Məhkəmə qərarları › İş №2-1(102)-312/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-312/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-312/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsinə kadastr planının verilməsi GİRİŞ HİSSƏ 04.02.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçı və cavabdeh İdarənin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə kadastr planının verilməsi haqqında i ddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən seriya RX No ******* saylı xx.xx.2016-cı il tarirxli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər ra yonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə kadastr planının verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsi ə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-1646/2019) iddianın təmin edilməsi; Daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kimi, x xxxxx 2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reystrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliynin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ilə(sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2067/19) cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvaf iq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə birlikdə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən onlara çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsini xx.xx.2007-ci il tarixdə notarial qaydada bağlanmış ANİ0116522 saylı alqı-satqı müqavi ləsi əsasında almış və cavabdeh İdarə tərəfindən ona həmin bağ torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən ona RX ******* saylı çıxarış verilmişdir. Lakin bu zaman dövlət reyestrində qeyd alınmış həmin torpaq sahəsinin plan və ölçüsü tərtib olunub iddiaçıya təqdim olunmamışdır. Ona görə də, iddiaçı həmin sənədin əldə edilməsi üçün cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqan ona ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ərizəçinin göstərdiyi torpaq sahəsinin digər fiziki şəxs tərəfindən istifadə olunduğundan müraciətinin təmin edilməsindən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verər ək haqlı olaraq belə hesab etmişdir ki, qanunvericilyə görə, daşınmaz əmlakla bağlı texniki sənədələrin, o cümlədən plan və ölçünün tərtib edilib ərizəçiyə verilməsini təmin etmək məhz, cavabdeh İdarənin qanunla üzərinə düşən bir vəzifədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 553 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin 1, 3, 4.9-cu bəndlərinə əsasən, Azərbaycan Respublikası X2 Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü Komitənin strukturuna daxil olan qurum tərəfindən tərtib edilən, torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsini (hektarla) əks etdirən ciddi hesabat sənədidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tari xli 319 saylı Qərarı ilə təsdiq edimiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 3.7-ci bəndinə müvafiq loolaraq ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir; Həmin Qaydaların 3.8-ci bəndinə görə, qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron daşıyıcılar üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən imzalanmış hüquqlar ın dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış (bundan sonra - dövlət reyestrindən çıxarış) ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətinə təsdiq edilməsi üçün əraziidarəsinin rəhbərliyinə təqdim olunur; Həmin Qaydaların 3.9-cu bəndinə görə, qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş dövlət reyestrindən çıxarış və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada ərizəçiyə verilməsi məqsədi ilə 1 (bir) gün müddətindəsənədlərin qəbulu və verilməsi şöbəsinə göndərili r; Həmin Qaydaların 3.10-cu bəndinə uyğun olaraq Sənədlərin qəbulu və verilməsi şöbəsi xidmət bölmələrindən daxil olmuş ərizələrlə bağlı sənədləri bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş qaydada ərizəçiyə təqdim edilməsi məqsədi ilə həmin xidmət bölmələrinə göndərir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Haqqında Əsasnamə»nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məşsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərindən biridir (həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun apparatı və tabeliyində olan yer li qürumlar daxildir) Beləliklə də, cavabdeh İdarənin iddiaçıya verilmiş torpaq sahəsinin digər şəxs tərəfindən istifadə edildiyini bildirən formal xarakterli dəlilləri, habelə bu dəlillər əsasında qurulmuş imtinası əsassız və qanunsuzdur. İddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab ed ilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar