Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3114/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın və orderin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Yusifova Nüşabə Eyvaz qızının, Üçüncü şəxs x2 vəkili (nümayəndəsi) Bağırov Amid Vahab oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxsl ər: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, x3, x4, x2) “sərəncamın və orderin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli 2-1(103)951/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhəri, ünvan 1, yaşayış sahəsi 47,3 kv.m olan 3 otaqlı mənzil xidməti mənzil kimi 4 nəfər ailə tərkibi ilə üçüncü şəxs x2na verilməsi barədə Nərimanov rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 1995-ci il 25 dekabr tarixli sərəncam qəbul olunmuş və ona mənzilə dair eyni tarixli 003324 №-li xüsusi order verilmişdir. İddiaçı ərizə ilə cava bdehə müraciət edərək ünvan 1 ünvanı üzrə mənzil hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh 2016-cı il 5 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özünün yeni inşa edilən idarə evindən ünvan 1, yaşayış sahəsi 47,3 kv.m olan 3 otaqlı mənzilini Bakı Poçtamtın müdiriyyəti və HT-nin 1994-cü il 24 fevral tarixli 1 nömrəli qərarı ilə ailə tərkibi 4 nəfər olmaqla (iddiaçı və 3 oğlu) iddiaçıya ayırmışdır. Cavabdehin 1994-cü il 18 may tarixli sərəncamı ilə Bakı Poçtamtın sözügedən qərarı təsdiq edilmiş, sözügedən ünvana cavabdeh tərəfindən iddiaçının razılığı ilə 1984cü il 18 may tarixli order verilmişdir. Lakin cavabdehdən asılı olmayan səbəblərdən iddiaçıya verilmiş mənzil məcburi köçkünlər tərəfindən zəbt edilmişdir, məcburi köçkünlər bu günədək mübahisəli mənzildə yaşayırlar. Sonradan, “Azərrabitəinşaat” LTB-nin 2 №-li TTİ-nin müdiriyyəti və HİK-in 1995-ci il 28 noyabr tarixli, 1 nömrəli birgə qərarı ilə Rabitə Nazirliyinin 1995-ci il 24 noyabr tarixli əmri ilə həmin idarəyə bölünmüş mübahisəli mənzil müvəqqəti yaşayış sahəsi kimi Nazirliyin xidməti mənzillər siyahısına daxil edilmiş və xidməti mənzil kimi x2 istifadəsinə verilmişdir. İddiaçı 2016-ci il 9 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək imtina məktublarının qanunazidd hesab olunmasını, “Azərrabitəinşaat” LTB-nin 2 №-li TTİ-nin müdiriyyəti və HİK-in 1996-cı il 28 noyabr tarixli, 1 nömrəli qərarının, Azə rbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1995-ci il 24 noyabr tarixli, YŞ 27/367 nömrəli əmrinin, Nərimanov rayon İcra Hakimiyyətinin MMK-nin 1995-ci il 8 dekabr tarixli qərarının, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1995-ci il 25 dekabr tarixli 55 nömrəli sərəncamının ləğv edilməsi, həmin sərəncam əsasında verilmiş 1995-ci il 25 dekabr tarixli, 003324 nömrəli orderin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1995-ci il 25 dekabr tarixli, 55 nömrəli sərəncamının və sərəncam əsasında üçüncü şəxs x2na verilmiş 1995-ci il 25 dekabr tarixli, 003324 nömrəli orderin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçının əsa slandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1967-ci il tarixdən rabitə sahəsində çalışır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özünün yeni inşa edilən idarə evindən ünvan 1, yaşayış sahəsi 47,3 kv.m olan 3 otaqlı mənzilini Bakı Poçtamtın müdiriyyəti və HT-nin 1994-cü il 24 fevral tarixli 1 nömrəli qərarı ilə ailə tərkibi 4 nəfər olmaqla ona ayrılmışdır. Cavabdehin 1994-cü il 18 may tarixli sərəncamı ilə Bakı Poçtamtın həmin qərarı təsdiq edilmiş, cavabdeh tərəfindən ailəsinə 1994-cü il 18 may tarixli, 012430 nömrəli order verilmiş və o, mənzil növbəsindən çıxarılmışdır. Sözügedən mənzil verilərkən mənzil boş olmuşdur. O, yeni yaşayış sahəsinə yaşayış orderini alaraq sözügedən mənzilə köçmək istədikdə həmin ərəfədə mənzilin məcburi köçkünlər tərəfindən zəbt edildiyini bilmişdir. Yaxın zamanda o, məcburi köçkünlərin inzibati qaydada çıxarılması üçün ərazi aidiyyəti üzrə 125 nömrəli MKİS-ə müraciət etdikdə, mübahisəli mənzildə kənar şəxslərin yaşayış yeri üzrə qeydiyyatında olduğunu öyrənmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 7 iyul tarixli 2-1(81)-2757/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1995-ci il 25 dekabr tarixli, 55 nömrəli sərəncamının və sərəncam əsasında üçüncü şəxs x2na verilmiş 1995-ci il 25 dekabr tarixli, 003324 nömrəli orderin etibarsız hesab edilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh imtina məktubunda qeyd etdiy i dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Üçüncü şəxs H.Y.Əliyev həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 iyun tarixli 2-1 (103)-1431/18 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Üçüncü şəxs H.Y.Əliyev həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nətic ə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 yanvar tarixli 2-1(102)-208/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 iyun tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki,apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin normalarına əməl etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli 2-1(103)-951/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 18 may tarixdə 25 nömrəli Sərəncamı və 1994-cü il 18 may tarixli, 012430 nömrəli order əsasında verilmiş Bakı şəhəri, Lökbatan qəsəbəsi, 20 May küçəsi, 10 saylı evin 59 nömrəli mənzildən imtina edərək həmin mənzili geri qaytardığından, onun həmin mənzilin x2na verilməsi barədə Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1995-ci il 25 dekabr tarixli, 55 nömrəli Sərəncamını və sərəncam əsasında verilmiş 1995-ci il 25 dekabr tarixli, 003324 nömrəli orderi mübahisələndirməyə subyektiv hüququ yoxdur. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə üçüncü şəxsin şikayət verməyə subyektiv hüququnun mövcud olub-olmamasını araşdırmamış, bununla da subyektiv hüququ olmayan şəxsin şikayətini qəbul etməklə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdehin 1994-cü il 18 may tarixli, 25 nömrəli Sərəncamına əsasən Lökbatan qəsəbəsi, 20 May küçəsindəki keçid 10, giriş 6, mərtəbə 5 ünvanında yerləşən 59 nömrəli mənzil iddiaçının ailəsinə ayrılmışdır. 2009-cu il 30 iyun tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən, yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Mübahisəli mənzilin x2na müvəqqəti əsaslarla verilməsini təsdiq edən, bununla da onun hazırda müvafiq mənzilə dair hər hansı hüququnun olmamasını təsdiq edən digər bir fakt isə ona xidməti mənzilin ayrılması haqqında sərəncamda x2 mənzil növbəsindən çıxarılmamasının xüsusi qeyd edilməsidir. İddiaçıya verilmiş Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1995-ci il 25 dekabr tarixli, 55 nömrəli Sərəncamı ilə tanış olduqda isə ona sərəncam əsasında daimi əsaslarla mənzil verildiyindən, iddiaçının müvafiq mənzil növbəsindən çıxarılması aydın olur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhə rciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. 2009-cu il 30 iyun tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.1.6-cı bəndinin, habelə 3-cü fəslinin müddəalarından da xidməti mənzilin yalnız müvəqqəti və aidiyyəti şəxsin xidmətdə olduğu dövrdə istifadə olunması üçün verildiyi öz təsdiqini bir daha tapır. Qanunvericiliyin mətnindən də aydın olduğu kimi xidməti mənzillər yalnız əmək fəaliyyətində məşğul olunduğu dövrdə faktiki istifadə üçün nəzərdə tutulmuş və xidməti istifadəsinə ayrılmış şəxsə mülkiyyət və sahiblik hüquqlarının verilmədiyi mənzillərdir. x2 məhkəmə iclaslarındakı bəyanatlarından da aydın olduğu kimi o, bugünədək həmin mənzildən istifadə etməmiş, yəni dolayısı ilə xidməti mənzil üzərində mövcud olan büt ün hüquqlarını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 28.1-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. İddiaçının qaldırdığı iddia x2 qanunla qorunan maraqlarına toxunmur, əksinə o, heç bir subyektiv hüququ olmadığı halda, iddiaçıya qanuni əsaslarla ayrılmış mənzili əldə etməsini yubatmaqla iddiaçının hüquqlarını pozmağa davam edir. İddiaçıya verilmiş order məhkəmə qaydasında ləğv olunmamış, mü vafiq order qüvvədə olduğu müddətdə isə qeyd edilən mənzil üçüncü şəxs x2na verilmişdir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs H.Y.Əliyevin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxslərin məhkəmə iclası nda təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçinin Rabitə Nazirliyinə yazdığı 1 995-ci il 22 oktyabr tarixli ərizədə mənzilin orderinin geri qaytarılma səbəbi kimi həmin mənzilin şəhərdən uzaqda yerləşməsi və qohumlarının şəhərdə yaşaması qeyd edilmişdir. İddiaçı ərizədə mənzil növbəsinin bir il geri salınmasına razılıq verdiyini göstərmişdir. Qaradağ Rayon Məhkəməsinin 2015-ci il 4 avqust tarixli, 2 (002)-3624/2015 nömrəli qətnaməsinə görə, x2 məcburi köçkün ailəsi x7 və digərlərinə qarşı iddiası təmin edilərək cavabdehlərin Bakı şəhəri, Lökbatan qəsəbəsi, 20 May küçəsi, 10 saylı evin 59 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, mübahisəli mənzildə 1993-cü ildən məcburi köçkün ailəsi məskunlaşmışdır. Qətnamə ilə mənzilə x2 hüququ olduğu müəyyən edilmişdir. Həmin qətnamə mülki məhkəmə icraatı qaydasında qəbul edildiyind ən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsini xatırlatmağı zəruri hesab edir. Həmin normaya əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qaradağ Rayon Məhkəməsi yuxarıda qeyd edilən qətnaməsi ilə iddiaçının (hazırkı iş üzrə üçüncü şəxsin) mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə hüququ tanınmış və təsdiq edilmiş, onun məcburi köçkün ailəsinə qarşı tələbi də, məhz həmin səbəbdən təmin edilmişdir. Beləliklə, iddiaçı 1995-ci il 22 oktyabr tarixdə imtina barədə ərizə yazdıqdan sonrakı vəziyyətlə barışmış, 2017- ci ilədək mənzilə dair mübahisə açmamışdır. Yalnız Qaradağ Rayon Məhkəməsinin 2015-ci il 4 avqust tarixli qətnaməsinə əsasən məcburi köçkünlərin çıxarılmasına dair üçüncü şəxsin iddiası təmin edildikdən sonra iddiaçı hazırkı məzmunda tələb irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı ona Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 18 may tarixdə 25 nömrəli sərəncamı və 1994-cü il 18 may tarixli, 012430 nömrəli order əsasında verilmiş mənzildən imtina edərək həmin mənzili geri qaytardığından onun həmin mənzilin x2na verilməsi barədə Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1995-ci il 25 dekabr tarixli 55 nömrəli sərəncamını və sərəncam əsasında verilmiş 1995-ci il 25 dekabr tarixli, 003324 nömrəli orderi mübahisələndirməyə subye ktiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli 2-1(103)-951/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3114/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3114/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver