Məhkəmə qərarları › İş №2-1(102)-3119/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3119/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3119/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-439/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin məktubuna görə, N73-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 05A nömrəli əmrilə hərbi hissəyə daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N74-cü il təvəllüdlü Oğuz RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N93cü il tarixli, N nömrəli əmrilə hərbi hissənin şəxsi heyət siyahılarından və bütün növ təminatlardan çıxarılmışdır.

2. Cavabdehin 23 avqust 2022-ci il tarixli məktubuna əsasən, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müda fiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N-cu il tarixli, 9/2N57N6 nömrəli arayışına əsasən, xx.xx.N93-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına və N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, N0/44 nömrəli məktuba əlavə olunmuş HDQ Hərbi Tribunalının 340/N96 nömrəli hökmün təsdiq e dilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24N-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinmiş və həmin məcəllənin 46-cı maddəsinin tələblərinə əsasən o, cəza çəkməkdən azad olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N iyul N92-ci ildə Oğuz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N92-ci ilin iyun-iyul aylarında N saylı hərbi hissədə, avqust-sentyabr aylarında N saylı hərbi hissədə, fevral N93-cü il tarixdən fevral N94-cü il tarix ədək N saylı hərbi hissədə, iyun N96-cı il tarixdən iyul N97-ci ildə N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. N0 fevral N94-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qardaşı XN şəhid olmuşdur. Həmin vaxt xidmət etdiyi hərbi hissədən icazə alaraq qardaşının dəfn mərasimində iştirak etmək üçün yaşadığı Oğuz rayonunun Qumlaq kəndinə gəlmişdir. Lakin hərbi hissəyə qayıtdıqdan sonra həbs olunmuşdur və 2 ay N5 gün həbsdə saxlanılmışdır. Ona məxsus H3 ******* nömrəli hərbi biletin 6-cı səhifəsində N saylı hərbi hissənin qərargah rəisinin əmrinə əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir.

4. Həbsdən azad olunduqdan sonra hərbi hissəyə qayıtmış və N iyul N97-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

5. Hərbi xidmətdən qayıt dıqdan sonra dəfələrlə Oğuz rayon Hərbi Komissarlığına müraciət etsə də müharibə veteranı adını ala bilməmişdir.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda bildirilmişdir ki, müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin 04 noyabr 2022-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçı N2 may N94-cü il tarixədək 239, 250, N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən 239, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyiblər. Həmçinin iddiaçıya məxsus hərbi biletin 6-cı səhifəsində iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N0 fevral N96-cı il t arixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığına dair qeyd mövcuddur. Beləliklə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya "Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2-N(NN6)-459/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslər döyüş əməliyyatlarında iştirak etməsindən asılı olmayaraq müharibə veteranı sayılmırlar.

9. İddiaçı, HDQ Hərbi Tribunalının xx.xx.N97-ci il tarixli 340/96 №-li 340/N96 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24N-ci maddəsinin “B” bəndi ilə (müharibə dövründə fərarilik) təqsirli bilinmiş və həmin məcəllənin 46-cı maddəsinin (şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli şəxs hesab edilməməsi) tələblərinə əsasən cəza çəkməkdən azad olunmuşdur. Hökmün məzmunundan görünür ki, iddiaçı xx.xx.N94cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar müddətli məzuniyyətə buraxılmış və bir daha qulluq yerinə qayıtmadığına görə N94-cü ilin mart ayından qulluq yerini özbaşına buraxıb getmiş şəxs hesab edilmiş, xx.xx.N96-cı ildə Kürdəmir rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-439/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev /sədrlik edən və iyul məruzəçi/, E.Mehdiyev və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının ka ssasiya şikayəti iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qay daları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Ə sasnamə (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən): Bənd N. Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidm əti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisə lərinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). 19. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

20. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəl mişdir.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi cinayətlərə görə məhkum edilmiş şəxs hesab edildiyindən ona müharibə veteranı adının verilməsindən əsaslı olaraq imtina etmişdir.

29. Belə ki, iş materiallarına əsasən iddiaçı, HDQ Hərbi Tribunalının 340/N96 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24N-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinmiş və həmin Məcəllənin 46-cı maddəsinin tələblərinə əsasən o, cəza çəkməkdən azad olunmuşdur. Hökmün məzmunundan görünür ki, iddiaçı xx.xx.N94-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar müddətli məzuniyyətə buraxılmış və bir daha qulluq yerinə qayıtmadığ ına görə N94-cü ilin mart ayından qulluq yerini özbaşına buraxıb getmiş şəxs hesab edilmiş, xx.xx.N96-cı ildə Kürdəmir rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

30. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olu nmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 31. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

32. Odur ki, qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə və digər hərbi cinayətlərə görə məhkum hesab edilmiş şəxslər döyüş əməliyyatlarında iştirak etməsindən asılı olmayaraq müharibə veteranı sayılmırlar.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə d air iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-439/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar