Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3131/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək pensiyasının yenidən hesablanmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Iddiaçıya ##.##.2000-ci il tarixdə Daxili Işlər Nazirliyinin xüsusi rütbəli şəxsi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Pensiya təyin edildikdən sonra da iddiaçı həmin orqanda xidmət etməyə davam etmiş, xidmətdə olmanın son yaş həddinə çatdığına görə ##.##.2021-ci il tarixdə ehtiyata buraxılmışdır.
3. Iddiaçı barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən ##.##.2021-ci il tarixli, *** nömrəli məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqinə əsasən, iddiaçının 39 il 4 ay 13 gün (34 il 2 ay 11 gün təqvimi xidmət ili, 5 il 2 ay 2 gün güzəştli xidmət illəri) ümumi iş stajı, cəmi 1.395,75 manat təminat xərcliyi vardır.
4. Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarı ilə iddiaçının yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən təminat xərcliyinin 100 faizi miqdarında — 1.395,75 manat məbləğində yenidən hesablanmışdır.
5. Iddiaçı müəyyən edilmiş pensiya məbləği ilə razılaşmayaraq, fərdi hesabında istifadəsiz qaldığını bildirdiyi pensiya kapitalı nəzərə alınmaqla, yəni təminat xərcliyi ilə sığorta hissəsinin cəmlənməsi yolu ilə əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh inzibati orqana müraciət etmişdir.
6. Cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” # ###### 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qanunvericiliyin tələbinə əsasən, hərbi xidmətə qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası təminat xərcliyinə əsasən hesablanır. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət keçdiyi üçün əmək pensiyası Qanunun 9.6.1-ci maddəsinə əsasən hesablanmışdır. Buna görə də pensiyanın Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin, bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bumaddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X2 mövcud olan məlumatlara əsasən, iddiaçı əmək pensiyaçısı kimi işləmir. Əmək pensiyasının müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə, yenidən işləyərək pensiya sığorta kapitalı topladıqdan sonra 6 il işlədikdə və ya işdən azad olduğu təqdirdə baxıla bilər.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 7.
8. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2023-cü il tarixdən Qanunun 29.2-ci maddəsinin ləğv edilməsi ilə əlaqədar olaraq, onun fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavələrin məbləği azaldılmadan əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. Qanunun 1.0.12-ci maddəsində təsbit edilmişdir ki, əmək pensiyasının sığorta hissəsi fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, sığortaedən Daxili Işlər Nazirliyinin Idman Cəmiyyəti tərəfindən iddiaçının fərdi şəxsi hesabına ##.##.2007-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsindən məlum olur ki, qanunverici dövlət büdcəsi və məcburi dövlət sosial sığortası vəsaitləri ilə sosial sığorta ehtiyatı hesabına maliyyələşən ödəmələri fərqləndirir. Belə ki, Qanunda dövlət büdcəsi hesabına maliyyələşən ödənişlərin konkret siyahısı müəyyən edilmişdir və norma həmin hissədə genişləndirici təfsir oluna bilməz. Buna əsasən yalnız aşağıdakı ödəmələr dövlət büdcəsi hesabına maliyyələşdirilir: Əmək pensiyasının sığorta hissəsinin ##.##.1992-ci il tarixədək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği; Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi; habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və ##.##.2023-cü il tarixdən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər. Əmək pensiyasının digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarında da göstərildiyi kimi, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən - sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Sığorta hissəsi ilə bağlı tənzimetmə “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçıları hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmişlərsə, bu kateqoriya şəxslərin əmək pensiyası müvafiq müddəanın qüvvəyə mindiyi ##.##.2022-ci il tarixdən etibarən sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilmişlər. Həmin Qanunun 6-cı maddəsinə görə, sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları. Qanunun 4-cü maddəsində sosial sığorta hadisələrindən biri kimi pensiya yaşına çatmaq qeyd olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd olunduğu kimi,əmək pensiyaları qanunvericiliyində şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci və 1.0.5-ci maddələrinə uyğun olaraq, bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqı ödəmiş olsun. Sadalanan normaların əlaqəli təhlili onu deməyə əsas verir ki, hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsi onların xidmət etdiyi orqan tərəfindən xidmətdən buraxıldığı günədək ödənilmiş məcburi dövlət sosial sığortası vəsaitləri hesabına formalaşır. Bu da o deməkdir ki, hazırkı iş üzrə iddiaçının pensiyası onun tərxis edildiyi ##.##.2021-ci il tarixə olan sonuncu təminat xərcliyinə görə yenidən hesablandığından həmin tarixədək iddiaçının fərdi şəxsi hesabına onun xidmət etdiyi orqan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları pensiyanın sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarının nəticə hissəsində müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə, xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Hazırkı işin hallarından iddiaçının hərbi xidmət və müvafiq icra hakimiyyəti orqanlarında xidmətdən fərqli olan digər sahədə əmək fəaliyyətinin olması müəyyən edilməmişdir. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya qanunvericiliyinin sistematik təfsiri onu deməyə əsas verir ki, həmin normada qeyd edilmiş “təyin olunan günədək” sözü əmək pensiyaçısına sonuncu dəfə yenilənmiş məlumat vərəgəsi əsasında pensiya ödənişinin aparılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, iş materiallarına əlavə edilmiş Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarında da pensiyanın təyin olunduğu tarix kimi ##.##.2022-ci il qeyd edilmişdir. Bu da iddiaçıya münasibətdə yenilənmiş sonuncu məlumat vərəqəsi əsasında pensiya təyinatının həyata keçirilməsi ilə bağlı olmuşdur. Beləliklə, iddiaçının əmək pensiyası fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablana bilməz.
9. Bakı Inzibati Məhkəməsinin (hakim A.M.Almazova) ## ###### 2024-cü il tarixli, *- *(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. 10.
11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.Ismayılov) ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 13.1. Iddiaçı cavabdehə müraciət edərkən ##.##.2000-ci ildə təyin edilmiş və ##.##.2021-ci ildə yenidən hesablanmış pensiyanı alırdı. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun pensiyası nə sonuncu təminat xərcliyinə görə yenidən hesablanır, nə də qulluq stajına görə əlavəyə görə indeksləşdirilirdi. ##.##.2022-ci ildən qüvvəyə minmiş dəyişikliklə 72 ay və daha çox xidmət etmiş şəxslərin pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olmuş, iddiaçının müraciəti əsasında pensiyası ##.##.2022-ci il tarixli qərarla ##.##.2022-ci ildən sonuncu təminat xərcliyinin 100 faizi məbləğində müəyyən edilmişdir. 13.2. Elektron informasiya sisteminin məlumatına əsasən, iddiaçı pensiya təyin edildikdən sonra yenidən eyni orqanda xidmət etmiş və bu dövrdə məcburi dövlət sosial sığorta haqları həmin orqan tərəfindən ödənilmişdir. Xidmətə xitam verildikdən sonra həmin sığorta haqları nəzərə alınmaqla iddiaçının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablandığından, pensiya kapitalının istifadəsiz qalması barədə iddia əsaslı sayıla bilməz. Əks halda, eyni sığorta haqları pensiyada ikinci dəfə nəzərə alınmış olar. 13.3. Pensiya işinin materiallarından görünür ki, ##.##.2022-ci ilədək iddiaçının pensiyası 474,34 manat (243,30 manat sığorta hissəsi və 231,04 manat qulluq stajına görə əlavə) təşkil etmiş, həmin tarixdən isə sonuncu təminat xərcliyinin 100 faizi – 1395,75 manat məbləğində yenidən hesablanmışdır. 13.4. Iddiaçıya qulluq stajına görə əlavə təyin olunduğundan, onun pensiyası sığorta hissəsi və qulluq stajına görə əlavədən ibarətdir. ##.##.2022-ci ildə pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmış, sonrakı illərdə qanunvericiliyə uyğun olaraq indeksləşdirilmişdir. Bu səbəbdən, pensiya təyin edilərkən nəzərə alınmış məcburi dövlət sosial sığorta haqlarının 37.3.1-ci maddə əsasında yenidən hesablama zamanı ikinci dəfə nəzərə alınması Qanunun tələblərinə uyğun deyildir. 13.5. Apellyasiya baxışı zamanı cavabdehdən iddiaçının pensiyasının hesablanmasına dair ətraflı məlumat alınmışdır. Təqdim olunmuş məlumatlar iddiaçının pensiyasının ##.##.2022-ci ildən Qanunun 9.6.1, 20.14.1 və 20.15-ci maddələrinə uyğun olaraq sonuncu təminat xərcliyi əsasında yenidən hesablandığını, sonrakı dövrdə isə qanunvericiliyə uyğun indeksləşdirildiyini təsdiq edir. Məhkəmə kollegiyası bu halları nəzərə alaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab etmişdir.
14. Iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Iddiaçı kassasiya şikayətində əvvəlki instansiyalarda irəli sürdüyü dəlilləri təkrarlayaraq bildirmişdir ki, Qanunun 29.2-ci maddəsinin ##.##.2023-cü il tarixdən ləğvi ilə qulluq stajına görə əlavənin artırılan sığorta hissəsi qədər azaldılması məhdudiyyəti aradan qalxmış, Qanunun 37.3.1-ci maddəsi isə yaşa görə pensiya hüququ olan bütün şəxslərə şamil edilməklə, onun fərdi hesabında formalaşmış pensiya kapitalı nəzərə alınaraq pensiyasının yenidən hesablanmasına imkan vermişdir. Bu əsaslarla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; ali zabit heyətinə aid şəxslər. 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarı:
1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin İ və IV hissələri, 38-ci maddəsinin İ və III hissələri, 149-cu maddəsinin İ və III hissələri ilə ziddiyyət təşkil etmir.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyindən, həmin qərar kassasiya şikayətinin hədlərində maddi və prosessual hüquq normalarının düzgün tətbiqi baxımından yoxlanılır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün müəyyən etmiş və işin nəticəsinə təsir edə biləcək prosessual hüquq pozuntusuna yol verməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassasiya şikayətinin dəlilləri iddiaçının əvvəlki instansiyalarda irəli sürdüyü əsas mövqeyi — xüsusi xidmət dövründə formalaşmış pensiya kapitalının təminat xərcliyi əsasında hesablanmış pensiyaya əlavə edilməli olması barədə mövqeyi təkrarlayır. Buna görə də kassasiya baxışında həll edilməli əsas məsələ Qanunun 9.6.1-ci və 37.3.1-ci maddələrinin iddiaçının eyni xidmət dövrünə münasibətdə birgə tətbiqinin mümkün olub-olmamasıdır.
24. Işin müəyyən edilmiş hallarına görə, iddiaçıya Daxili Işlər Nazirliyinin xüsusi rütbəli şəxsi kimi ##.##.2000-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o, pensiya təyin olunduqdan sonra da həmin orqanda xidmətini davam etdirmiş və ##.##.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Iddiaçının bu dövrdə başqa sahədə əmək fəaliyyətini davam etdirməsi müəyyən edilməmişdir.
25. Iddiaçı pensiya təyin edildikdən sonra eyni xüsusi xidmət münasibətləri çərçivəsində 72 aydan artıq xidmət etdiyindən, onun pensiyası Qanunun 9.6.1-ci maddəsi əsasında ##.##.2022-ci il tarixdən sonuncu təminat xərcliyinin 100 faizi — 1.395,75 manat məbləğində yenidən hesablanmışdır. Beləliklə, iddiaçının pensiyasının ilkin təyinatından sonra həmin orqanda davam etdirdiyi xüsusi xidmət dövrünə hüquqi qiymət Qanunun bu xüsusi norması əsasında verilmişdir.
26. Iddiaçı isə hazırkı tələbi ilə ##.##.2007-ci ildən 2021-ci ilin may ayınadək eyni xidmət dövründə fərdi hesabında formalaşmış pensiya kapitalının Qanunun 37.3.1-ci maddəsi əsasında ayrıca nəzərə alınmasını, bununla yanaşı, qulluq stajına görə əlavənin azaldılmamasını və nəticədə təminat xərcliyi ilə sığorta hissəsinin cəmlənməsini tələb edir.
27. Bu tələbə hüquqi qiymət verilərkən Qanunun 9.6-cı maddəsinin xüsusi rütbəli şəxslərin pensiyasının pensiya təyin edildikdən sonra davam etdirilmiş xüsusi xidmətə görə yenidən hesablanması üçün müəyyən etdiyi xüsusi rejimlə, Qanunun 37.3.1-ci maddəsində işləyən əmək pensiyaçıları üçün nəzərdə tutulmuş ümumi yenidən hesablama qaydası fərqləndirilməlidir.
28. Qanunun 9.6-cı maddəsi hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına, bir qayda olaraq, yol vermir. Maddənin 9.6.1-ci bəndi isə yenidən xidmətə qəbul edildiyi tarixdən azı 72 ay xidmət etmiş şəxslər üçün həmin qaydadan istisna müəyyən edir.
29. Iddiaçı bu istisnanın tətbiq dairəsinə düşdüyündən, onun pensiyası sonuncu təminat xərcliyi əsasında yenidən hesablanmışdır. Bu mexanizm məhz pensiya təyin edildikdən sonra eyni xüsusi xidmət sahəsində davam etdirilmiş xidmətin pensiya təminatına təsirini tənzimləyir.
30. Qanunun 37.3.1-ci maddəsi isə yaşa görə əmək pensiyası təyin edildikdən və ya həmin maddə əsasında yenidən hesablandıqdan sonrakı əmək fəaliyyəti dövründə formalaşmış sığorta və yığım hissələri üzrə pensiya kapitalının sonradan nəzərə alınması qaydasını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarında da bu normanın, o cümlədən güzəştli şərtlərlə pensiyaya çıxdıqdan sonra digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçulara tətbiq olunduğu göstərilmişdir.
31. Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyi 37.3.1-ci maddənin yaşa görə pensiya hüququ olan şəxslərə ümumi tətbiqini ifadə etsə də, pensiya təyin edildikdən sonra xüsusi xidməti davam etdirən şəxsə münasibətdə 9.6-cı maddə ilə müəyyən edilmiş xüsusi yenidən hesablama rejimini aradan qaldırmır. Əksinə, həmin Qərarın nəticə hissəsində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanmasının Qanunun 9.6-cı maddəsinin tələbləri ilə əlaqələndirilməsi bu hüquqi vəziyyətlərin fərqləndirildiyini göstərir.
32. Qanunun 9.6.1-ci maddəsi ilə 37.3.1-ci maddəsi eyni xidmət dövrü üçün alternativ və kumulyativ şəkildə tətbiq edilə bilən iki hesablama üsulu deyildir. Birinci norma xüsusi xidmətin davam etdirilməsini və sonuncu təminat xərcliyi əsasında yenidən hesablamanı, ikinci norma isə onun tətbiq şərtləri daxilində əmək pensiyası təyin edildikdən sonra formalaşan pensiya kapitalının nəzərə alınmasını tənzimləyir.
33. Iddiaçının tələbinin mahiyyəti 9.6.1-ci maddə əsasında sonuncu təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanmış pensiyaya, həmin yenidən hesablamanın əhatə etdiyi eyni xidmət dövründə formalaşmış pensiya kapitalının əlavə edilməsindən ibarətdir. Qanunda eyni xidmət dövrünün həm sonuncu təminat xərcliyi, həm də ayrıca pensiya kapitalı əsasında kumulyativ qaydada nəzərə alınmasını nəzərdə tutan müddəa yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, iddiaçının fərdi hesabına məcburi dövlət sosial sığorta haqları Daxili Işlər Nazirliyinin Idman Cəmiyyəti tərəfindən onun həmin orqanda xidmət etdiyi ##.##.2007-ci ildən 2021-ci ilin may ayınadək olan dövr üçün ödənilmişdir. Deməli, mübahisə sonuncu yenidən hesablamadan sonra başqa əmək fəaliyyəti nəticəsində formalaşmış yeni pensiya kapitalına deyil, 9.6.1-ci maddə əsasında qiymətləndirilmiş xüsusi xidmət dövrünə aid kapitala münasibətdə yaranmışdır. Bu səbəbdən, iddiaçının fərdi hesabında pensiya kapitalının mövcud olması özözlüyündə
35. həmin kapitalın təminat xərcliyi əsasında hesablanmış pensiyaya əlavə edilməsini tələb etmək üçün kifayət deyildir. Belə hüquqi nəticə, yalnız Qanunun müvafiq yenidən hesablama mexanizminin tətbiq şərtləri mövcud olduqda yarana bilər.
36. Iddiaçının Qanunun 29.2-ci maddəsinin ##.##.2023-cü il tarixdən ləğv edilməsinə istinadı da fərqli nəticəyə əsas vermir. Həmin maddənin ləğvi qulluq stajına görə əlavənin sığorta hissəsindəki artım qədər azaldılmasına dair məhdudiyyətin aradan qalxması ilə bağlı olsa da, bu dəyişiklik 37.3.1-ci maddə üzrə əvvəllər mövcud olmayan yenidən hesablama hüququ yaratmır və 9.6.1-ci maddə ilə tənzimlənmiş eyni xidmət dövrünə görə iki hesablama mexanizminin birlikdə tətbiqinə əsas vermir.
37. Başqa sözlə, 29.2-ci maddənin ləğvinin hesablamanın məbləğinə təsiri, yalnız şəxsin əvvəlcə Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablama hüququnun mövcud olduğu halda qiymətləndirilə bilər. Hazırkı işdə isə iddiaçının tələb etdiyi kapital eyni xüsusi xidmət dövrünə aid olduğundan, belə ilkin hüquqi şərt mövcud deyildir.
38. Kollegiya, həmçinin, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin “eyni sığorta haqlarının ikinci dəfə nəzərə alınması” barədə nəticəsi kapitalın fərdi hesabda texniki olaraq mövcud olub-olmamasına deyil, eyni xidmət dövrünün iki ayrı hüquqi əsas üzrə təkrar pensiya nəticəsi doğurmasının yolverilməzliyinə aid edilməlidir. Bu mənada apellyasiya instansiyası məhkəməsinin nəticəsi düzgündür.
39. Beləliklə, iddiaçının pensiya təminatına pensiya təyin edildikdən sonra eyni xüsusi xidmət sahəsində davam etdirdiyi xidmət dövrü üzrə Qanunun 9.6.1-ci maddəsi tətbiq edilmiş və pensiyası sonuncu təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanmışdır. Həmin dövrə aid pensiya kapitalının əlavə olaraq 37.3.1-ci maddə əsasında pensiyaya daxil edilməsi qanunda nəzərdə tutulmamışdır.
40. Bu nəticə iddiaçının pensiya təyin edildikdən sonra başqa sahədə işləməsi və ya sonuncu yenidən hesablamadan sonra yeni pensiya kapitalı toplaması halına hüquqi qiymət verilməsi demək deyildir. Iş üzrə belə hallar müəyyən edilmədiyindən, həmin məsələlər hazırkı mübahisənin predmetinə daxil deyildir.
41. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri həmin nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və ya dəyişdirilməsini tələb edən maddi və yaxud işin nəticəsinə təsir göstərən prosessual hüquq pozuntusu müəyyən edilməmişdir. Buna görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.