Məhkəmə qərarları › İş №2-1(102)-3137/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3137/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3137/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: ixtisas dərəcəsinə görə əlavə haqqın ödənilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 06 avqu st 2019-cu il tarixli, 2-1(103)-1030/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə qarşı ixtisas dərəcəsinə görə əlavə haqqın, dövlət qulluqçularına hər il verilən aylıq əmək haqqının 3 misli məbləğində mükafatın və növbəti məzuniyyətə çıxdıqda ödənilən bir aylıq vəzifə maaşı həcmində mükafatın nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləğinin 01.04.2017-ci il tarixdən yenidən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişd ir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən müxtəlif müəssisələrdə və vəzifələrdə işləmişdir, həmçinin dövlət qulluqçusu kimi hakimiyyət səlahiyyətlərini icra etmişdir. 01.04.2017-ci ildən pensiyaya çıxmışdır. Lakin ona təyin olunan pensiya düzgün hesablanmamışdır. Belə ki, pensiya hesablanan zaman hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, ixtisas dərəcəsinə görə əlavə haqq, vəzifə maaşının 3 misli müqabilində mükafat və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə maddi yardım nəzərə alınmamışdır. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən i mtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Birinci instansiya məhkəməsinin 23.01.2019-cu il tarixli iş № 2-1(81)-313/2019, (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.01.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 06.08.2019-cu il tarixli iş № 2-1(103)-1030/2019 (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, X2 Məmmədov) qərarı ilə cavabdeh tərəfindən veri lmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiasının təmin rədd qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu və zifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabr 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluqçusu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.6-cı bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında instruktor (təlimatçı) vəzifəsi rayon, şəhər və şəhərdə icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyət başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə görə dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına uyğun olaraq, nəzərə alınmaqla təqaüd verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında hesablanır. Həmin Qaydaların 6-cı bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Həmin Qaydaların 11-ci bəndinə görə dövlət qulluqçusunun pensiyasının hesab lanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Çox təəssüflər olsun ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası heç bir tutarlı əsas götürmədən İnzibati Məhkəmənin qərarını ləğv etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2-1(103)-1030/2019 nömrəli qərarını ləğv edərək birinci instansiya məhkəməsinin, yəni, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarını dəyişiklik edilmədən saxlanılmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qey d edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2-1(103)-1030/2019 nömrəli qərarını ləğv edərək birinci instansiya məhkəməsinin, yəni, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarını dəyişiklik edilmədən saxlanılmasına dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da, onun vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2-1(103)-1030/2019 nömrəli qərarını ləğv edərək birinci instansiya məhkəməsinin, yəni, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarını dəyişiklik edilmədən saxlanılmasına dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yox layaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 06 avqust 2019-cu il tarixli, 2-1(103)-1030/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-313/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən “Dövlət qulluğu haqqında” Qanunun 21.1.7-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7, 20.11, 20.12-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri isə işin araşdırılan halları və mövcud qanunvericilik normaları ilə təsdiq edildiyindən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iş materiallarında iddiaçının sözügedən əlavələri (ixtisas dərəcəsinə görə əlavə haqq, dövlət qulluqçularına hər il verilən aylıq əmək haqqının 3 misli məblə ğində mükafat, növbəti məzuniyyətə çıxdıqda ödənilən bir aylıq vəzifə maaşı həcmində mükafat) alması halını təsdiqləyən sübut kimi istinad etdiyi hər hansı arayış və ya əmr məhkəməyə təqdim edilməmişdir. Həmçinin apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi sənədlər Arxivi tərəfindən məhkəmə daxil olmuş sorğuya cavab məktubundan da görünür ki, iddiaçının 1982-1991-ci illərdə aldığı əmək haqlar və mükafatlar qeyd edilmişdir. Lakin qeyd edilmiş cədvəllərdə iddiaçının iddia tələbində nəzərdə tutduğu əlavələrin alması öz əksini tapmamışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsi bir sıra maddi hüquq normalarından ibarət olsa da, işi n konkret halına aid yalnız bir cümlə yazılmışdır ki, o da “iş materiallarında iddiaçının sözügedən əlavələri alması halını təsdiqləyən sübut kimi istinad etdiyi hər hansı arayış və ya əmr məhkəməyə təqdim edilməmişdir” cümləsidir ki, həmin cümlədən sonra apelyasiya instansiyası məhkəməsi göstərir ki, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi tərəfindən məhkəmə (cümlənin stilistikası olduğu kimi yazılmışdır) daxil olmuş sorğuya cavab məktubundan da görünür ki, iddiaçının 1982-1991-ci illərdə aldığı əmək haqlar və mükafatlar qeyd edilmişdir”. Apelyasiya instansiyası məhkəməsinin özünün də 06 avqust 2019-cu il tarixli qərarında yuxarıda qeyd etdiklərindən göründüyü kimi, iddiaçının mükafatlar alması işin təkzibolunmaz faktıdır. Bununla əlaqədar qeyd edilməli dir ki, işin 66–67-ci səhifələrində olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 13 iyun 2019-cu il tarixli, 146 saylı arayışında da yazılır ki, İddiaçı 1982–1986-cı illərdə 9 dəfə, 1987–1990-cı illərdə isə 8 dəfə mükafat almışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin “iddiaçının sözügedən əlavələri alması halını təsdiqləyən sübut kimi istinad etdiyi hər hansı arayış və ya əmr məhkəməyə təqdim edilməməsi” hüquqi mövqeyi yanlış olmaqla yanaşı, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin pozulması kimi qiymətləndirilir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənm əyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə tam və hərtərəfli əsaslandırılmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi 06 avqust 2019-cu il tarixli qərarında göstərilmiş maddi hüquq normalarının tələblərinə uyğun gələn işin halları öz əksini tapmamış, yəni, qərarda qeyd edilmiş işin halları ilə apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları arasında hüquqi mütənasiblik yoxdur. X1 Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə müba hisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 21(103)-1030/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar