Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-313/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-313/2020) (Açar sözlər: icarə haqqı üzrə borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Məmmədov İlkin Rövşən oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “icarə haqqı üzrə bo rcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2-2(103)2288/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ilə Siyəzən rayon İcra Hakimiyyəti arasında bağlanmış 2014-cü il 1 dekabr tarixli müqaviləyə əsasən Siyəzən rayonu ərazisində yerləşən 10 ha torpaq sahəsi 99 il müddətinə sahibkarlıq tikinti məqsədilə iddiaçıya icarəyə verilmişdir. Siyəzən Rayon Məhkəməsinin 2017-ci il 4 oktyabr tarixli 2(059)-747/2017 nömrəli qətnaməsi ilə iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. Cav abdeh tərəfindən iddiaçıya müqavilənin bağlandığı 2014-cü il 1 dekabr tarixdən qətnamənin qəbul edildiyi tarixə, yəni 2017-ci il 4 oktyabr tarixədək torpaq icarə haqqı olaraq 22.471.16 manat məbləğində borc hesablanmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək icarə haqqı kimi hesablanmış 31.033,33 manat məbləğində borcun silinməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2018-ci il 10 aprel tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin müvafiq qərarının ləğv edilməsi və 31.033,33 manat məbləğində icarə haqqının silinməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən icarə haqqı kimi hesablanmış 22.471,16 manat məbləğində borcun silinməsini x ahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, 2018-ci il 24 oktyabr tarixinədək iddiaçının şəxsi hesab vərəqəsində Siyəzən rayonunda yerləşən torpaq icarəsi üzrə 31.033,33 manat məbləğində icarə haqqı hesablanmışdır. Bununla bağlı iddiaçıya hər hansı bir qərar təqdim edilməmişdir. Hesablanmış icarə haqqı məbləğinin silinməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı 2019-cu il 19 fevral tarixli məktuba cavab verilməmiş və həmin məbləğ silinməmişdir. İddiaçı hesab edir ki, hesablanmış 31,033.33 manat məbləğində icarə haqqı əsassız hesab edilərək silinməlidir. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 1 dekabr tarixli, 145 saylı Sərəncamına əsasən, iddiaçı Siyəzən Rayon İcra Hakimiyyəti arasında bağlanılmış 2014-cü il 1 dekabr tarixli 9 saylı müqavilə üzrə Siyəzən rayonu ərazisində yerləşən 10 ha torpaq sahəsi 99 il müddətinə sahibkarlıq tikinti məqsədi ilə icarəyə götürülmüşdür. Lakin həmin torpaq sahəsi tərəfindən faktiki olaraq istifadə edilməmiş, orada hər hansı bir işlər görülməmişdir. Siyəzən Rayon Məhkəməsinin 2017-ci il 4 oktyabr tarixli 2(059)-747/2017 nömrəli qətnaməsində bununla əlaqədar olaraq müəyyən edilmişdir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin 2016-cı il 15 aprel tarixli və 2017-ci il 12 aprel tarixli aktları ilə təsdiq olunmuşdur ki, bağlanmış müqaviləyə əsasən ötən dövr ərzində iddiaçı tərəfindən həmin torpaq sahəsi istifadə edilməmiş, ərazidə heç bir təmizlik, nəzərdə tutulmuş fəaliyyətlə bağlı hazırlıq işləri gö rülməmiş, heç bir texnika və işçi qüvvəsi çalışmamışdır. Bundan əlavə, icarəyə götürülmüş torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilmədiyi Siyəzən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2018-ci il 24 sentyabr tarixli, 864/3 saylı arayışı ilə də təsdiq edilir. Ona görə də Siyəzən Rayon İcra Hakimiyyətinin iddiasına əsasən Siyəzən Rayon Məhkəməsinin 2(059)-747/2017 nömrəli 2017-ci il 4 oktyabr tarixli qətnaməsi ilə həmin müqaviləyə xitam verilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə, sözügedən müqavilənin əsas şərtlərinə həsr edilmiş 6-cı bəndində nəzərdə tutulur ki, müqavilə icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir. Azərbaycan Respublikası DƏRDX 2 saylı X5 tərəfindən verilmiş 2019-cu il 14 fevral tarixli **********45 saylı məktubda qeyd edilir ki, İdarədə elektron bazaya toplanmış məlumata və arxiv materiallarına əsasən iddiaçının adına Siyəzən rayonu ərazisində yerləşən 10 ha torpaq sahəsinə dair şəhadətnamə aşkar edilməmişdir. İddiaçı qeyd edir ki, həmin şəhadətnamənin alınmaması iddiaçının istəyi ilə bağlı olmamış, onun alınması ilə bağlı müraciətləri təmin edilməmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsindən istifadə edə bilməmişdir. Göründüyü kimi, Siyəzən Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanılmış 2014-cü il 1 dekabr tarixli, 9 saylı müqaviləsi qüvvəyə minməmiş, eləcə də həmin torpaq sahəsi tərəfindən istifadə edilməmişdir. Sözügedən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmamışdır. Ona görə də icarə haqqı məbləği hesablana bil məz. İddiaçı göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə hesablama Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 66 saylı binanın yaxınlığı ünvanında yerləşən 105 kv.m sahənin illik icarə haqqı məbləği 611.52 manat olmaqla Bakı şəhəri icra Hakimiyyətindən 2018-ci il 1 fevral tarixdən 49 il müddətinə 2018-ci il 26 fevral tarixli 1442 saylı icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. Siyəzən İcra Hakimi yyətindən daxil olmuş 2015-ci il 14 dekabr tarixli **********257800, 2016-cı il 7 iyun tarixli **********364000, 2017ci il 27 aprel tarixli **********817700 nömrəli məktublar əsasında Siyəzən rayonunda yerləşən torpaq sahəsi 10 ha sahənin illik icarə haqqı məbləği 7.600 manat olmaqla 2014cü il 1 yanvar tarixdən dövlət torpaq sahəsinin icarəyə götürülməsi nəzərə alınaraq 2014cü il 1 dekabr tarixdən 2017-ci il 4 oktyabr tarixədək olan dövr üçün (2014-cü il 1 dekabr tarixə 333,33 manat, 2015-ci il tarixə 7.600 manat, 2016-cı il tarixə 7.600 manat və 2017ci il 4 oktyabr tarixə 5.953,33 manat) şəxsi hesab vərəqəsinə cəmi 21.486,7 manat icarə məbləği hesablanmışdır. İddiaçının vergi orqanına müraciəti əsasında ona hesablanmış torpaq icarə haqqı məbləğinin bir hissəsi azaldılaraq şəxsi hesab vərə qəsində müvafiq düzəlişlər edilmişdir. Belə ki, iddiaçının2019-cu il 26 fevral tarixli Siyəzən rayon İcra Hakimiyyəti ilə bağlamış dövlət torpaq sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsinin 2017-ci il 4 oktyabr tarixdən ləğv edilməsi haqqında müraciəti nəzərə alınaraq, 2014-cü il 1 dekabr tarixdən 2017-ci il 4 oktyabr tarixədək olan dövr üçün (2014cü il 1 dekabr tarixə 333,33 manat, 2015-ci il tarixə 7.600 manat, 2016-cı il tarixə 7.600 manat və 2017-ci il 4 oktyabr tarixə 5.953,33 manat) şəxsi hesab-vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Qeyd edilən düzəlişlərdən sonra iddiaçının hal-hazırda 22.471,16 manat məbləğində torpaq icarə haqqı borcu mövcuddur. Bundan əlavə, iddia tələbinin digər əsası həmin torpaq sahəsindən faktiki olaraq iddiaçı tərəfindən istifadə edilməməsi o lmuşdur. İddiaçının gətirdiyi bu dəlil qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 iyun tarixli 2-1(82)1778/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən icarə haqqı kimi hesablanmış 22.471,16 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Siyəzən rayonu ərazisində yerləşən 10.0 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və bu barədə müvafiq şəhadətnamə verilməmişdir. Bu da onu deməyə əsas verir ki, 2014-cü il 1 dekabr tarixli müqavilə qanuni qüvvəyə minməmişdir. Belə olan təqdirdə, cavabdeh tərəfindən id diaçıya əsassız olaraq icarə haqqı hesablanmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2-2(103)-2288/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər Siyəzən rayonu ərazisində yerləşən 10 ha torpaq sahəsini 99 il müddətinə sahibkarlıq tikinti məqsədi ilə icarəyə götürülməsi, icarə haqqının aidiyyəti icra orqan tərəfindən müəyyənləşdirilmiş normativ qiymətlər əsasında ödənilməsi barədə yazılı formada razılığa gəlmişdirlər, yəni müqavilə bağ lanıb. İcarə müqaviləsinin digər mühüm şərtləri barədə razılığa gəlinməməsi barədə iş materiallarında sübut yoxdur və tərəflər arasında icarə müqaviləsinin etibarlı olmamasına dair hər hansı mübahisə yoxdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 17 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 15 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasın iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə, həmçinin nəzərə almamışdır ki, şəhadətnamənin alınması indiki konkret halda adi prosedur qaydası və ya torpağın icarə hüququ ilə yüklülüyün mövcudluğu barədə informasiya mənbəyi deyil. Əksinə, həmin bənd müqavilənin əsas şərti olmaqla, onun qüvvəyə minməsini tənzimləyir. Başqa sözlə, sözügedən müqavilənin əsas şərti olaraq həmin müqavilənin qüvvəyə minməsini şəhadətnamənin alınmasından birbaşa asılı edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 tərəfindən verilmiş 2019-cu il 14 fevral tarixli **********45 saylı məktubda qeyd edilir ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumata və arxiv materiallarına əsasən iddiaçının adına Siyəzən rayonu ərazisində yerləşən 10 ha torpaq sahəsinə dair şəhadətnamə aşkar edilməmişdir. Həmin şəhadətnamənin alınmaması iddiaçının istəyi ilə bağlı olmamış, onun alınması ilə bağlı iddiaçının müraciətləri müvafiq dövlət orqanı tərəfindən təmin edilməmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsindən iddiaçı istifadə edə bilməmiş dir. Göründüyü kimi, Siyəzən Rayon İcra Hakimiyyəti ilə bağlanılmış 2014-cü il 1 dekabr tarixli, 9 saylı müqaviləsi qüvvəyə minməmiş, eləcə də həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilməmişdir. Beləliklə, sözügedən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmamışdır. Ona görə də qüvvəyə minməmiş torpaq icarə müqaviləsi üzrə icarə haqqı məbləği hesablana bilməz. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi kifayət qədər əsaslıdır və qəbul edilmiş qərar tam ədalətlidir. Belə ki, Azərbaycan Respublikasında dövlət, bələd iyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə görə, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 8-ci maddəsinə görə, bu münasibətlərin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və vətəndaşlar, habelə xarici dövlətlərdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İddiaçının qeyd etdiyinin əksinə olaraq müqavilənin qü vvəyə minməsi sözügedən şəhadətnamənin alınmasından asılı edilə bilməz. Belə ki, istər Torpaq Məcəlləsində, istərsə də “Torpaq icarəsi haqqında” Qanunda bu məsələni tənzimləyən hər hansı norma nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətdən də aydın görünür ki, torpaq sahəsi torpaq icarə müqaviləsi üzrə faktiki olaraq iddiaçının istifadəsinə verildiyindən, müqavilə üzrə iddiaçı öz öhdəliyini yerinə yetirməyə, başqa sözlə torpaq icarə haqqını ödəməyə borcludur, iddiaçının iradəsinə uyğun olaraq həmin torpaq sahəsindən istifadə etməməsi, əvəzində “sözügedən şəhadətnamə alınmadığından torpaqdan istifadə etmək mümkün olmamışdır” tipli bəhanə irəli sürməsi aşkar şəkildə torpaq icarə haqqını ödəməkdən yayınmaq məqsədi daşıyır. Hansı ki, məhkəmə qərarında həmin şəhadə tnamə ilə əlaqədar qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır, icarə hüququnun qeydə alınmasında məqsəd icarəyə verilmiş daşınmaz əmlaka dair sonradan hüququ əldə edən şəxsi qorumaqdır. Həmin Qanunun 19.3-cü maddəsinə görə, daşınmaz əmlakın icarəsi haqqında müqavilə icarəyə verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Göründüyü kimi, torpaqdan istifadə ilə əlaqədar hüququn qeydiyyatı müvafiq şəhadətnamə ilə rəsmiləşdirilir və bu zaman məqsəd üçüncü şəxslərin mənafeyini qorumaqdan ibarətdir. Belə ki, icarəyə verilmiş torpaq sahəsini əldə etmək istəyən şəxs həmin torpaq sahəsinin icarə hüququ ilə yüklü olub-olmadığını öy rənməlidir. Bu sahədə müvafiq nəzarəti həyata keçirən inzibati orqan isə həmin hüququ qeydiyyata almaqla üçüncü şəxslər üçün arzuolunmaz nəticələrin qarşısını almaq funksiyasını yerinə yetirir. İddiaçının öz iradəsi ilə həmin torpaq sahəsindən istifadə etməməsi Siyəzən Rayon Məhkəməsinin 2017-ci il 4 oktyabr tarixli qətnaməsindən də aydın görünür. Belə ki, həmin qətnaməyə əsasən, sırf torpaq sahəsindən istifadə edilmədiyi üçün icra hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırılmış və istifadə edilməmənin səbəbi kimi şəhadətnamənin əldə edilməməsi barədə ümumiyyətlə heç bir məlumatın olmaması qeyd olunmuşdur. İddiaçı tərəfindən həmin qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verilmədiyi də nəzərə alınsa, iddiaçı dolayısı ilə torpaq sahəsinin istifadəsində olduğunu və öz iradəsi əsas ında ondan istifadə etmədiyini etiraf etmişdir. Bundan başqa, 2014-cü ildə bağlanmış torpaq icarəsi müqaviləsinin 2017-ci ildə məhkəmə qaydasında etibarsız hesab edilməsi nəzərə alınsa, iddiaçı 3 il ərzində həmin şəhadətnaməni əldə etməməsinə baxmayaraq, müqavilənin xitam olunması barədə icra hakimiyyəti orqanına heç bir müraciət etməmiş, bununla da könüllü şəkildə həmin torpaq sahəsinin öz istifadəsində olmasını qəbul etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası "Torpaq icarəsi haqqında" Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına istinad etmişdir. Azərbaycan Respublikası "Torpaq icarəsi haqqında" Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. H əmin Qanunun 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Normaların məzmunundan göründüyü kimi, həmin Qanunun müddəaları torpaqların icarəyə verilməsinin əsaslarını, icarəyəverənlə icarəçi arasında yaranan münasibətləri tənzimləyir. İşdən göründüyü kimi, iddiaçı istinad etdiyi icarə müqaviləsinin iştirakçısı deyil və onun həmin müqaviləyə əsaslanan tələb hüququ yoxdur. Cavabdehin iddia tələbinə qarşı etirazında və apellyasiya şikayətində "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinə istinadına gəldikdə, həmin maddənin müddəalarına əsasən, torpağın icarə haqqı torpaqdan müddətl i istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. "Torpaq icarəsi haqqında" Qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyekt lərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət X2 üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Göründüyü kimi, icarə haqqının ödənilməsini tələb etmək hüququ icarəyəverənə məxsusdur, cavabdeh isə yalnız həmin icarə haqlarının təyinatı üzrə daxil olmasına nəzarət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və b u sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İddiaçının işdə olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, cavabdeh iddiaçıya vergilər üzrə hesablamalarla yanaşı, torpaq icarəsi üzrə də hesablama aparmışdır. İddiaçının vergi ödəyicisi (vergi-hüquq münasibətlərinin subyekti) olduğu və onunla cavabdeh vergi orqanı arasında vergi-hüquq münasibətlərinin Vergi Məcəlləsi ilə tənzimləndiyi, tərəflərin hüquq və vəzifələrinin də həmin Məcəllə ilə müəyyən edildiyi mübahisəsizdir. Lakin həmin Məcəllədə vergi orqanına vergi ödəyicisinin icarə haqqı üzrə mülki-hüquqi öhdəliyinin icrası ilə bağlı qərar qəbul etmək, həmin öhdəlik üzrə icarə haqqı hesablamaq və bunu vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun öhdəliyi kimi təsbit etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə aid edildiyi təsbit olunsa da, sonuncu bu səlahiyyətləri vergi-hüquq münasibətləri müstəvisində həyata keçirməli deyil. Bu qənaət, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbindən irəli gəlir. Həmin normaya əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normanın tələbindən göründüyü kimi, dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki ( həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına istinadına gəldikdə, məhkəmə kollegiyası, nəzərə alır ki, hazırkı məzmunda iddianın təmin edilməsi yuxarıda qeyd edilən icarə müqaviləsinin tərəfləri arasında müqavilədən irəli gələn, həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi mülki hüquq normalarının tətbiqini nəzərdə tutan mübahisənin mülki məhkəmə icraatı qaydasında həllinə mane olmur. Belə ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 10-cu bəndinin tələbinə görə, Nazirlik öz vəzifələrini və funksiyalarını mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orq anları ilə qarşılıqlı əlaqədə həyata keçirir. Normanın tələbi, həmçinin həmin Əsasnamənin 3-cü bəndinə əsasən, Nazirliyin dövlət büdcəsinə təkcə vergilərin deyil, həm də digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu, habelə "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqlarının Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməli olduğu nəzərə alındıqda, vergi orqanı icarə haqlarına münasibətdə ona həvalə edilən funksiyanı iddiaçı ilə bağlınmış icarə müqaviləsinin tərəfi olan yerli icra hakimiyyəti (Siyəzən Rayon İcra Hakimiyyəti) ilə qarşılıqlı əlaqədə həyata keçirə bilər. Nəticəvi hi ssə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2-2(103)-2288/2019 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə İddiaçının şəxsi hesab vərəqəsində icarə haqqı kimi hesablanmış 22.471,16 manat məbləğində borcun silinməsi öhdəliyi qoyulur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-313/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-313/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver