Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3117/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: ara məsafəsi, yanaşı divarlar 03.12.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X3, bundan sonra üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-848/2019 saylı, 16 may 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 29.11.2006-cı il tarixli çıxarış ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qəmbərov Ramiz küçəsində istifadədə olan 0.0133 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 1 mərtəbəli binada 52.48 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüquqi üzrə üçüncü şəxsin adına hüquqi qeydiyyata alınmışdır. 20.05.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi ünvanda yerləşən istifadədə olan 0.018 ha tor paq sahəsində yerləşən ümumi sahəsi 235.3 kv.m. olan, o cümlədən yaşayış sahəsi 128 kv.m., yardımçı sahəsi 107.3 kv.m. olan beş otaqlı 35/1 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin verdiyi 28.06.2011-ci il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti kimi iddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.07.2011-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları iddiaçının adına hüquqi qeydiyyata alınmışdır. Cavabdehin 16.06.2017-ci il tarixli “Sabunçu rayonu, B akıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən 35 saylı evin üçüncü şəxsə məxsus 2 saylı mənzilin yenidən qurulmasına dair” sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən 35 saylı evinin 2 saylı mənzilin təqdim olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilməsi qərara alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Qəmbərov Ramiz küçəsində yerləşən 35 saylı evin yenidən qurulmasının memarlıq planlaşdırmasının eskiz həlli tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 02.11.2018-ci il tarixli çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 35B, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülki yyət hüquqları üçüncü şəxsin adına hüquqi qeydiyyata alınmışdır. İddiaçı 2 avqust 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 16.06.2017-ci il tarixli, 210 saylı sərəncamın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 20 may 2011-ci il tarixli, 4Ə/4-450 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi dəyəri ödənilməklə satıcı X4 tərəfindən iddiaçıya satılmışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən iddiaçının adına mülkiyyət h üququna dair 13.07.2011-ci il tarixli çıxarış verilmişdir. Bununla da, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olaraq həmin ölkədə yaşadığı üçün mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib-gedir. Növbəti gəlişlərinin birində qonşuluqda yerləşən tikilinin sökülməsinə və yerində yeni tikilinin inşasına başlanmasının şahidi olmuş və aparılan tikinti işləri ilə vizual tanış olduqda yeni tikilinin divarlarının onun mülkiyyətində olan əmlakın divarına və hasarına bitişik aparılması müəyyən etmişdir. Qeyd olunan tikilinin dayandırılması və ya layihə üzrə tikilməsi tələb edilsə də, eləcə qeyd olunan qanunsuz halla bağlı aidiyyəti orqanlara müraciət olunsa da, tikinti işləri davam etdirilmişdir. Belə olan ha lda, iddiaçı tərəfindən mübahisə predmeti olan tikilinin tikinti aparan şəxsin şəxsi vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət olunmuşdur. Qeyd olunan məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən tikilinin aparılması icazə verən sərəncamın, layihənin və digər əhəmiyyətli sənədlərin təqdim edilməsi Cavabdehndən tələb olunmuşdur. Lakin, hazırkı iş üzrə cavabdeh Sabunçu rayon Məhkəməsi tərəfindən tələb olunan bütün sənədləri təqdim etməmiş, yalnız sərəncam və çıxarış təqdim edilmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfində təyin edilmiş 19.07.2018-ci il tarixdəki məhkəmə iclasında Sabunçu Rayon Məhkəməsinin təqdim etdiyi layihə və çıxarış iş üzrə tərəf olaraq ona təqdim edilmişdir. Həmin sərəncamın mətni ilə iddiaçı tanış olduqdan sonra müəyyən olunmuşdur ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən 35 saylı evin 2 nömrəli mənzilin təqdim olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir. Təqdim olunan sərəncam əsasında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tikilinin məhz hazırkı vəziyyəti olan qaydada tikintisinə icazə vermişdir. Bu da iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh tikinti və şəhərsalma qaydalarına uyğun olmayan formada yenidən qurma işlərinə icazə verməsinə dair qəbul etdiyi 16.06.2017-ci il tarixli, 210 saylı Sərəncamı qanunsuz və əsassızdır. Hazırkı iş üzrə cavabdeh orqan 3-cü şəxs tərəfindən təqdim edilən layihəni ekspertiza keçirmədən təsdiqləmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsinin tərtib etdiyi 05.12.2018-ci il tarixli yerli baxış protokoluna əsasən mübahisəli əraziyə keçirilmiş baxış nəticəsində iddiaçıya məxsus ev ilə, üçüncü şəxsə məxsus ev hazırkı vəziyyətdə bir-birinə bitişik olduğu, üçüncü şəxsə aid olan ev əvvəldən bir mərtəbəli olmuş, sonradan bəzi tikinti işləri aparılaraq, üstünə 1 mərtəbə əlavə olunduğu, fərdi yaşayış evlərinin ilkin vəziyyətdən bir-birinə bitişik olduğu, yerli baxışda iştirak edən memarın qeyd etdiyi kimi evlərin hazırkı vəziyyətdə belə bitişik olması, faktiki olaraq tərəflərə heç bir maneçiliyi olmaması, inşa edilən evlərin bir-birinə bitişik olan hissəsində hər iki fərdi yaşayış evində yan pəncərələrin olmadığı müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-3658/2018 saylı iş) 27 dekabr 2018-ci il t arixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, mübahisəli inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Üçüncü şəxsin məhkəməyə təqdim etdiyi şəkillərlə üçüncü şəxsə məxsus evin hazırkı vəziyyətdə bir-birinə bitişik olması, üçüncü şəxsə aid olan ev əvvəldən bir mərtəbəli olması, üstünə 1 mərtəbə əlavə olunması, fərdi yaşayış evlərinin ilkin vəziyyətdən 1 mərtəbəli olmaqla birbirinə bitişik olması faktı təsdiq olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X8 və X6, 2-1(103)-848/2019 saylı iş) 16 may 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayəti ni təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 15 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh orqan tərəfindən təsdiqlənmiş layihə Şəhərsalma və Tikinti Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun tərtib edilmişdirsə hazırki iddia özü-özlüyündə əsaslılığını itirmiş olur. Lakin layihə qeyd olunan maddi hüquq normalarına uyğun deyilsə, həmin layihəni təsdiq edən sərəncam da qanuna uyğun hesab edilə bilməz. Cavabdeh orqan sübutetmə vəzifəsi onun üzərində ola-ola lazımi sübutları təqdim etməməsi onu xeyrinə deyil iddiaçının xeyrinə şərh edilməlidir. Lakin birinci instansiya məhkəməsi cavabdeh orqanın məhkəmə iclaslarına gəlm əməsinə və iddiaya doğru-düzgün etiraz təqdim etməməsinə baxmayaraq sərəncamın qanuni olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi sərəncamın qanuni olmasını əsaslandırarkən 05.12.2018-ci il tarixə təyin olunmuş yerli baxış protokoluna istinad etmişdir. Yerli baxışla bağlı qeyd edilməlidir ki, 05.12.2018-ci il tarixə, saat 15.00-a təyin edilmiş yerli baxışın keçirilmə vaxtından əvvəl yerli baxış yerinə gələn məhkəmə təyin edilmiş vaxta iddiaçının nümayəndəsi və vəkilinin gəlməsini vaxtı yoxdur bəhanəsi ilə gözləmədən yerli baxış keçirmiş və bir tərəfli mülahizələrlə belə bir protokol qəbul etmişdir. Yerli baxış protokoluna istinad edən birinci instansiya məhkəməsinin “sonrada bəzi tikinti işlərinin aparılması, üstünə bir mərtəbə əlavə olunması” ilə bağlı mövqeyi ilə əlaqədar qe yd edilməlidir ki, məhkəmə hansı hallarla bu dediklərini müəyyən etdiyini protokolda qeyd etməmişdir. Cavabdeh orqana layihə ilə bağlı dəfələrlə müraciət olunsa, cavabdeh orqan qərəzli şəkildə həmin layihəni təqdim etməkdən boyun qaçırmışdır. Cavabdeh orqanın həmin layihəni təqdim etməməsi ümumiyyətlə belə bir layihənin olmaması, varsa da, qanunvericilik normalarına uyğun olmaması ehtimalını təsdiqləmiş olur. Şikayəti əsaslandırılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 69, İnzibati-Prosessual Məcəllənin 12.2, 12.4, 14.1, 48.1, 58.7, 60-cı maddələrinə istinad olmuşdur. tərəflərin izahatları: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddi açı üçüncü şəxsin mənzilinin təqdim olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilməsinə dair cavabdehin 16.06.2017-ci il tarixli, 210 saylı sərəncamını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı bildirir ki, 20 may 2011-ci il tarixli, 4Ə/4-450 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən yaşadığı fərdi yaşayış evini almışdır. Son illərdə üçüncü şəxsin onun evinə bitişik tikilinin sökülməsinə və yerində yeni tikilinin inşasına başlanmasının şahidi olmuş və aparılan tikinti işləri ilə vizual tanış olduqda yeni tikilinin divarlarının onun mülkiyyətində olan əmlakın divarına və hasarına bitişik aparılması mü əyyən etmişdir. Cavabdeh tikilinin məhz hazırkı vəziyyəti olan qaydada tikintisinə icazə vermişdir. Bu da onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdehin tikinti və şəhərsalma qaydalarına uyğun olmayan formada yenidən qurma işlərinə icazə verməsinə dair qəbul etdiyi sərəncamı qanunsuz və əsassızdır. Cavabdehin mövqeyinə görə üçüncü şəxsə məxsus mənzilin yenidən qurulmasının təqdim edilmiş layihə üzrə həyata keçirildiyi müəyyən edilmişdir. Mübahisə ilə bağlı yuxarıda bəhs edilən məhkəmə qərarları qəbul edilmişdir. İddiaçıya məxsus yaşayış evinin 28 iyun 2011-ci ildə tərtib edilmiş texniki pasportunda evin 2006-cı ildə tikildiyi qeyd edilmişdir. Üçüncü şəxsə məxsus yaşayış evinin əvvəlki dövrlərə aid texniki pasportu işə əlavə edilməmişdir. Bununla belə, 29 noyabr 2006-cı ild ə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tarixinə görə ən azından ümumi sahəsi 54,28 kv.m olan 2 otaqlı bir mərtəbəli mənzili 2006-cı ildən mövcud olmuşdur. İddiaçının bildirməsinə görə mülkiyyətində olan yaşayış evini 2011-ci ilin may ayında almışdır. Yəni iddiaçı 2011-ci ilin may ayında mülkiyyətində olan mənzili alarkən üçüncü şəxsin onun mənzilinə bitişik bir mərtəbəli mənzili mövcud olmuş, iddiaçı üçüncü şəxsin bir mərtəbəli mənzilinin onun mənzilinə bitişik olması və ara məsafəsi ilə bağlı əvvəllər mübahisə açmamışdır. Hazırkı mübahisə üçüncü şəxsə məxsus birmərtəbəli yaşayış evinin üzərindən cavabdehin təsdiq etdiyi layihə əsasında əlavə mərtəbənin (mənzilin) tikilməsi, bu zaman qanunvericilikdə nəzərdə tutulan ara məsafəsinə əməl edilməməsi ilə bağlıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir... Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur (69.2-ci maddə). Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər ola n məsafə isə ara məsafəsini təşkil edir (69.4-cü maddə). Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi (69.5.2-1-ci maddə). Məhkəmə kollegiyası yuxarıda vurğuladığı kimi qeyd edir ki, üçüncü şəxs birmərtəbəli mənzilin divarından əlavə tikili aparmaqla iki mərtəbəli mənzil inşa etmiş, birmərtəbəli mənzil 2006-cı ildən mövcud olmuşdur. Mübahisə ilə bağlı münasibətlər 2013cü ilə qədər mövcud olduğundan ara məsafəsi ilə bağlı mübahisəyə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müddəaları tətbiq edilə bilməz. Şəhərsalma və Tikinti Məcəlləsində yanaşı divarlara-bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlar (3.0. 35-ci maddə), ortaq divara-iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar (3.0.36-cı maddə) anlayışı verilmişdir. Hazırkı vəziyyətdə iddiaçı ilə üçüncü şəxs arasında ortaq divar deyil, ayrı-ayrılıqda inşa edilmiş yanaşı divarlar mövcud olmuşdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. İddiaçı tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu olan üçüncü şəxs tərəfindən hər hansı əlavə tikili aparılmamışdır. Yəni üçüncü şəxs tərəfin dən aparılan tikili iddiaçıya məxsus inşa edilmiş yanaşı divarda və onun müəyyən hissəsində deyil, özünə məxsus yanaşı divarda inşa edilmişdir. Bu səbəbdən üçüncü şəxsin apardığı tikili barədə iddiaçının notariat qaydasında təsdiq olunmuş razılığının alınmasına zərurət olmamışdır. İddiaçı kassasiya şikayətində məhkəmənin cavabdehin sərəncamın verilməsinə əsas olmuş layihənin əldə edilməsinə cəhd edilmədiyini qeyd etsə də, işin 41-50-ci səhifəsində olan sənədlərdən görünür ki, cavabdeh üçüncü şəxsə məxsus mənzilin yenidən qurulmasının memarlıq planlaşdırmasının eskiz həllinin surətini birinci instansiya məhkəməsinə təqdim etmiş, mənzilin layihə sənədləri işdə mövcud olmuşdur. Cavabdeh 27 dekabr 2017-ci il tarixli məktubunda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 35 saylı ev in 2 saylı mənzilinə baxış keçirdiyini, mənzilin yenidən qurulmasının təqdim edilmiş layihə üzrə həyata keçirildiyinin müəyyən edildiyini bildirmişdir. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Cavabdehin qəbul etdiyi 16 iyun 2017-ci il tarixli sərəncamın qanuna zidd olması və bunun nəticəsində iddiaçının hüquqlarını pozması sübuta yetmədiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-848/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3117/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3117/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver