Məhkəmə qərarları › İş №2-1(102)-3133/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3133/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3133/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqlarının d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 21(106)-27/2025 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq buna dair müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 01 avqust 2023-cü il tarixli, 2-1(120)-178/2023 nömrəli qərardadı ilə Masallı rayon Ərkivan bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 26 sentyabr 2023-cü il tarixli, 2-1(120)-178/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Masallı rayon Ərkivan bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı ilə Masallı rayon Ərkivan bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən ona fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv olunmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və T.S.Kərimov) 29 may 2024-cü il tarixli, 2-1(106)-152/2024 nömrəli qərardadı ilə X4 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

6. Həmin qərardadda qeyd olunmuşdur ki, işdə olan digər məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X2 mərhum ərinin icarəsinə verilmiş torpaq sahəsindən hazırkı iş üzrə iddiaçının çıxarılması qə t edilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.Ə.Quliyev) 14 may 2025-ci il tarixli, 2-1(106)-27/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Üçüncü şəxs X4 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına to xunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icr aatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.... Maddə

90. Kassasiya şikayəti vermək hüququ... 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, X2 verdiyi şika yət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

11. Belə ki, hazırkı iş üzrə kassator məhkəmə icraatına adi qaydada cəlb edilmiş üçüncü şəxsdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin cəlbinin əsası kimi qanuni qüvvəyə minmiş Masallı Rayon Məhkəməsinin 2(050)222/2021 saylı 2021-ci il 29 oktyabr tarixli qətnaməsinə istinad edilmişdir. Həmin qətnaməyə əsasən, X2 mərhum ərinin icarəsinə Masallı rayon Ərkivan Bələdiyyəsinin 2000-ci il 05 aprel tarixli qərarı ilə 25 il müddətinə torpaq sahəsi icarəyə verilmiş, habelə o, həmin torpaq sahəsinə çıxarış alınması ilə bağlı müvafiq quruma müraciət etdikdə müraciətinin müsbət həllindən, həmin torpaq sahəsinin İddiaçı və X5 Masallı rayon Ərkivan Bələdiyyəsi tərəfindən satılm ış torpaq sahələri ilə üst-üstə düşməsi əsası ilə imtina edilmişdir. Nəticədə, X1 Əliəşrəf Əliəkbər oğluna və X5 qarşı iddia qaldırmış, məhkəmə qətnaməsi ilə iddia İddiaçı münasibətdə qismən təmin edilərək onun torpaq sahəsindən çıxarılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir (sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır). Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının məzmununda həmçinin qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi X3 məhkəmə iclasına dəvət olunaraq rəylə bağlı izahatı alınmışdır. Ekspert bildirmişdir ki, mübahisəli torpaq sahəsinə baxış zamanı o, da iştirak etmişdir. Baxış zamanı cavabdehlər tərəfindən torpaq sahəsini bələdiyyədən almaları barədə ona sənədlər təqdim etmişlər. Lakin həmin sənədlər üzrə koordinatlar olmadığına görə, kənar cizgiləri müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli ərazidə cavabdehlər tərəfindən 3x5 ölçüdə tikinti inşa edilmişdir.”

13. Göründüyü kimi, iddiaçı ilə X2 eyni torpaq sahəsinə iddialı olması ehtimalından çıxış edilərək sonuncu üçüncü şəxs kimi hazırkı məhkəmə icraatına kimi cəlb edilmişdir.

14. Əslində, mülki məhkəmə icraatının iş materiallarında olan sənədlərindən, habelə həmin icraat üzrə qəbul edilmiş məhkəmə qərarının məzmunundan X2 mərhum ərinin icarəsinə Masallı rayon Ərkivan Bələdiyyəsinin 2000-ci il 05 aprel tarixli qərarı ilə ayrılmış torpaq sahəsi ilə hazırkı iş üzrə iddiaçının hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Bu, yalnız müvafiq mütəxəssis və ya ekspert rəyi ilə müəyyən edilməli olan məsələdir ki, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə zəruri araşdırma və aydınlaşdırma aparmadan üçüncü şəxsin cəlbinə dair qərardad qəbul etmişdir.

15. Lakin, həm də o da nəzərə alınmalıdır ki, hazırkı vəziyyətdə bu istiqamətdə araşdırma aparılması zərurəti də aradan qalxmışdır. Belə ki, iddiaçı ilə X2 eyni torpaq sahəsinə iddialı olması ehtimalı X2 mərhum ərinin icarəsinə torpaq sahəsi verilməsinə dair Masalli rayon Ərkivan Bələdiyyəsinin 2000-ci il 05 aprel tarixli qərarına və həmin qərar əsasında qəbul edilmiş torpaq icarə müqaviləsinə əsaslanır. Həmçinin, həmin qərar və müqavilədə torpaq sahəsinin 25 il müddətinə icarəyə verildiyi qeyd edilmişdir. Bundan əlavə, müqavilədə icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı müddəalar da mövcud deyil. Bundan başqa, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən proses iştirakçılarına xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişi göndərilərək xx.xx.2025-ci il tarixədək etiraz və mülahizələrin Ali Məhkəmənin İnzibati Kollegiyasına təqdim olunması təklif olunmuş, lakin Ali Məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir.

16. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.2-ci maddəsinə əsasən, to rpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur.

17. Beləliklə, hazırkı iş üzrə torpaq icarə müqaviləsinin müddəti bitdiyindən, X2 iddiaçının hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinə dair hüquqi marağının mövcudluğu ehtimalı da aradan qalxır. Başqa sözlə, X2 mübahisəli torpaq sahəsinə dair hər hansı əmlak hüququnun olduğu ehtimalı hazırkı mərhələdə müəyyən olunmur. Odur ki, hazırkı iddianın predmetini təşkil edən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması İnzibati Prosessual Məcəllənin 28-ci maddəsi anlamında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X2 qanunla qorunan hər hansı marağına toxunmur və ümumiyyətlə, belə bir potensiala malik deyildir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “40. Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının, yaxud cavabdehin tərə fində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olubolmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur....

54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə b ilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”

19. Qeyd edilən müddəaların hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, barəsində şikayət verilən məhkəmə qərarı qəbul edilən vaxt, eləcə də kassasiya şikayəti verilən vaxt hazırkı kassator X2 mübahisəli torpaq sahəsinə dair hər hansı hüququnun olması ehtimalı mövcud olmamış, beləliklə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının barəsində şikayət verilən 14 may 2025-ci il tarixli qərarı qəbul edilərkən sözügedən icarə müqaviləsinin müddəti bitdiyindən X2 üçüncü şəxs kimi məhkəmə icraatında iştirakına zərurət qalmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi X2 üçüncü şəxs kimi məhkəmə icraatında iştirakına xitam verilməli olduğu halda, bununla bağlı apellyasiya icraatı zamanı müvafiq qərar qəbul edilməmişdir.

20. Odur ki, X2 üçüncü şəxs kimi məhkəmə icraatında iştirakına xitam verilməlidir.

21. Bundan irəli gələrək, üçüncü şəxs X2 hazırkı şikayəti, İPM-də kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən, yəni şikayət vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən həmin şikayət üzrə kassasiya icraatı da mümkün sayıla bilməz.

22. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 2-1(106)-27/2025 nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar