Məhkəmə qərarları › İş №2-1(102)-312/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-312/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-312/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-312/2019) Bakı şəhəri 13 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması " tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-402/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1963-cü ildə Oğuz rayonunun Şin kəndində anadan olmuşdur və hazırda orada qeydiyyatdadır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi).27.01.1982-ci ildə X1 ilə nikah bağlayanadək onun soyadı “Əzimova” olmuşdur. İddiaçı 1982-1996-cı illərdə xxx kənd X2 tütünçü, 16.04.1991-ci il tarixdən Orta təhsilli Şəki kənd körpələr evi uşaq bağçasında tərbiyəçi işləyir. (Azərbaycan Respublikası Milli Arxiv İdarəs i Respublika X4 filialının 08.02.2018-ci il tarixli 208 nömrəli arxiv arayışı, ИТ-İ seriyalı ******* N-İi 30.05.2001-ci il tarixli əmək kitabçası). İddiaçı 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin sonuncu 16.02.2018-ci il tarixli 80/3-90 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçının 34 il 9 ay ümumi sosial sığorta stajı müəyyən edilmişdir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Siyahının 27-ci “ Yeyinti sənayesi” bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalı yeyinti sənayesinə aid olduğundan, habelə xüsusi sığorta stajı olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi iş stajı və 52 yaşı var. Lakin cavabdeh əsassız olaraq yeyinti sənayesində tütün yarpaqlarını düzənlərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququna malik olmadığını bildirmişdir. Tütün istehsalı tütünün əkilməsi, becərilməsi, yığılması, qurudulması üçün yarpaqlarının düzülməsi mərhələlərindən keçir. O, da tütünçü olaraq tütün yarpaqlarını əkərək becərmiş, düzmüş və qurudaraq yığmışdır. Cavabdehin iddia ərizəsinə etirazı iddiaçının müraciətinə verdiyi imtina cavabı ilə eyni məzmunludur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-799/2018 saylı, 05 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 1982, 1983, 1986, 1990-1994-cü illərdə xxx kənd "Fəhlə kənd Birliyi" kolxozunda tütünçü, 1997ci illərdə Şəki rayonu Cunud kənd təsərr üfatı məhsulları istehsalı kooperativində tütünçü işlədiyi müddətin tam, 1989-cu ildə (160 gün) və 1996, 1998-ci illərdəki (müvafiq olaraq 157 gün+12 gün) iş stajı, bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət (160+157+12=339/170=1 il 9 ay) üzrə nəzərə alınaraq hesablanması və 09.05.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-402/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Əliyev, hakimlər: M.M.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisad i Məhkəməsinin 2-1(84)-799/2018 saylı, 05 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-402/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmiş, hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq olan şəxslər həmin Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. Həmin qanunun 9.1-ci maddəsində qeyd edilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfind ən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edirlər. Daha sonra qeyd edilir ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Həmin Siyahının 27-ci “Yeyinti sənayesi” bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələrin sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Bu Siyahıda tütün i stehsalı yeyinti sənayesinə aid edildiyi üçün iddiaçıya kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün olmamışdır. Belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsula ilə istehsalına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqd im edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Ş ikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun vətəndaşlar qocaldıqda, əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə, habelə ailə başçısını itirdikdə onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş maddi təminat hüququna zəmanət verməklə vahid dövlət pensiya sistemini müəyyən edir. Qanunl a fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən isə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Yəni, kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Respublika X4 filialı tərəfindən verilmiş 08.02.2018-ci il tarixli 208 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xxx kənd X2 1982ci ildə 190 gün, 1983-cü ildə 223 gün, 1984-cü ildə 292 gün, 1985-ci ildə 231 gün, 1986-cı ildə 180 gün, 1987-ci ildə 107 gün, 1988-ci ildə 228 gün, 1989-cu ildə 252 gün, 1990-cı ildə 213 gün, 1991-ci ildə 135 gün, 1992-c i ildə 113 gün, 1994-cü ildə 156 gün, 1995-ci ildə 125 gün tütünçü işləmişdir. Lakin 1993 və 1996-cı illərdə adambaşı gün norması qeyd edilməmişdir. Eyni zamanda, mübahisənin yarandığı zaman qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalar”ının 13 nömrəli əlavəsində əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən əlilliyə görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), əlilliyini təsdiq edən sənəd, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.19 92-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haq qı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sa həsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya in stansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı 1987-ci ildə analıq məzuniyyətində olduğu üçün üzrlü səbəbdən adambaşı gün normasını tam yerinə yetirməmişdir. Bu səbəbdən 1987-ci il tam iş ili kimi hesablanmalıdır. Odur ki, iddiaçının 1982-1990-cı illərdə xxx kənd X2 tütünçü işlədiyi müddəti tam, 1991-ci ildə (135 gün), 1992-ci ildə (113 gün), 1994-cü ildə (156 gün) və 1995-ci ildə (125 gün) iş stajı, bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət (135+113+156+125=529/170=3 il 1 ay) üzrə nəzərə alınaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, eləcə də 1993 və 1996cı illərdə işlədiyi müddətin iş stajı kimi nəzərə almaması barədə məhkəmələr düzgün nəticəyə gəlmişlər. Bundan əlavə, cavabdehin 16.02.2018-ci il tarixli məkt ubunda qeyd edilir ki, iddiaçının 34 il 9 ay sosial sığorta stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı"nın 27-ci bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalı yeyinti sənayesinə aid olduğundan, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 34 il 9 ay ümumi iş stajına malikdir və həmin müddətin 12 il 1 ayı (1982-1990+3 il 1 ay) tütünçü stajına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 ya nvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27-ci (Yeyinti sənayesi) bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi göstərilmişdir. Məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27-ci (Yeyinti sənayesi) bölməsinin 27.5.1-ci yarımbəndində yalnız tütün istehsalatında işləyən, tütün yarpaqlarını düzən fəhlələrin göstərilməsi, kənd təsərrüfatında tütün yarpaqlarını düzənlərin isə həmin siyahıda nəzərdə tutulmaması bu sahədə işləyən şəxslərin həmin kateqoriyaya, yəni yeyinti sənayesinə aid olmaması anlamına gətirib çıxarmamalıdır. Əks yanaşma, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsinə, beləliklə də sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Başqa sözlə, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş sözügedən Siya hının 27-ci (Yeyinti sənayesi) bölməsinin 27.5.1-ci yarımbəndi məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəm ə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-402/18 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar