Məhkəmə qərarları › İş №2-1(102)-3134/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3134/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3134/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3134/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının mübahisə predmeti olan bağ sahəsi ilə bağlı cavabdeh orqana qarşı hər hansı tələb irəli sürməyə subyektiv hüququ yoxdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçı İddiaçı, vəkili Vəkil iştirakları, K.Salmanzadənin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1609/2019 saylı qərardadından İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Novxanı qəsəbəsində 0,24 ha olan 281 №-li bağ sahəsinin 1/4 hissəsinə onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Novxanı qəsəbəsində 0,24 ha olan 281 №-li bağ sahəsi ölmüş atası X1 icarəyə verilmiş, atası 1971-ci ildə vəfat etmiş və qeyd olunan bağ sahəsi anası X1 adına rəsmiləşdirilmişdir. Daha sonra anasının ölümündən sonra adıçəkilən bağ sahəsi xxxx 2004-cü il tarixdə qardaşı X1 adına rəsmiləşdirilmiş, həmin rəsmiləşdirilmə zamanı onun razılıq ərizəsi alınmamışdır. Bu əsasla qeyd olunan bağ sahəsinin 1/4 hissəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)1456/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılma mışdır (hakim T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər İ.B.Əhmədov (sədrlik edən və məruzəçi), S.S.Seyidova və V.M.Məmmədov) xxxx 2019cu il tarixli, 2-1(103)-1609/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və vəkili X1 tərəfindən kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək, iş mahiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelly asiya Məhkəməsinin iş üzrə qərardadı qanunlara zidd və əsassız olduğu üçün ləğv edilməlidir. Qərardadla maddi hüquq normaları və prosessual hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir. Belə ki, bağ evinin iddiaçının anası X1 rəhmətə gedəndən sonra, digər vərəsələrin razılıq ərizəsi əsasında keçmiş X2 və İstismarı Birliyinin xxx 2004-cü il tarixli, 23 saylı protokoluna əsasən X2 icarəsinə verilməsinə və onunla həmin tarixdə 377 saylı müqavilənin bağlanması hüquqi baxımdan düzgün deyildir. Həmin dövrdə iddiaçı razılıq verməmiş və icarə müqaviləsinin mərhum qardaşı X1 bağlanmasından xəbərsiz olmuşdur. Bu səbəbdən Novxanı qəsəbəsində 0,24 ha torpaq sahəsinin üzərində yerləşən 281 saylı bağ sahəsinin ¼ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması və pozulmuş hüququnun bə rpası üçün iddia ərizəsi ilə 1 saylı İnzibatı-İqtisadi məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X1 kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edərək, iş mahiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məc əllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişd ir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və ob yektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı İddiaçı, vəkili Mirzəfənova Könül Murtuz qızının izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1609/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Abşeron rayon məhkəməsinin xxxx 2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən X2 və İstismarı Birliyi ilə X3 arasında bağlanmış xxxx 2004-cü il tarixli, 377 №-li icarə müqaviləsinin, Bakı şəhəri 38 №-li dövlət notariat kontorunun Qanun üzrə vərəsəlik hüququ haqqında xxxx 2010- cu il tarixli 2V-1-72 reyestr nömrəli şəhadətnaməsinin, X4 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,0085 ha torpaq sahəsində yerləşən 281 №-li bağ evinə istifadə hüququnu təsdiq edən MA seriyalı ******* №-li, **********11-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xxxx 2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsiində yerləşən 0,24 ha torpaq sahəsi olan 281 №-lı bağ sahəsinə və evə qanuni vərəsə kimi 1/ 4 hissəsinə vərəsəlik hüququnun tanınması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və Abşeron rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt A pellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsaslar qanunvericilikdə imperativ müəyyən edilmiş və yalnız həmin əsaslar olduqda bu hüquqlarının qeydiyyata alınmalı olması öz əksini tapmış, hazırki vəziyyətdə iddiaçının belə bir iddia irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir, iddiaçının həmin bağ sahəsinə dair heç bir hüququ tanınmamış, beləliklə, hazırkı iddiaya baxılması üçün mümkünlük şərtləri mövcud olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2015-ci il tarixli 5 №-li qər arının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş idida müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPm-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2008-ci il tarixli qəra rında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu eçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmu su kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəti cəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının həmin Məcəllənin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının qeyd olunan bağ sahəsinə dair heç bir hüququ olmadığına görə belə bir iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1609/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(102)-1609/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar