Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3132/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İsbat oğlunun cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İsbat oğlunun cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir.
2. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş, imtina əsası olaraq isə qeyd etmişdir ki, iddiaçı Ə. Əhədovun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Siyahısında nəzərdə tutulmadığından həmin dövrlər güzəştli sığorta stajı hesab edilməməlidir. İddiaçı işlədiyi dövrlər güzəştli iş stajı hesab edilmədiyindən, bununla da, qanunvericiliyin tələblərinə əsasən kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı İsbat oğlu cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında qeyd olunan idarələrdə işləyərək əmək haqqı almışdır, hal-hazırda da işləyir. Ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməmişdir.
5. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Etirazda qeyd edilmişdir ki, iddiaçı güzəştli iş stajına dair müvafiq sənədi (yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışını) təqdim etməmişdir. Bundan başqa, “xxxx” QSC-nin ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, İddiaçı ADY-nin Salyan yol distansiyasında və ** nömrəli Salyan yol sahəsində ##.##.1984-cü il tarixdən 30.11,1987-ci il tarixədək və ##.##.1989-cu il tarixdən hal-hazırki tarixədək işlədiyi defektoskop briqadasının operatoru və operator köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) Siyahısı”na daxil deyildir. Göründüyü kimi iddiaçı Ə. Əhədovun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Siyahısında nəzərdə tutulmadığından həmin dövrlər güzəştli sığorta stajı hesab edilməməlidir. İddiaçı işlədiyi dövrlər güzəştli iş stajı hesab edilmədiyindən, bununla da, qanunvericiliyin tələblərinə əsasən kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) 2024-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ADY-nin Salyan yol distansiyasında və ** nömrəli Salyan yol sahəsində ##.##.1984-cü il tarixdən ##.##.1987ci il tarixədək və ##.##.1989-cu il tarixdən hal-hazıradək çalışdığı defektoskop briqadasının operatoru və operator köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş və ##.##.2007-ci il tarixədək qüvvədə olmuş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda da nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na * nömrəli Əlavəyə uyğun olmaması səbəbindən ADY-nin ** nömrəli Salyan yol sahəsi tərəfindən İddiaçı İsbat oğlu barəsində verilmiş ##.##.2020-ci il tarixli * nömrəli əmr güzəştli arayış hesab edilmir.
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.Ə.Quliyev) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı İsbat oğlunun cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, pensiya təyinatı üçün tələb olunan şərtlərdən biri də güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyə dair işəgötürənin arayışıdır. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq pensiya təyinatı üçün iddiaçı tərəfindən qeyd olunan arayış əldə edilərək, təqdim edilmədiyindən hazırki cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə halı yoxdur və bu əsasla iddia mümkünlük şərtlərinə cavab vermir.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
13. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ADY-nin Salyan yol distansiyasında və ** nömrəli Salyan yol sahəsində ##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək və ##.##.1989-cu il tarixdən hal-hazıradək defektoskop briqadasının operatoru və operator köməkçisi peşələrində çalışmışdır. Onun işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əsasdır, lakin məhkəmə qanunsuz olaraq iddiamı qeyri-mümkün saymışdır. Faktiki olaraq iddiaçının işləməyi barədə əmrlər və əmək kitabçası vardır, lakin güzəştli şərtlərlə bağlı arayışın verilməməsi onun səhvi deyildir, o, vətəndaş olaraq həmin fəaliyyətlə məşğul olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş və ##.##.2007-ci il tarixədək qüvvədə olmuş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında həmin vəzifələr nəzərdə tutulmuşdur. Lakin, məhkəmə həmin halları nəzərə almamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmamış, işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmuşdur. İddianın mümkün sayılması əsasları: inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması; inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, müvafiq pensiya təyinatı üçün iddiaçı tərəfindən qeyd olunan arayış əldə edilərək, təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə halı yoxdur və bu əsasla iddia mümkünlük şərtlərinə cavab vermir Həmçinin birinci instansiya məhkəməsində icraatı zamanı sözügedən iş üzrə iddiaçı tərəfindən "xxxx" QSC-nin ##.##.2022-ci il tarixli ****** nömrəli məktubu təqdim edilmişdir. Belə ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə "xxxx” QSC-yə edilmiş müraciətinə münasibətdə ona verilmiş ##.##.2022-ci il tarixli ****** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, onun işlədiyi ADY-nin İnfrastruktur departamentinin Yol xidmətinin ** nömrəli Salyan yol sahəsinin Defektoskop briqadasında işlədiyi operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) Siyahısı"na daxil deyildir. il Bundan başqa məhkəmə araşdırması zamanı "xxxx" QSC-yə göndərilmiş ##.##.2023-cü il tarixli sorğuya münasibətdə verilmiş ##.##.2023-cü il tarixli 13- */*-****/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ADY-nin Salyan yol distansiyasında və ** nömrəli Salyan yol sahəsində ##.##.1984-cü tarixdən ##.##.1987-ci il tarixədək və ##.##.1989-cu il tarixdən hal-hazırki tarixədək işlədiyi defektoskop briqadasının operatoru və operator köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) Siyahısı”na daxil deyildir. Sözügedən müəssisə tərəfindən təqdim edilmiş cavab məktublarının məzmunundan da göründüyü kimi iddiaçı İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Siyahısında nəzərdə tutulmadığından həmin dövrlər güzəştli sığorta stajı hesab edilməməlidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 aşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. (##.##.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və iddianın mümkün sayılmasını şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarətdir.
24. Apellyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair mövqeyini onunla əsaslandırmışdır ki, pensiya təyinatı üçün tələb olunan şərtlərdən biri də güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyə dair işəgötürənin arayışıdır. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq pensiya təyinatı üçün iddiaçı tərəfindən qeyd olunan arayış əldə edilərək, təqdim edilmədiyindən hazırki cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə halı yoxdur və bu əsasla iddia mümkünlük şərtlərinə cavab vermir.
25. Kollegiya apellyasiya instansiya məhkəməsinin qeyd olunan hüquqi mövqeyi ilə razılaşmayaraq bildirir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
26. Hazırki işin hallarına münasibətdə nəzərə alınmalıdır ki, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş şərtlərin ödənilməsi tələb olunur. Qanunun dispozisiya şərtinə görə, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun ilkin olaraq müəyyən yaş həddinə çatması, ən azı 25 ildən artıq ümumi əmək stajı və ən azı 12 il 6 ay müddətində zərərli işlərdə çalışmış olması tələb edilir.
27. Qeyd edilən şərtlərin mövcud olub-olmama məsələsinin yoxlanılması nəticə etibarilə iddianın mahiyyəti ilə bağlı olub, sübutların araşdırılması və qiymətləndirilməsi yolu ilə müəyyən edilməli olan məsələdir. Başqa sözlə, məhkəmə bu halları işə mahiyyəti üzrə baxarkən araşdırmalı, iddiaçının təqdim etdiyi sübutları, əmək fəaliyyətini təsdiq edən sənədləri, əmək kitabçasındakı qeydləri, iş yerindən verilmiş arayışları və digər sübutları qiymətləndirməklə şəxsə ya bu növdə əmək pensiyasının təyin edilməsi, ya da iddiaçının bu barədə tələbinin təmin edilməməsi barədə qərar qəbul etməlidir. Yəni, belə bir nəticə yalnız iddianın mahiyyəti üzrə qiymətləndirmə aparıldıqdan sonra verilə bilər. Qanunda nəzərdə tutulmuş dispozisiya şərtlərindən hər hansı birinin ödənilməməsi iddianın əsaslılığına qiymət verilməli məsələ olub, şəxsin məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilə bilməz.
28. Bununla yanaşı nəzərə alınmalıdır ki, pensiya hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilmiş sosial təminat hüququnun tərkib hissəsidir. Konstitusiyanın müvafiq müddəalarına əsasən, hər bir şəxsin sosial təminat hüququ vardır və dövlət yaşa, əmək qabiliyyətinin itirilməsinə və digər sosial risklərə görə vətəndaşların sosial müdafiəsini təmin edir. Hazırkı işdə də iddiaçı ona tələb etdiyi növdə pensiyanın təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müəyyən yaş həddinə çatmış şəxsdir və onun müraciəti məhz güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Tərəflər arasında yaranmış mübahisə iddiaçının ümumiyyətlə pensiya hüququnun olubolmaması
29. ilə bağlı deyil, onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə kifayət qədər müddətdə işləyib-işləməməsi, işlədiyi peşənin həqiqətən də zərərli olub-olmaması, yəni güzəştli iş stajının mövcud olub-olmaması ilə bağlıdır. Bu isə hüquqi mahiyyətinə görə iddianın mümkünlüyü məsələsinə deyil, qanunun dispozisiya şərtlərinin ödənilibödənilməməsi üzərindən yoxlama aparılmasını tələb etdiyi üçün iddianın əsaslılığı ilə bağlı məsələyə aiddir.
30. Bu baxımdan, apelyasiya məhkəməsi tərəfindən iş üzrə lazımi qaydada aparılmış araşdırma nəticəsində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni şərtlərin mövcudluğu müəyyən edilmirsə, bu hal həmin şəxsin iddiasının təmin edilməməsi üçün əsası yaradır.
31. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, apellyasiya instaniyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. İşə baxacaq apelyasiya instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.