Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-312/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkün sayılmaması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli, 2-1(103)2271/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 02.04.1984-cü il tarixdən 28.03.1988-ci il tarixədək «Qum adası» NQÇİ-də (keçmiş Serebrovski) və 01.05.1999-cu il tarixdən hal-hazıradək 28 May NQÇİ-də dəniz şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq olunmuş güzəştli pensiya hü ququ olan vəzifələrin 1 saylı siyahısına uyğun olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınaraq, 30.08.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli, 2-1(82)1578/2017 saylı qərarı ilə iddia təmin edilmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.05.2017ci il tarixli, 2-1(103)-1256/2017 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli, 2-1(82)1578/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli, 2-1 (102)-1637/2017 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 23.05.2017-ci il tarixli, 2-1(103)-1256/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh 26.10.20-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli, 2-1(82)1578/2017 saylı qərarı ilə başa çatmış məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
6. Birinci instansiya məhkəməsinin 13.07. 2021-ci il tarixli, 2-1(82)-1578/2017 nömrəli (hakim E. Əliyev) qərardadı ilə yeni açılmış hallarla bağlı məhkəmə icraatının təzələnməsi barədə cavabdehin ərizəsi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş ərizədə istinad olunan dəlillər sonradan yeni sübutların və ya halların aşkar olunması ilə bağlı olduğundan, həmçinin ərizədə göstərilən dəlillərin başqa məzmunda məhkəmə aktı qəbul edilməsinə əsas verdiyindən, həmin ərizə təmin edilməlidir.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı ərizənin rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli, 2-1(103)-2271/2021 nömrəli ( hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Aida Hüseyn ) qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(82)-1578/2017 nömrəli qərardadı ləğv edilmiş, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında cavabdeh tərəfindən verilmiş ərizə mümkün sayılmamışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyi zaman ərizəsində istinad etdiyi hallar barədə məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddəti ö türməklə məhkəməyə müraciət etmişdir.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizənin təmin olunmasını və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə, cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərinin yoxlanılmasını nəzərdə tutur. Hazırki mübahisə isə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə bağlıdır. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edi r. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qər ardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
19. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab e dərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
21. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçiyə məlum olmayan, bu səbəbdən onun təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin süb utların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
22. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
23. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayəti ndə istinad etdiyi şəxsin iş yerindən arayışın işə əlavə olunmaması, pensiyanın hesablandığı əmək haqqının müəyyən edilməməsi, iddiaçının işlədiyi peşənin zərərli iş şəraiti ilə bağlı olması və sair hallar, eləcə də məhkəmə qərarının əsaslılığı, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı məsələlər məhkəmə icraatının təzələnməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Belə ki, iddia üzrə məhkəmə icraatı çərçivəsində ərizəçinin həmin hallara münasibət bildirmək, onların müəyyən olunması və aradan qaldırılması ilə bağlı müvafiq prosessual hərəkətləri həyata keçirmək imkanları mövcud olmuşdur və bu imkanlardan istifadə cavabdehin məsuliyyət sferasına aiddir.
24. Cavabdehin yeni açılmış hallarla bağlı ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallardan ər izədə qeyd edilən halların ilkin məhkəmə araşdırmalarının predmeti olduğu və onlara məhkəmə tərəfindən hüquqi qiymət verildiyi müəyyən edilmişdir. Bu baxımdan həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağ lı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Belə yanaşma hüquqi sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
25. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
26. B u qərarın 16-ci bəndində istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
27. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli, 2-1(82)-1578/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Al i Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli, 2-1 (102)-1637/2017 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 23.05.2017-ci il tarixli, 2-1(103)-1256/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.
28. Cavabdeh 26.10.2020-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin qüvvəyə minmiş 27 mart 2017-ci il tarixli, 2-1(86)-1578/2017 saylı qərarına yenidən baxılması məqsədilə yeni açılmış hallarla bağlı məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
29. Bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsas lılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.
30. Bu qərarın 16-cı bəndində istinad olunan normada nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Odur ki, hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti ye rinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (cavabdehin) məsuliyyət sferasına aid edilməlidir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yeni açılmış hallarla bağlı məhkəmə icraatının təzələnməsinə dair ərizənin mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli, 2-1(103)-2271/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir