadığı və İddiaçı aid müqavilənin etibarsızlığının tanınmadığı halda inzibati məhkəmə icraatını n əsassız olaraq təzələnməsi, yenidən iddiaya mahiyyəti üzrə baxılması, yeni yekun məhkəmə aktının qəbul edilməsi, hər bir halda qanuni qüvvəsini almış məhkəmə qərarı ilə bağlı baş vermiş hüquqi nəticələrin dəyişdirilməsi və s. kimi əlavə prosessual hərəkətlərin edilməsini əbəs yerə zəruri edəcəkdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizəçinin hüquqlarının müdafiəsinin mülki məhkəmə icraatında yekun nəticə ilə nəticələnməməsi halı da hazırkı halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(82)-2903/2019 nömrəli qərarının ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması nəticəsinə gəlməsinə hüquqi əsas vermir.

14. Camalzadə Məhərrəm Asəf oğluna münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ə rizəçi M.Camalzadənin istinad etdiyi hüquqmüəyyənedici sənəd onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədir. Müqavilə ilə MMC 1824 ay müddətində tikinti işlərini başa çatdıraraq 69 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş olsa da lakin həmin müqavilə şərtlərinin müqavilə tərəfi olan MMC tərəfindən pozulub-pozulmaması halı mülki hüquq müstəvisində hüquqi qiymət verilərək öz həllini tapmamışdır. Ərizəçinin hazırkı iş üzrə üçüncü şəxs qismində qoşulma barədə ərizəsinin əsasında MMC-nin müqavilə ilə ona vermiş olduğu və bilavasitə özünə məxsus olmayan əmlakı digər şəxsə-İddiaçı satması kimi MMC-nin qanunsuz hərəkətləri ilə bağlı dəlilləri çıxış edir ki, həmin dəlillərə hüquqi qiymət verilməsi inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında mübahisələndirilə və qiymət verilə biləcək hallardır. Başqa sözlə, ərizəçinin "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə MMC-nin öhdəliyini icra etməməsi, müqavilə tələblərini pozması, əmlakı müqavilə ilə nəzərdə tutulmuş müddətdə ona təhvil verməməsi kimi dəlilləri həmin MMC-yə qarşı mülki məhkəmə icraatında mübahisələndirilmədiyi, MMC-nin əmlakı ərizəçiyə təhvil verməli olduğu halda müqavilə öhdəliyini pozması və ərizəçinin müqavilədən irəli gələn tələb hüququnun mövcudluğu məhkəmə qaydasında öz təsdiqini tapmadığı sürəcə ərizəçinin istinad etdiyi dəlillər hazırkı inzibati məhkəmə qərarının ləğvi və icraatın təzələnərək işə onun iştirakı ilə baxılmasına bilavasitə hüquqi əsas vermir. Ərizəçinin MMC-yə, İddiaçı qarşı müqavilənin etibarsızlığ ı ilə bağlı Nizami rayon məhkəməsində iddia qaldırması hazırkı halda M.Camalzadənin qərarın ləğv edilərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində qoşulmasını zəruri etmir. Yuxarıda da qeyd edildiyi kimi, mülki müstəvidə yekun həllini tapmamış mübahisə inzibati məhkəmə icraatı üçün preyudisial deyildir və mülki qaydada öz təsdiqini tapmamış hüquq icra edilmiş məhkəmə qərarının ləğvinə və ondan irəli gələn əlavə prosessual hərəkətlərin icrasına əsas verə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iş üzrə ərizəçi M.Camalzadənin üçüncü şəxs qismində qoşulma barədə ərizəsinin ağlabatan müddətdə vermədiyi də müəyyən olunur. Belə ki, ərizəçinin istinad etdiyi müqavilə xx.xx.2018-ci il tarixli olmaqla məhkəmə iclasında həmin binanın 2018-ci ildə söküldüyünü və ona müqavilə tələbinə uyğun 18-24 ay ərzində binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi veriləcəyini və qeyri-yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı ilə təmin edilməli olduğu halda 3 ildən artıq müddətdir ki, (hazırkı tarixədək) ona müvafiq kirayə haqqının verilmədiyini bildirmişdir. Lakin iş materiallarından o da müəyyən olunur ki, ərizəçi müqavilə tələbinin bilavasitə MMC tərəfindən pozulduğunu, ən azından ona aylıq kirayə haqqının ödənilmədiyini, MMC-nin təhvil işlərini gecikdirdiyini, binanın sonrakı mərtəbələrinin inşasını gözləmədən tikintisi başa çatmış birinci mərtəbədən 69 kv.m qeyriyaşayış sahəsinin verilməsini tələb etmək imkanı olduğunu bildiyi (bilməli olduğu) halda hüququn pozulduğu vaxtdan (ən azı icarə haqqının verilmədiyi 3 il əvvəldən-2020-ci ildən etibarən) keçən müddət ərzi ndə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı MMC-yə və ya İddiaçı qarşı hər hansı iddia qaldırmamışdır. Beləliklə, hazırkı iş üzrə ərizəçi hüquqlarının pozulduğunu bilməli olduğu vaxtdan 3 ildən çox müddət keçdikdən sonra yalnız xx.xx.2024-cü ildə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

15. Həmin qərardaddan narazı qalan Camalzadə Məhərrəm Asəf oğlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Camalzadə Məhərrəm Asəf oğlunun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxı lmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Həmçinin, digər X7 Tahir oğlu Bakı İnzibati Məhkəmənin 2-1(82)-2903/2019 saylı, 10 iyun 2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilib, X7 Tahir oğlunun üçüncü şəxs qismində işə cəlb edilməsi və sözügedən qərarın ləğv edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-3096/2024 saylı qərardadı ilə (hakimlər: R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və E.Ə.Əliyev) ərizəçilər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təm in edilməməsi Bakı İnzibati Məhkəməsinin 2-1(82)2903/2019 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. X6 Asəf oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 21(103)-3096/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli işi üzrə üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

20. X7 Tahir oğlu kassasiya şikayəti verərək, Bakı Apell yasiya Məhkəməsinin 21(103)-3096/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsinin, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 22- 1(82)-2903/2019 saylı qərardadını ləğv edib, 3-cü şəxs qismində işə cəlb edilməsi və sözügedən qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və ya şikayətə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

21. Kassasiya şikayətləri ərizələrin və apellyasiya şikayətlərinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessu al Məcəlləsi Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs bar əsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həm in vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Ş ikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 24. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı

25. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

26. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzib ati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

27. İPM-in 46.2-ci maddəsində təsbit edilmiş prosesin tezləşdirilməsi ilə bağlı prinsipə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, eləcə də onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmələr icraatlarında olan işləri ağlabatan müddətlərdə (İPM-də nəzərdə tutulmuş konkret müddətlərdə baxılmalı olan işlər istisna olmaqla) yekunlaşdırmaq vəzifəsi daşıyırlar. Bu mənada, üçüncü şəxslərin prosesdə iştiraka qoşulması işin hallarını daha tez müəyyənləşdirməyə imkan verərək, həm də məhkəmə mübahisələrinin ağlabatan müddətlər çərçivəsində mümkün qədər sürətli yekunlaşdırılmasına səbəb olur.

28. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətl ərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prosessual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiy indən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

32. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 mart 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı pay kimi verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı ilə İddiaçı 440.7 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almış, ünvan 5 ünvanında yerləşən 440.7 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

33. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv e dilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

34. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.

35. Məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçünc ü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyan ın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.

37. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına xüsusi diqqət yetirməlidir.

38. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi ərizəçilərin mübahisə edilən hüquq münasibətində birbaşa iştirak edib-etməmələri məsələsini lazımi qaydada araşdırmayıb.

39. X7 Tahir oğlu Bakı şəhə ri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-2-ci blok, 1-ci mərtəbə ünvanında 650 kv.m qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, həmin sahədən 303 kv.m hissənin hazırda xüsusi mülkiyyətində olsa da, qalan hissənin İddiaçı adına qeydiyyata alınmış 440.7 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarının onun maraqlarına toxunduğunu iddia edir.

40. X8 oğluna münasibətdə işin apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarından görür ki, "xxxx" MMC-nin direktoru Əhmədov S.R ilə X8 oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən icraçı tərəf payçıya Bakı şəhəri, Yasamal rayonu, İsfəndiya r Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-2ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 650 kv.m olan izolə olunmuş sahəni pay kimi vermiş, müqavilə üzrə mənzilin dəyəri kv.m sahəsi üçün 700 AZN təyin edilmiş, cəmi 650 kv.m sahəsi üçün 455000 AZN təşkil edir. xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 650 kv.m olan izolə olunmuş sahəni X8 oğluna bir pay kimi verir. 41. 15 oktyabr 2020-ci il tarixli Müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC direktoru X4 digər tərəfdən payçı X8 oğlu gələcəkdə, şəxsində öz aralarında Y asamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə bağlamışdırlar. Müqavilənin əsas predmeti: Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 303 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olub bir pay kimi verir. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri bir kv.m sahə üçün 700 AZN təşkil edilir. Cəmi 303 kv.m sahəsi üçün 212100 (iki yüz on iki min bir yüz) AZN təşkil edir.

42. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)4362/2020 nömrəli qərarı ilə iddiaçı X8 oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbi təmin edilmiş, iddiaçı X8 oğlunun ünvan 6 ünvanında yerləşən 480 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

43. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 303 kv.m ölçüdə qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 oğlunun adına xx.xx.2021-ci il ta rixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

44. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 27 iyul 2023-cü il tarixli 3-21-3-30/226570/2023 **********70 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə, xx.xx.2020-ci il tarixli maliyyə arayışına, "xxxx" MMC üzvlərinin ümumi iclasının 38 nömrəli protokolundan xx.xx.2020-ci il tarixli çıxarışına və 26.10..2020-ci il tarixli 2-1(112)4362/2020 nömrəli Bakı İnzibati Məhkəməsinin qərarına əsasən ünvan 7 qeyri-yaşayış sahəsi X8 oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İdarənin mühəndisi tərəfindən baxış keçirilmişdir və həm in akta əsasən ünvan 7 ünvanında yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsinin S=440.7kv.m-1 "xxxx" MMC-nin müqaviləsinə, maliyyə arayışına və Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən İddiaçı adına texniki pasport və çıxarış verilmişdir. Eyni zamanda, həmin ünvanda yerləşən binanın 1-ci mərtəbəsində S=330.0 kv.m-1 sahəsi "xxxx" MMC-nin müqaviləsinə, maliyyə arayışına və Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən X8 oğlunun adına texniki pasport və çıxarış verilmişdir. Binanın 1-ci mərtəbəsində yerləşən S=650.0 kv.m-1 qeyri-yaşayış sahəsinin 1-ci girişində 303.0 kv.m sahəsi X8 oğlunun adına verilmiş çıxarışla üst-üstə düşür. Binanın 2-ci girişində yerləşən İddiaçı adına verilmiş 440.7 kv.m sahəsinin 347.0 kv.m sahəsi 1-ci mərtəbədə yerləşən 650.0 kv.m sahəsi ilə üst- üstə düşür.

45. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan məktubdan da göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı ilə ümumi sahəsi 198.5 kv.m. olan, İ.Zülalov küçəsi, 19 ünvanında yaşayış binasının 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 440.7 kv.m. olan sahəyə İddiaçı hüquqları qeydə alınmış və binanın 2-ci girişində yerləşən 440.7 kv.m sahəsinin 347.0 kv.m sahəsi 1-ci mərtəbədə yerləşən T.İbrahimlinin notarial müqaviləsində nəzərdə tutulan 650.0 kv.m sahəsi ilə üst-üstə düşür.

46. Lakin, apellyasiya məhkəməsi tərəfindən sözügedən məsələ araşdırılmamışdır.

47. Apellyasiya instansiyası məhkəməsi qərarında ərizəçinin ərizəsinin rədd əsası kimi qeyd etmişdir ki, iş üzrə İddiaçı mülkiyyət hüququnun qeydiyyatına dair qa nuni qüvvəsini almış inzibati məhkəmə tərəfindən qəbul edilmiş qərar olsa da, həmin qeydiyyatın kökündə əmlaka olan əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər - müqavilə, maliyyə arayışı dayanır. Ərizəçi T.İbrahimli ərizəsinin hüquqi əsası kimi hüquqmüəyyənedici sənəd qismində 3 ədəd fərqli müqavilələri təqdim etmişdir. Eyni əmlaka dair isə bir neçə şəxsin adına bir neçə fərqli müqavilələrin olması həmin müqavilələrdən yalnız birinin etibarlı hüquqmüəyyənedici sənəd qismində tanınmasını zəruri edir. Hazırkı iş üzrə eyni əmlakla bağlı həm İddiaçı adına bağlanmış müqavilə, həm də T.İbrahimlinin MMC ilə bağlanmış 3 ədəd fərqli müqavilələri mövcuddur və həmin müqavilələrdən hansının etibarlı olması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir.

48. Bununla bağlı kol legiya qeyd edir ki, qeyd olunan hallara mahiyyəti üzrə baxıldığı halda qiymət verilməlidir.

49. X6 Asəf oğlu "xxxx" MMC-nin ona mülkiyyət hüququ qarşılığında 69 kv.m olan qeyri-yaşayış sahəsini verəcəyi halda həmin əmlakı sökdüyünü və ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 1684.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsini İddiaçılə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında sonuncuya satdığını, həmin əmlakın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyata alınmış, hazırda X1 xüsusi mülkiyyətində olan 1684.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə ona verilməsi nəzərdə tutulan 69 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin də daxil olduğu əsas gətirərək 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2903/2019 nömrəli qərarının onun maraqlarına toxunduğunu iddia edir.

50. Camalzadə Məhərrəm Asəf oğluna münasibətdə işin apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tərəflər, "xxxx" MMC Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixlı 328 saylı sərəncamına əsasən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş, qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada Camalzadə Məhərrəm Asəf oğlunun söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 44.1 kv.m. qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 20% əlavə etməklə, girişi Afiy əddin Cəlilov küçəsindən olan təmirli ümumi sahəsi 69 kv.m olan qeyri-yaşayış sahəsini Camalzadə Məhərrəm Asəf oğlunun mülkiyyətinə verilməsi Camalzadə Məhərrəm Asəf oğlunun isə söküləcək qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsidir.

51. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, MH seriyalı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan ha torpaq sahəsində yerləşən 13 nömrəli binanın 1-ci mərtəbəsində 44.1 kv.m ümumi, 30.6 kv.m əsas, 13.5 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Camalzadə Məhərrəm Asəf oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1089 nömrəli vərəq ində xx.xx.2006-cı il tarixində, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 52. ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 1684.2 kv.m təşkil edən qeyriyaşayış sahəsi xx.xx.2023-cü il tarixdə X2 adına mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

53. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin MMC-yə, İddiaçı qarşı müqavilənin etibarsızlığı ilə bağlı Nizami rayon məhkəməsində iddia qaldırması hazırkı halda M.Camalzadənin qərarın ləğv edilərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində qoşulmasını zəruri etmir. Yuxarıda da qeyd edildiyi kimi, mülki müstəvidə yekun həllini tapmamış mübahisə inzibati məhkəmə icraatı üçün preyudisial deyildir və mülki qaydada öz təsdiqini tapmamış hüquq icra edilmiş məhkəmə qərarının ləğvinə və ondan irəli gələn əlavə prosessual hərəkətlərin icrasına əsas verə bilməz.

54. Ərizəçi bildirir ki, mübahisə predmeti əmlakla bağlı hal-hazırda iki müqavilə mövcuddur. İlk olaraq müqavilə bağlayan Camalzadə Məhərrəm Asəf oğlu olsa da daha sonradan müqavilə bağlayan İddiaçı müqaviləsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı ilə hüquqi təsdiqini almışdır. Belə olan halda məhkəmənin sözügedən qərarı ilə əsassız olaraq İddiaçı müqaviləsinə hüquqi qiymət verilsə də, daha əvvəl müqavilə bağlayan və hüquqi əsası olan Camalzadə Məhərrəmin müqaviləsi məhkəmə qərarı ilə hüquqi təsdiqini tapa bilmir.

55. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Camalzadə Məhərrəm Asəf oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsində cavabdehlər X5, İddiaçı və "xxxx" MMC-yə qarşı İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 80D ünvanında yerləşən ümumi sahəsi 1684.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin alğı-satqısını ehtiva edən xx.xx.2019-cu il tarixli müqavilənin, və həmin müqavilənin hüquqi nəticəsi hesab edilən İddiaçı ilə X5 arasında Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanan və 4ə-843 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin, iddiaçıya çizgi-plana uyğun olaraq verilməsi nəzərdə tutulan 69 kv.m hissədə etibarsız hesab edilməsi; ********** nömrəli, xx.xx.2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X3 verilən mülkiyyət çıxarışının, iddiaçıya çizgi-plana uyğun olaraq verilməsi nəzərdə tutulan 69 kv.m hissədə etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Göründüyü kimi Bakı şəhəri Nizami rayon Məhkəməsində işin predmeti olan məsələlər mübahisələndirilmişdir və belə olan halda hazırkı işin obyektiv həlli üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin məsələyə hüquqi qiymət verməsi vacibdir.

56. Yeni apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan işin hazırkı vəziyyəti öyrənilməli, həmin mülki iş üzrə iddianın predmetinin əsasını təşkil edən faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması araşdırılmalıdır.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya i nstansiya məhkəməsinə göndərilməlidir.

58. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər araşdırılmalı, bundan sonra ərizəçilər X8 oğlu və Camalzadə Məhərrəm Asəf oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 21(103)-3096/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar