Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3130/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.11.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)2460/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, o qeyd olunan müəssisələrdə işləmişdir: Kolxozlararası Tikinti Mexanikləşdirmə İdarəsi - (iş stajı: 06 ay, 04 gün) xx.xx.1977-ci il tarixdə 3 №-li sahəyə 4-cü dərəcəli ekskavator sürücüsünün köməkçisi kimi işə daxil olmuşdur; xx.xx.1977-ci il tarixdə işdən azad edilmişdir. “Azərbaycanneftyoltikintitə mir” trestinin Tikinti Mexanikləşdirmə İdarəsində (iş stajı:01 il, 06 ay, 06 gün) xx.xx.1977-ci il tarixdə Yol maşın təmiri üzrə 1-ci dərəcəli çilingər kimi işə qəbul edilmişdir; xx.xx.1978-ci il tarixdə 2-ci dərəcəli çilingər verilmişdir; xx.xx.1978-ci il tarixdə ekskovator üzrə 3-cü dərəcəli köməkçi kimi keçirilmişdir; xx.xx.1979-cu il tarixdə Sovet Ordusuna çağrıldığı üçün işdən azad edilmişdir. “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində (iş stajı:03 ay, 09 gün) xx.xx.1981-ci il tarixdə quyuların yeraltı təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operatoru kimi qəbul edilmişdir; 5-ci dərəcəli qaldırıcı maşinist vəzifəsinə keçirilmişdir; xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. Orjonikidze daxili işlər şöbəsi yanında Mühafizə şö bəsində - (iş stajı: 04 ay, 21 gün) xx.xx.1982-ci il tarixdə mühafizə şöbəsinə gözətçi vəzifəsinə təyin edilmişdir; xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. “Xəzərdəniz - neftqaztikinti” trestinin tikinti mexanizasiya idarəsi - (iş stajı: 04 ay, 27 gün) xx.xx.1982-ci il tarixdə 5-ci dərəcəli buldozer maşinisti vəzifəsinə qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. Azərbaycan Kooperativ Tikinti Trestində - (iş stajı: 02 ay, 16 gün) xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. 1 saylı Bakı Şərab zavodu - (iş stajı:02 ay, 08 gün) xx.xx.1983-cü il tarixdə ekspedisiya sexinə bələdçi kimi qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. “Avtomobilyoltikinti” Trestinin 1 saylı yol təmir tikinti sahəsi - (iş stajı: yoxdur) xx.xx.1983-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi işə qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə 5 saylı YTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir; “Avtomobilyoltikinti” Trestinin 5 saylı yol təmir tikinti sahəsi - (iş stajı: 9 ay 16 gün) xx.xx.1983-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi işə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdə 3 saylı YTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir; “Avtomobilyoltikinti” Trestinin 3 saylı yol təmir tikinti sahəsi - (iş stajı: 02 il, 07 ay) xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1987-ci il tarixdə Şaumyan rayon YTTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir; Şaumyan (sonrada Xətai) rayon yol təmir tikinti sahəsi - (iş stajı: 05 il, 06 ay, 0 1 gün) xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. Xətai rayon yol təmir tikinti sahəsi - (iş stajı: 03 ay, 13 gün) xx.xx.1992-ci il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə işdən azad edilmişdir. “Abadlıq” KM - (iş stajı: 08 ay, 26 gün) xx.xx.1993-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran vəzifəsinə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə işdən azad edilmişdir. “Qızıl-Qaya” firması - (iş stajı: 10 ay, 16 gün) xx.xx.1993 –cü il tarixdə 4-cü dərəcəli asfaltvuran vəzifəsinə qəbul edilmişdir; xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə doldurulmuş ******* №-li əmək kitabçasının surətində qeyd olunan məlumatlardan müəyyən olunur ki o; “Taleh A. T” müəssisəsində - (iş stajı: 02 il, 29 gün + 06 il, 06 ay = 08 il, 06 ay, 29 gün) 15.xx.xx.2008-ci il tarixdə fəhlə (asfalt) vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2016-cı il tarixdə müəssisəyə fəhlə (asfalt) işə qəbul edilmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 3. “Azneft” İstehsalat Birliyinin (SOCAR) xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 04 iyul 2022-ci il t arixli SOCAR**********80020123X00201 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci i! tarixədək qaldırıcı- maşinist peşəsində işləmişdir. Sonuncunun “Orcenikidzeneft” NQÇİ-də xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (04 ay 06 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göst əricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 1100000а—-15876 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorları” peşəsi ilə, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (4 gün) işlədiyi qaldıncı-maşinist peşəsi həmin yarımbölmədə 2130200а—14012 kodu ilə qeyd edilmiş “qaldırıcıların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. 4. "xxxx" müəssisəsinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixinə kimi asfaltçəkən vəzifəsində işləmişdir. İşlədiy i vəzifə üzrə sosial sığorta (əmək) stajı – 02 il, 29 gün. Sonuncunun işlədiyi “asfaltçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” vəzifəsinə uyğundur. 5. "xxxx" müəssisəsinin xx.xx.2023-cü il tarixli 009 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləmişdir və iş zərərlidir. "xxxx" Müəssisəsinin xx.xx.2023-cü il tarixli 012 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən və zifəsində işləyib və yenidən xx.xx.2016-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləyir. İş zərərlidir. "xxxx" müəssisəsinin xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləmiş və yenidən xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləmişdir. "xxxx" müəssisəsinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixli, 07 №-li əmr ilə asfaltçəkən vəzifəsinə qəbul edilmiş və xx.xx.2010cu il tarixli 05 №-li əmrlə işdən azad edilmişdir. Sonuncu xx.xx.2016-cı il tarixli, 17 №-li əmr ilə asfa ltçəkən vəzifəsinə qəbul edilmişdir. İddiaçı işlədiyi “asfaltçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” vəzifəsinə uyğundur.
6. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Q aydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakte ri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Eyni zamanda Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23753,71 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini n cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuşdur. 1977-ci ildə əmək fəaliyyətinə başlamış və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müraciət etmişdir. Lakin cavabdeh orqan 3-17-1/2-İ87622/2023 saylı xx.xx.2023-cü il tarixli imtina haqqında cavabla müraciətini müsbət cavablandırmamışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri yaşa və iş stajına malikdir. Hesab edir ki, güzə ştli şərtlərlə yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir və bu hal nəzərə alımaqla ona güşəştli şətrlərlə yaşa görə (60 yaşdan) əmək pensiyası təyin edilməlidir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla tə sdiq olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-246 0/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova sədrlik edən və məruzəçi, M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsini xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçıya verilmiş cavab məktubunda onun qanunvericilikdə tələb olunan güzəştli stajının olmaması bildirilmiş və müraciətin müsbət həlli mümkün olmamışdır.
17. Bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası hüququ vardır.
18. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23753,71 manat təşkil edir.
19. Bakı Apellyasiya Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən obyektiv araşdırma aparmadan iddiaçının "xxxx" Müəssisəsində işlədiyi dövr ərzində onun xeyrinə hesablanmış, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar əldə edilmədən, müvafiq sorğular verilmədən yekun məhkəmə aktı qəbul etmişdir.
21. Belə ki, mübahisəli müəssisə tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 10 və 11 nömrəli arayışlarda iddiaçının əmək kitabçasında qeyd edilən, lakin məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər də onun güzəştli stajı kimi qeyd edilmiş, bu hala məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
22. İstər “Sosial sığorta haqqında” Qanunda, istər “Əmək pensiyaları haqqında” Qanunda, istərsə də “Dövlət sosial sığor ta sistemində fərdi uçot haqqında” Qanunda xx.xx.2006-cı il tarixdən sonra yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajının müəyyən olunduğu təsbit edilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qeyd edilən normaların tələblərini pozaraq bu xüsusatlara diqqət yetirmədən qərar qəbul etmişdir.
23. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilm əsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardad ını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayə t üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş et mişdir.
28. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən öz qərarında belə hesab etmişdir ki, “iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığort a hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Lakin hazırkı işdən göründüyü kimi, iddiaçının ümumi və güzəştli stajı onun 60 yaşının tamam olduğu tarixə tamamlanır. Odur ki, iddiaçı haqlı olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xx.xx.2022-ci il tarixdən tələb etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 25 il ümumi, 12 il 6 ay güzəştli stajının xx.xx.2022-ci il tarixədək, yəni qanunvericiliyə edilmiş dəyişiklikdən sonra tamamlandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, ona pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən qüvvədə ola n redaksiyasının müddəaları tətbiq oluna bilər.”
30. Buna görə apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.”
31. Məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının iş üzrə yuxarıda göstərilmiş nəticəsi ilə razı deyil və bununla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Məlum olduğu kimi, iddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia irəli sürmüşdür.
33. Belə ki, iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur.
34. Lakin sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 35. xx.xx.2022-ci il tarixdə isə iddiaçının artıq 62 yaşı var idi.
36. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
37. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
38. Bununla bağlı qeyd edilməlidir ki, işin 34-cü səhifəsində olan "x xxx" müəssisəsinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, “İddiaçı xx.xx.2008-ci il tarixli, 07 №-li əmr ilə asfaltçəkən vəzifəsinə qəbul edilmiş və xx.xx.2010-cu il tarixli, 05 №li əmrlə işdən azad edilmişdir. Sonuncu xx.xx.2016-cı il tarixli, 17 №-li əmr ilə asfaltçəkən vəzifəsinə qəbul edilmişdir. İddiaçı işlədiyi “asfaltçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” vəzifəsinə uyğundur, işin 35-ci səhifəsində olan "xxxx" müəssisəsinin verdiyi 03 aprel 2023-cü il tarixli, 10 saylı “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” adlanan arayışda deyilir ki, (mətn arayışda olduğu kimi verilir - Qeyd: Ali Məhkəmənindir) “İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixdən fəhlə asfaltçəkən vzəifəsində işləyir.”
39. Daha sonra yazılır ki, “işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 6 il 9 ay 2 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir.”
40. Bununla yanaşı qeyd edilməlidir ki, eyni müəssisənin verdiyi xx.xx.2023-cü il tarixli, 016 saylı analoji arayışda göstərilir ki, (mətn arayışda olduğu kimi verilmişdir) “İddiaçı “Əmək pensiyala rı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) fəhlə (asfaltçəkən) qəbul xx.xx.2008 Əmr №7 xx.xx.2008-ci il; azad-xx.xx.2010-cu il ƏMR №5 xx.xx.2010-cu il; qəbul xx.xx.2016-cı il əmr №-17 xx.xx.2016-cı il (vəzifə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrəli, işə başladığı və işdən çıxdığı tarixlər) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 9 il 4 ay 29 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir.”
41. Həmçinin işdə olan "xxxx" Müəssisəsinin xx.xx.2023-cü il tarixli, №-11 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsind ə fəhlə asfaltçəkən vəzifəsində işləyib və yenidən xx.xx.2016-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləyir. İş zərərlidir. 42. "xxxx" müəssisəsinin xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləmiş və yenidən xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işə daxil olduğu xx.xx.1977-ci il tarixdən işdə olan sənədlərə görə onun iddia tələbinin müəyyən etdiyi ümumilikdə xx.xx.2022-ci il tarixə qədər əmək stajı 24 il, 9 ay, 16 gün güzəştli şərtlə iş müddəti isə, hətta xx.xx.2023-cü il tarixinə 9 il, 9 ay, 11 gün təşkil edir.
44. Lakin işi həl l edən apellyasiya məhkəməsi bütün rəqəmləri və onların arasındakı müddətlərinin dəyişilməsini nəzərə almamış, iddiaçının pensiya hüququnun nə zamandan yarandığını tam və hərtərəfli araşdırmamış, həmçinin İPM-in 13-cü maddəsinin müddəaları baxımından iddiaçıya hansı yaşdan təqaüdün (pensiyanın) təyin edilməsinin mümkün olması məsələsində iddiaçıya yardım etməmişdir.
45. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2- 1(103)2460/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.