Məhkəmə qərarları › İş №2-1(102)-312/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-312/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-312/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İda rəsinə (3-cü şəxs: X16) qarşı "Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-309/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarından üçüncü şəxs X16 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı və üçüncü şəxs X16 qardaşdırlar.

2. Zərdab rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 08 nömrəli qərarına əsasən, Zərdab şəhəri Azərbaycan küçəsində istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 9 nömrəli 3 otaqlı mənzil iddiaçının və üçünc ü şəxsin atası Kənd təsərrüfatı texnika Birliyində mexanik işləyən Murad Fərəcova verilmişdir.

3. Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən Texniki İnventarlaşdırma Bürosuna təqdim edilməsi üçün X6 adına Zərdab şəhəri, Azərbaycan küçəsi 55 nömrəli evin 9 nömrəli mənzili ilə bağlı xx.xx.1996-cı il tarixli, 744 nömrəli arayışın kötüyü tərtib edilmiş, həmin sənəddə mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X7, İddiaçı, Nümayəndə, X12, X18, X13, X16, X3, X14 göstərilmişdir. 4. xx.xx.1996-cı il tarixdə Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən Zərdab şəhəri, Azərbaycan küçəsi 55 nömrəli evin 9 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında üçüncü şəxs X11 adına qeydə alınmış (reyestr kitabı № 322, inventar işi № 226) və ona bu bar ədə Qeydiyyat vəsiqəsi verilmişdir.

5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, X11 adına verilmiş Qeydiyyat vəsiqəsinin ləğv olunmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********97 nömrəli məktubla məhkəmə qərarı olmadan Qeydiyyat vəsiqəsinin ləğv edilməsinin mümkün olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 üçüncü şəxs qismində iş üzr ə inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci ildən etibarən sözügedən mənzildə qeydiyyatda olduğu halda, qardaşı X11 onun razılığı olmadan mənzili öz adına özəlləşdirməsi qanunsuzdur. Qeydiyyat vəsiqəsi saxtakarlıqla əldə edilmişdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, X11 adına olan Qeydiyyat vəsiqəsinə dair məlumat İdarənin arxivində aşkar olunmadığı, həmçinin hüquqların ləğvi üçün qanunla müəyyən olunmuş əsaslar mövcud olmadığı üçün iddiaçının ərizəsinin icrası mümkün olmamışdır.

11. Üçüncü şəxs X16 iddiaya etirazında bildirmişdir ki, mənzil onun adına özəlləşdirilən zaman heç bir saxtakarlığa, qanunsuzluğa yol verilməmişdir. Əslində, İddiaçı 1988-ci ildə ailə üzvləri ilə b irlikdə sözügedən mənzildən Zərdab şəhəri, 1 may küçəsində yerləşən evə köçmüş və 32 ildir həmin evdə yaşayır.

12. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-826/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakim V.Qasımov) iddia təmin edilmiş, Zərdab rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə X11 adına verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bəhs edilən mənzil xx.xx.1996-cı ildə özəlləşdirildiyinə görə, mənzil kirayə müqaviləsində göstərilmiş kirayəçinin y etkinlik yaşına çatmış ailə üzvlərindən hansının məhz həmin gün üçün mənzildə faktiki yaşaması müəyyən edilməlidir. Müəyyən edilmişdir ki, nə Zərdab rayon Dövlət Arxivində, nə də cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsində göstərilən mənzilin özəlləşdirilməsi ilə əlaqədar heç bir sənəd saxlanılmır. Mövcud olan sənəd yalnız mübahisələndirilən xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətidir ki, üçüncü şəxs X16 tərəfindən məhkəməyə göndərilmişdir. Ona görə də özəlləşdirmənin hansı sənədlər əsasında aparıldığını müəyyən etmək mümkün deyil. Zərdab rayon Polis Şöbəsinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı əvvəllər və hazırda hər iki vəsiqə üzrə ünvan 3-da qeydiyyatda olmuş və ilkin şəxsiyyət vəsiqəsini xx.xx.2005-ci ildə, sonuncu şəxsiyyət vəsiqəsini isə xx.xx.2022-ci ildə almışdır. X16 isə əvvəllər və hazırda hər iki vəsiqə üzrə Zərdab şəhəri, Babək küçəsi ev 14-də qeydiyyatda olmuş və ilkin şəxsiyyət vəsiqəsini xx.xx.2005-ci ildə, sonuncu şəxsiyyət vəsiqəsini xx.xx.2015-ci ildə almışdır.

14. Həmçinin məhkəmə tərəfindən Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, ünvan 1 ünvanı ünvan 2, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X2 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X4, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X8 icra nümayəndəliyi yaranan gündən- 2004-cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə ailə problemləri ilə əlaqədar hazırda ünvan 3 ünvanında yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1996-cı ilə dair ərizələrin qeydə alındığı 4E indeksli reyestr kitablarına baxış keçirilərkən İddiaçı barəsində notariat hərəkətlərinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı bu günədək cəmi iki dəfə şəxsiyyət vəsiqəsi verilmiş və hər iki dəfə onun qeydiyyat yeri ünvan 4 ünvanı olmuşdur. Üçüncü şəxs X16 İddiaçı həmin mənzildən 1988-ci ildə köçüb getdiyini bildirsə də, bu xüsusat toplanmış sübutlarla təsdiq olunmadı. İddiaçı həmin mənzildən qayınanası X1 yaşadığı ünvana yalnız 2004-cü ildə, yəni mənzil üçüncü şəxs X11 adına özəlləşdirildikdən bir neçə il sonra köçdüyü müəyyən edildi. Özəlləşdirmə zamanı isə iddiaçının həmin mənzildə yaşamaması, yaxud mənzilin qardaşı X11 adına özəlləşdirilməsinə razılıq verməsi müəyyən edilmədi.

16. Üçüncü şəxs Nəbi Fərəcov apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının (hakimlər V.Məlikov sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) 2-1(107)-309/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

19. Üçüncü şəxs Nəbi Fərəcov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə təkrar olaraq qeyd edilmişdir ki, onunla əsaslandırılmışdır ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi i lə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Odur ki, mənzilin özəlləşdirilməsi zamanı qanunvericiliyin tələbinə əməl olunmuşdur. Bu səbəbdən də hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1 və 68.1-ci maddələrinin tələbləri pozulmuşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanun Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşların ın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2 Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə

3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ict imai nəzarət. Maddə 5 Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrin də nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməsinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının müraciəti əsasında üçüncü şəxs Nəbi Fərəcovun adına verilmiş mübahisələndirilən qeydiyyat vəsiqəsinin ləğv olunması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Bu qərarın 22-ci bəndində istinad olunan normanın tələbinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Hazırkı mübahisəyə münasibətdə həmin normanın tələbinə əməl olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, üçüncü şəxsin adına ö zəlləşdirmənin aparılmasına əsas olmuş sənədlər, iddiaçının həmin mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsinə razılıq ərizəsi, bununla bağlı müvafiq notariat əməliyyatlarının aparılması barədə məlumatlar aidiyyəti orqanlarda aşkar olunmamışdır. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

33. Nəzərə almaq lazımdır ki, istinad olunan normada təsbit olunmuş hüquqi tənzimləmə mənzil fondunun özəlləşdirilməsi zamanı mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin hüquqlarının qorunması və onların yaşayış sahəsinə ehtiyaclarının təmin edilməsi məqsədlərinə xidmət edir.

34. Yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə riayət edilmədən mənzilin (evin) özəlləşdirilməs i barədə qəbul olunmuş qərar, mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirmə obyektinə olan hüquqlarına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mənzilin iddiaçının iştirakı və razılığı olmadan üçüncü şəxsin adına özəlləşdirilməsi hazırkı qərarın 22-ci bəndində göstərilən normaların tələblərinə uyğun olmamışdır.

36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiy ası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 21(107)-309/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar