Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3133/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə (üçüncü şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hiss əsində ləğv edilməklə işinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(107)-229/2023 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə) mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Şəki ŞəhərRayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissəsində ləğv edilməklə, işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1161 /2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim: F.İsmayılzadə).
2. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(107)-87/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.Cavadova və V.Məlikov).
3. İddiaçının vəkili həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-980/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qərar ləğv edilmiş və iş təkrar baxılması üçü n Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakimlər: R.Nəbizadə /sədrlik edən/, S.Kərimov və Z.Quliyev).
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2-1(107)-229/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilmişdir (hakimlər: E.Hüseynov /sədrlik edən/, İ.Şükürov və A.Eyvazov).
5. Cavabdehin nümayəndəsi və vəkili həmin qərardan kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə qalması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tari xli, 2-1(102)-288/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (hakimlər: N.Rəsulbəyova /sədrlik edən/, K.Bədəlov və İ.Hüseynov).
7. Üçüncü şəxsin nümayəndəsi və vəkili 22 sentyabr 2023-cü il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(107)-229/2022 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
8. Üçüncü şəxsin nümayəndəsi 3 noyabr 2023-cü il tarixdə qərardaddan kassasiya şikayəti verərək iş üzrə icraatın təzələnməsi və qərarın icrasının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş e tmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsı: Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti aşağıda qeyd olunan səbəblərdən mümkün sayılm amalıdır.
11. Belə ki, kassasiya şikayəti İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda, şikayət vermə hüququ olan şəxslər tərəfindən və İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
12. Beləliklə, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
13. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iş tirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərardadı 23 oktyabr 2023-cü il tarixdə üçüncü şəxsin elektron kabinetinə yerləşdirilmiş, həmçinin ona in zibati işlər üzrə apellyasiya instansiya məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair aşağıdakı məzmunda izah göndərilmişdir: Bu məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədilə hazırlanmışdır. Məlumatın təqdim olunması ilə kassasiya şikayətinin mümkünlüyü üzrə dinlənilmə hüququ təmin edilmiş hesab olunur. Kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. • inzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. • Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır..... QEYD: Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir. Kassasiya şikayətinin verilməsi qaydası ilə bağlı ətraflı məlumatı Ali Məhkəmənin rəsmi internet səhifəsindən (https://supremecourt.gov.az) əldə edə bilərsiniz.
16. Üçüncü şəxs həmin izahı almasına baxmayaraq, qərardaddan verdiyi kassasiya şikayəti 3 noyabr 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddət keçdikdən sonra elektron qaydada təqdim edilmişdir.
17. Bununla da, üçüncü şəxs kassasiya şikayətinin verilm əsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş, apellyasiya instansiyası məhkəməsinin aktından kassasıya şikayəti verilməsi qaydasına dair məlumatın təqdim olunması ilə onun kassasiya şikayətinin mümkünlüyü üzrə dinlənilmə hüququ təmin edilməsinə baxmayaraq, müddətin üzrlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim edilməmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir. Odur ki, üçüncü şəxsin şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.
18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 21(107)-229/2023 nömrəli qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasi