Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3115/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3115/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçı xidməti dövründə usta məharət (ali ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 35% əlavə aldığını qeyd etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı oğlunun cavabdeh Azərb aycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı məlumat vərəqəsinin göndərilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1336/2019 saylı qərarından İddiaçı oğlu və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, o, xxxx 1986-cı ildən xxxx 2004-cü ilədək olan dövr ərzində, yəni 18 il müddətində Dövlət Təhlükəsizliyi Xidmətində xidmət etdiyini və xxxx 2004-cü ildə həmin dövlət orqanından təqaüdə çıxdığını, təqaüdə çıxd ıqdan sonra DTX-nin əməkdaşları üçün onların xidməti fəaliyyəti ilə bağlı bir sıra əlavə ödənişlərin və sosial imtiyazların müəyyən olunduğunu, lakin dövlət təhlükəsizlik orqanlarında işləyərkən xidmət göstəricilərinə malik olsa da, onun təqaüdünə əlavələrin hesablanaraq ödənilməsinin təmin edilmədiyini, o, bu barədə cavabdehlərə müraciət etsə də, DSMF tərəfindən müraciətinə cavab verilmədiyini, xxxx 2018-ci il və xxxx 2018-ci il tarixli məktublarla müraciətlərdən imtina edildiyini bildirərək, avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin və usta məharət (ali ixtisas) dərəcəsinə görə xidmətdə yüksək nəticə əldə etdiyinə, xüsusi lazımi işləri vaxtında yerinə yetirdiyinə görə) aylıq vəzifə maaşına 35% əlavənin xxxx 2007-ci il tarixdən hesablanmaqla iddiaçı nın şəxsi işindəki məlumat vərəqinə işlənməsi və pensiyasına müvafiq əlavələrin edilməsi üçün həmin məlumat vərəqənin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə göndərilməsi öhdəliyinin Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-415/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin və usta məharət (ali ixtisas) dərəcəsinə görə vəzifə maaşına 35% əlavənin xxxx 2007-ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslər lə İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilmişdir (hakim - A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-1336/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və V.Ə.Baxışova) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı qismən - usta məharət (ali ixtisas) dərəcəsinə görə vəzifə maaşına 35% əlavənin xxxx 2007ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) göndərilməsi öhdəliyi cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı Akif oğlu və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəm ə qərarının iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması hissəsində dəyişdirilməsi, avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin xxxx 2007-ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı keçmiş Milli Təhlükəsizlik Nazirliyindən tərxis olunduğu günə (xxxx 2004-cü il) qüvvədə olan qanunvericiliyə əsasən (“Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 40-cı maddəsi) hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanırdı, bu zaman onlara pensiya hesablanması üçün ancaq vəzifə maaşı, hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri üçün əlavə faiz və ya ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınırdı, xxxx 2004-cü ildə qüvvəyə minmiş “Kəşfiyyat və ya əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3.-cü bəndində hərbi qulluqçulara və onları n ailələrinə pensiya hesablanması üçün bütün növ pul təminatı (ərzaq payı müqabilində verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır, apellyasiya məhkəməsinin qərarında iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini bilməyə görə 10 faiz əlavənin xxxx 2007-ci ildən hesablanmalı olduğu göstərilmədiyindən qərar qanunsuzdur, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri pozulmaqla, qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməs inin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbi q edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1336/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İddia çı ünvanlanmış xxxx 2018-ci il tarixli məktuba əsasən hərbi xidmətdən buraxıldığı günə (xxxx 2004-cü il) onun təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və xarici dilləri bilməyə görə əlavədən ibarət olmuş, lakin hərbi xidmətdən buraxıldığı günə (xxxx 2004-cü il ) qüvvədə olan qanunvericilikdə sonuncu əlavələrin təminat xərcliyinə daxil edilməsi göstərilmədiyindən, həmin əlavələr ona pensiya təyin edilərkən nəzərə alınmamış, nəticədə “Məlumat vərəqəsi”ndə (MTN seriyalı ******* nömrəli xxxx 2007-ci il tarixli) öz əksini tapmamış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xxxx 2018-ci il tarixli məktubuna görə isə iddiaçının arxiv-pensiya işi üzrə məlumatlar təkrar yoxlanılmış, nəticədə b arəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə MTN seriyalı ****** nömrəli, xxxx 2007-ci il tarixli məlumat vərəqəsinin təqdim olunduğu müəyyən edilmiş, həmçinin cavabdehin xxxx 2019-cu il tarixli məktubuna əsasən keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İddiaçı xarici dil (ingilis dili) bilməyə görə vəzifə maaşına 10% əlavə xxxx 2003-cü il tarixdən xxxx 2003-cü il tarixədək və əlavə olaraq xidmətdə yüksək nəticələr əldə etdiklərinə, xüsusi lazımi işləri vaxtında yerinə yetirdiklərinə görə aylıq vəzifə maaşına 25% əlavə xxxx 2002ci il tarixdən xxxx 2003-cü il tarixədək ödənilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı 18.05.2 004-cü il tarixdə xidmətdən buraxılsa da, konstitusion normanın müddəalarına əsasən onun xidmətdən buraxıldığı vaxtdan sonra qüvvədə olan qanunvericiliklə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normalar geriyə tətbiq edilməlidir, iddiaçı xidmət etdiyi dövrdə xarici dil (ingilis dili) bilməyə görə aylıq vəzifə maaşına 10% əlavə aldığına görə də həmin əlavə nəzərə alınmaqla yenidən hesablanma üçün yeni məlumat vərəqinin verilməsinin cavabdehə həvalə edilməsi hissəsində məhkəmə qərarı əsaslıdır, iddiaçının hərbi xidmətdən buraxıldığı, dövrdən sonra qüvvəyə minmiş yüngülləşdirici norma olan xxxx 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il xxxx tarixli, 135 nömrəli qərarı ilə təs diq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın müvafiq müddəaları nəzərə alınmaqla, iddiaçıya pensiya hesablanması üçün Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməli olan “Məlumat vərəqəsində” xarici dil (ingilis dili) bilməyə görə aylıq vəzifə maaşına 10% əlavə nəzərə alınmalıdır, iddiaçının xidmət etdiyi dövrdə usta məharət (ali ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 35 faiz məbləğində əlavənin ödənilməsi isə iş materialları ilə müəyyən edilməmiş, belə ki, iddiaçı xidməti dövründə usta məharət (ali ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 35% əlavə aldığını qeyd etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya mə hkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2004-cü il tarixdən qüvvəyə minmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. xxxx 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqlar ı miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1994-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarının 1-ci maddəsinə əsasən usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinin məharət (tibbi hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 35 faiz məbləğlərində əlavələr müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Kassasiya şikayətinə əsasən iddiaçının dəlili apellyasiya məhkəməsinin qərarının iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qullu qçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması hissəsində dəyişdirilməsi, avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin xxxx 2007-ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 1 0 % əlavənin xxxx 2007-ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır və buna görə də apellyasiya məhkəməsinin qərarının nəticə hissəsində iddia tələbinin bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin olduğu kimi bütün təfərrüatları ilə göstərilməsinə zərurət yoxdur. Başqa sözlə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ilə iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin məhz xxxx 2007-ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilmiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlamış, qərarı həmin hissədə mübahisələndirmək hüququna malik olan cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməmişdir. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı, usta məharət (ali ixtisas) dərəcəsinə görə vəzifə maaşına 35% əlavənin xxxx 2007-ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissə sində iddia tələbinin apellyasiya məhkəməsi tərəfindən təmin edilməməsini iddiaçı şikayətdə mübahisələndirməmişdir. Beləliklə, Apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, iddiaçının xidmət etdiyi dövrdə xarici dili bilməyə görə aylıq vəzifə maaşına 10% əlavə aldığına görə “Məlumat vərəqəsində” bu əlavənin əks etdirilməli olduğunu, digər tərəfdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019cu il tarixli qərarının, iddiaçıya pensiya hesablanması zamanı avropa dillərini (ingilis dilini) bilməyə görə aylıq vəzifə maaşına 10 % əlavənin məhz xxxx 2007-ci il tarixdən hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fondunun Hərb i Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi hissəsində apellyasiya məhkəməsi qərarı ilə dəyişdirilmədən saxlanıldığını nəzərə alaraq iddiaçının kassasiya şikayətinin buna dair dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1336/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1336/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3115/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3115/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver