Məhkəmə qərarları › İş №2-1(102)-3114/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3114/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3114/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; icra sənədinin icrası ilə bağlı tələbin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı "qətnamənin icrası və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3503/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Yerli İqtisad Məhkəməsinin 768/1-232 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin icra edilməsi öhdəliyinin Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin üzərinə qoyulması və icra şöbəsinin qətnaməni icra etməməyindən ibarət olan hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, direktoru olduğu tələbkar X2 borclu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və X3 və Avtomatika ASC-ə qarşı iddia tələbi təmin edilmiş və 1 saylı Yerl i İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli icra vərəqəsi verilmişdir. İcra vərəqəsi Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icraatındadır. 768/1-232 saylı, xx.xx.2007-ci il tarixli həmin məhkəmə aktı xx.xx.2007-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəmə qərarının icra müddəti icra sənədində 1 ay olaraq müəyyən edilmişdir. İcra sənədinə görə, X1 xx.xx.1991-ci il tarixli, 305 saylı əmri ilə tələbkara əvəzsiz olaraq əmrə əlavə edilmiş akta əsasən verilmiş əmlaklara tələbkarın mülkiyyət hüququ tanınmışdır. Həmin əmlakların adının İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 213 saylı sərəncamı ilə təsdiq edilmiş X3 və Avtomatika ASC-nin emissiya prospektindən çıxarılması qət edilmişdir. Üzərindən 15 ilə yaxın müddət keçməsinə baxmayaraq, bugünə qədər həmin qətnamə icra edilməmişdir. Odur ki, həmin icra sənədinin icra edilməsinə zərurət vardır. Qətnamənin icra edilməsi üçün xx.xx.2023-cü ildə ərizə ilə Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə müraciət etsə də, üzərindən 35 gün keçməsinə baxmayaraq, icra şöbəsi heç bir cavab verməmiş və hərəkətsizlik etmişdir. Odur ki, icra şöbəsinin qətnaməni icra etməməyindən ibarət olan hərəkətsizliyi qanunsuz hesab edilməli və məhkəmə qətnaməsinin icra edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması haqqında qərar qəbul edilməsinə ehtiyac vardır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8831/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə mübahisələndirilməsi mümkün deyildir. Oxşar hüquqi mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da öz əksini tapmışdır.

5. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən 1 saylı Yerli İqtisad Məhkəməsinin qəbul etdiyi qərarın icra edilməməsindən narazı olmaqla icra məmurunun hərəkətsizliyini mübahisələndirir, hansı ki, İddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında baxıla bilməz.

6. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3503/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. İdd iaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 768/1-232 nömrəli, 11 may 2007-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Azneft” İstehsalat Birliyinin xx.xx.1991 -ci il tarixli 305 saylı əmri ilə “Azəri” kiçik müəssisəsinə əvəzsiz olaraq əmrə əlavə edilmiş akta əsasən verilmiş əmlaklara “Azəri” kiçik müəssisəsinin mülkiyyət hüququnun tanınması, “Azneft” İstehsalat Birliyinin xx.xx.1991 -ci il tarixli, 305 saylı əmri ilə “Azəri” kiçik müəssisəsinə əvəzsiz olaraq verilmiş əmlakların adının Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001 -ci il tarixli 213 saylı Sərəncamı ilə təsdiq edilmiş “X3 və Avtomatika” ASC-nin emissiya prospe ktindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, iş üzrə 29 iyun 2007-ci il tarixdə icra vərəqəsi verilmişdir. Lakin qətnamə bu günədək icra edilməmişdir.

11. Məhkəmə öz qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017- ci il tarixli qərarına istinad etsə də, həmin qərarda göstərilənləri hazırki iddia tələbinə düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarını mübahisələndirmir. Ümumiyyətlə icra qurumunun belə bir qərarın olması da iş materialları ilə müəyyən edilmir. İddiaçı indiki halda icra məmurunun hərəkətsizliyindən, məhkəmə qərarının icra edilməsi ilə bağlı icra qurumu tərəfində n müvafiq tədbirlər görülməməsi ilə bağlı məhkəməyə şikayət etmişdir. Yəni icra məmurunun və icra qurumunun hər hansı qərarı və ya hərəkəti mübahisələndirilmir, məhz icra qurumunun hərəkətsizliyi mübahisələndirilir. Belə olan halda hesab edirəm ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İcra haqqında” Qanun: Maddə

26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “”İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarix li qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamən in səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.

15. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.

16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarını n pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsin in qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

21. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqa nın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümu mi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

23. Belə ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı “Azəri” kiçik müəssisəsi cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və “X3 və Avtomatika” ASC-yə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, “Azneft” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 305 saylı Əmri ilə “Azəri” kiçik müəssisəsinə əvəzsiz olaraq veri lmiş əmlakların adının Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 213 saylı Sərəncamı ilə təsdiq edilmiş “X3 və Avtomatika” ASC-nin emissiya prospektindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 768/1-232 nömrəli, 11 may 2007-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Azneft” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 305 saylı Əmri ilə “Azəri” kiçik müəssisəsinə əvəzsiz olaraq əmrə əlavə edilmiş akta əsasən verilmiş əmlaklara “Azəri” kiçik müəssisəsinin mülkiyyət hüququnun tanınması, “Azneft” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 305 saylı Əmri ilə “Azəri” kiçik müəssisəsinə əvəzsiz olaraq verilmiş ə mlakların adının Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 213 saylı Sərəncamı ilə təsdiq edilmiş “X3 və Avtomatika” ASC-nin emissiya prospektindən çıxarılması qət edilmişdir.

25. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

26. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqınd a” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.

27. Hazırkı qərarın 13-15-ci bəndlərində göstərilən məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, icra sənədlərinin icrasına həmin sənədi qəbul etmiş məhkəmə tərəfindən nəzarət olunmalıdır.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.

29. Hazırkı işdə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə mübahisələndirilməsi mümkün deyildir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəld iyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3503/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar