Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3113/2019 ALİ MƏHKƏMƏ İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar söz: ölümün qeydə alınması) GİRİŞ HİSSƏ Hakimlər: 13.11.2019 Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ölümün qeydə alınması və bu barədə şəhadətnamə verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1974/2019 saylı 01 avqust 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər i Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1930-cü il təvəllüdlü X1 ölümünün qeydə alınması və bu barədə şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü il tarixli razılaşmaya əsasən X2 öz şəxsi mülkiyyətində olan mənzilini ona satmış (35000 ABŞ dolları müqabilində), həmçinin aralarında əldə edilmiş razılaşmaya əsasən həmin şəxsi saxlamağı öhdəsinə götürmüşdür. 1997-ci ildən ailəsi ilə birlikdə X2 ilə bir yerdə yaşamışdır. 2008-ci il tarixdə X2 vəfat etmişdir. Mənzilin üzərində hüquqların qeydə alınması üçün X1 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 2-1(81)-587/19 saylı, 22.02.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-587/19 saylı, 22.02.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1974/2019 saylı 01 avqust 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-587/19 saylı, 22.02.2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddia ərizəsində vəfat etmiş şəxsin yaxın qohumu olmadığı halda ona həmin şəxsin ölüm haqqında şəhadətnaməsinin hansı məqsəd üçün zəruri olduğunu, bu şə hadətnamənin təqdim edilməsindən imtinanın onun hansı hüququnu pozduğunu əsaslandırmamışdır. İddiaçın S.Skvotskanın yaxın qohumu olmadığından həmin şəxsin ölüm haqqında şəhadətnaməsinin ona təqdim edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1974/2019 saylı 01 avqust 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə X uzun illər iddiaçının himayəsində olmuş, hazırda iddiaçı X məxsus mənzildə qeydiyyatdadır və həmin mənzil 10 ildən çoxdur ki, iddiaçının isitfadəsindədir. Belə olan halda, ölüm haqqında şəhadətnamənin verilməməsi iddiaçının hüquqlarını pozur. Kassator İPM-nin 35.1, 90.1-ci maddələrinə istinad edərək Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1974/2019 saylı 01 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1974/2019 saylı 01 avqust 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü tarixli qərarı ilə təsd iq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.15-ci bəndinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Hazırkı iş üzrə isə iddiaçı iddia ərizəsində vəfat etmiş şəxsin yaxın qohumu olmamışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarına əsasən 2.3-cü bəndində ifadə edilmiş hüquqi mövqeyə görə, inzibati məhkəmə icraatında iddiaların məhkəmələr tərəfindən yoxlanılmalı olan mümkünlük şərtlərindən biri ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdı r. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iş üzrə iddiaçı hesab edir ki, Borisovnanın adına ölüm haqqında şəhadətnamənin verilməməsi onun hüquqlarını pozur. Belə ki, iddiaçı iddia edir ki, 2004-cü il tarixdə X2 ilə onun arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 35000 ABŞ dolları müqabili ndə X Ünvan1 iddiaçının mülkiyyətinə verir, X səhhəti imkan versə o alqısatqı müqaviləsi bağlayacaq, K. İskəndərov söz vermişdir ki, X həmin mənzildə ömrünün sonuna qədər yaşamağa icazə verəcək və onun qayğısına qalacaq. Göründüyü kimi iddiaçı X2 ilə onun arasında bağlanmış müqaviləyə istinadən hazırkı iddianı qaldırmaq hüququ olduğunu hesab edir. MM-nin 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin tərəflər arasında bağlanmış müqavilə notariat qaydasında təsdiqlənmədiyindən iddiaçının istinad etdiyi müqaviləyə hazırkı iş üzrə hüquqi qiymət vermək mümkün deyildir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tu tulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı S.Skvotskanın yaxın qohumu olmadığından həmin şəxsin ölüm haqqında şəhadətnaməsinin ona təqdim edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1974/2019 saylı 01 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3113/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3113/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver