Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3116/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: x2, x3) “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust ta rixli 2-1(103)1345/2019 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-931/2017 nömrəli, 2017-ci il 2 mart tarixli qətnaməsi ilə x1 azyaşlı uşaqları 2012-ci il.xx.xx. təvəllüdlü x4, 2013-cü il.xx.xx. təvəllüdlü x5 və 2015-ci il.xx.xx. təvəllüdlü x6 ilə birlikdə ünvan 1 köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12633/2017 nömrəli, 2017-ci il 19 dekabr tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, x1 üç azyaşlı uşaqları ilə birlikdə x2nın və x3nun yaşadığı ünvan 1 köçürülməsi qət edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək övla dları ilə birlikdə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 8 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində qeyd olunan sənədləri cavabdehə təqdim etdikdən sonra onun göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. İddiaçı 2019-cu il 9 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanuni qaydada yaşayış yeri kimi müəyyən edilmiş ünvan 1 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, üçüncü şəxs x3 ilə n ikaha daxil olduqdan sonra ünvan 1 köçmüşdür. Onun bu nikahdan üç övladı dünyaya gəlmişdir. Övladlarına görə ərinin və qayınanasının ona qarşı etdikləri haqsızlıqlara dözməyə məcbur olmuşdur. Lakin uzun müddət dəyişilməyən bu vəziyyət dözülməz həddə çatanda iddiaçı münasibətlərə son qoymaq qərarına gəlmiş, uşaqları ilə birgə evi tərk etməyə vadar olmuşdur. Uzun müddət kirayələrdə qalmışdır. Uşaqlarının gələcəyini düşündüyü üçün 5 il ərzində daimi yaşayış yeri olan, ünvan 1 qayıtmaq qərarına gəlmiş, lakin keçmiş əri buna imkan verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-931/2017 nömrəli, 2017-ci il 2 mart tarixli qətnaməsi ilə x1 azyaşlı uşaqları 2012-ci il.xx.xx. təvəllüdlü x4, 2013-cü il.xx.xx. təvəllüdlü x5 və 2015-ci il.xx.xx. təvəllüd lü x6 ilə birlikdə özbaşına inşa olunan ünvan 1 köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12633/2017 nömrəli, 2017-ci il 19 dekabr tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, x1 üç azyaşlı uşaqları ilə birlikdə x2nın və x3nun yaşadığı ünvan 1 köçürülməsi qət edilmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33, 35-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 yanvar tarixli 2-1(82)1043/2019 nömrəli qərardadı ilə x2 və x3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli 2-1(82)1043/2019 nömrəli qərarıilə iddia təmin edilmiş, iddiaçının ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ünvan 1 ünvana köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(103)-1345/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı üçüncü şəxslərə 2019-cu il 26 avqust tarixdə təqdim edilmişdir. Üçüncü şəxslər həmin qərardan 2019-cu il 11 sentyabr tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə üçüncü şəxsin arqumentlərini (x1 ilə münaqişəli ailə kimi Daxili İşlər Nazirliyi orqanında qeydiyyata düşməyi, x1nın həmin mənzilə köçdüyü tarixdən bu günə kimi mütəmadi yaşamadığı və s. bu kimi halları) nəzərə almadan qərəzli qərar qəbul etmişdir. Bundan əlavə, Xətai Rayon Məhkəməsində “kompensasiya ödəməklə x1nın ünvan 1 köçürülmə hüququna xitam verilməsinə dair” mülki iş vardır. Üçüncü şəxslər hazırkı inzibati işin icra atının mülki işə baxılıb qurtarılanadək dayandırılması barədə məhkəməyə vəsatətlə müraciət etsə də, məhkəmə bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs x3 məhkəmə bildirişini almamış, məhkəmə bunu nəzərə almadan prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İPM-in 7.1, 7.2, 28, 29.1, 29.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etmə yi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün m üvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Normanın məzmunundan göründüyü kimi qanunverici yaşayış yeri üzrə qeydiyyata alınmaq istəyən şəxs üçün alternativ hüquqi imkanlar nəzərdə tutur: (a) yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyy atına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya (b) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim olunması. Həmin alternativ imkanlardan hər hansı birinin mövcudluğu şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas verir. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birinin mövcudluğu «razılıq ərizəsi» şərtini istisna edir. İstinad edilən normada təsbit edilmiş “Azərbaycan Resp ublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” isə işə əlavə edilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-931/2017 nömrəli, 2017-ci il 2 mart tarixli qətnaməsi ilə x1 azyaşlı uşaqları 2012-ci il.xx.xx. təvəllüdlü x4, 2013-cü il.xx.xx. təvəllüdlü x5 və 2015-ci il.xx.xx. təvəllüdlü x6 ilə birlikdə ünvan 1 köçürülməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12633/2017 nömrəli, 2017-ci il 19 dekabr tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, x1 üç azyaşlı uşaqları ilə birlikdə x2nın və x3nun yaşadığı ünvan 1 köçürülməsi qət edilmişdir. Həmin qətnamə mülki məhkəmə icraatı qaydasında qəbul edildiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsini xatırlatmağı zəruri hesab edir. Həmin normaya əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12633/2017 nömrəli, 2017-ci il 19 dekabr tarixli qətnaməsi ilə iddiaçının üç azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ tanınmış və təsdiq edilmişdir. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır. Digər icraatda baxılan işlə bağlı hazırkı işin icraatının dayandırılması barədə vəsatətin təmin olunmadığına d air şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bu iş üzrə iddianın təmin olunması, mülki qaydada baxılan digər iddianın təmin olunacağı halda, qanuni qüvvəyə minən məhkəmə qətnaməsinin icrası üçün hüquqi və ya faktiki baxımdan maneə deyil. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətdə qeyd edilən normaların tələblərinin pozuntusuna apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilməmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(103)-1345/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3116/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3116/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver