Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3139/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3139/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtlərinə cavab vermir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi tələ binə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2023/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 2018-ci il tarixdə ona və ailə üzvlərinə “qaçqın statusu verilməsi haqqında” vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xxxx 2019-cu il tarixdə inzibati aktın qəbul edilməsindən imtina barədə ***** saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarı qəbul etdiyini, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin **** saylı, xxxx 2019cu il tarixli qərarından inzibati qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə şikayət verdiyini, inzibati orqanın şikayət instansiyasının 98 saylı, xxxx 2019-cu il tarixli qərarı ilə inzibati şikayətin təmin edilmədiyini bildirərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ***** saylı, xxxx 2019-cu il tarixli və 98 saylı xxxx 2019-cu il tarixli qərarlarının ləğv edilməsi, “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək, ona “qaçqın statusu verilməsi haqqında” qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)2102/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim - E.Ə.Əliyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2023/2019 saylı qərardadı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iş mahiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddia ərizəsində cavabdeh inzibati orqanın qəbul etdiyi **** saylı xxxx 2019-cu tarixli və 98 saylı xxxx 2019-cu il tarixli qərarlarının ləğv edilməsini xahiş etmiş, iddia tələbinin ikinci hissəsində iddiaçı "qaçqın" statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsi ilə özü üçün əlverişsiz saydığı inzibati orqanın qərarlarını mübahisələndirmiş, iddiaçının ilk tələbində mübahisələndirmə növündə, 2-ci tələbində isə - məcburetmə növündədir, iddia qarışıq iddia növündə verilm iş, bir iddiada bir neçə iddia növünə aid olan tələbin qoyulması qanunvericilikdə qadağa yoxdur, qanunvericilik bir neçə iddia tələbinin bir iddiada birləşdirilməsinə icazə verir, belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər, həmçinin iddiaçı inzibati orqanın qəbul etdiyi **** saylı xxxx 2019-cu tarixli qərarından "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 72.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanın şikayət instansiyasına inzibati şikayət göndərmiş, inzibati orqanın şikayət instansiyasının 98 saylı, xxxx 2019-cu il tarixli qərarı ilə i nzibati şikayət təmin edilməmiş, iddiaçı şikayət instansiyasının qərarını xxxx 2019-cu il tarixində almış və 14 gün ərzində xxxx 2019-cu il tarixində ondan İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə müvafiq olaraq məhkəmədə iddia qaldırmış, beləliklə, iddiaçı iddia ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddəti çərçivəsində (14-cü gün) vermiş və bununla da iddia müddətini ötürməmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsas ən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2023/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia tələbi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin **** saylı xxxx 2019-cu il tarixli və 98 saylı xxxx 2019-cu il tarixli qərarların ləğv edilməsi, İddiaçı “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək, iddiaçıya “qaçqın statusu verilməsi haqqında” qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir, iddiaçı, xxxx 2018-ci il tarixdə ona və ailə üzvlərinə “qaçqın statusu verilməsi haqqında” vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Azərbaycan Re spublikası Dövlət Miqrasiya Xidməti xxxx 2019-cu il tarixdə inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati akt, yəni ***** saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərar qəbul etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ***** saylı, xxxx 2019-cu il tarixli qərarı İddiaçıyə xxxx 2019-cu il tarixdə təqdim edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ****** saylı, xxxx 2019-cu il tarixli qərarından xxxx 2019-cu il tarixdə inzibati qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə şikayət vermiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “İnzibati şikayətin təmin edilməməsi haqqında” 98 saylı xxxx 2019-cu il tarixli qərar qəbul etmişdir və həmin qərar iddiaçıya xxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı xxxx 2019-cu il tarixdə ona təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xxxx 2019-cu il tarixli qərarından qanunvericilikdə nəzərdə tutulmuş müddətin (30 günün) 29-cu günündə inzibati qaydada şikayət vermiş və şikayət instansiyasının qərarını xxxx 2019-cu il tarixdə aldığı halda, hazırkı iddia ilə məhkəməyə xxxx 2019-cu il tarixdə, yəni ilkin inzibati aktdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin axımının dayandırılması və davam etməsi müddətləri nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürməklə, 43-cü gündə məhkəmədə iddia qaldırmış, iddiaçı xxxx 2019-cu il tarixdə ona təqdim edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xxxx 2019-cu il tarixli qərarından qanunvericilikdə nəzərdə tutulmuş müddətin (30 günün) 29-cu günündə inzibati qaydada şikayət verdiyindən, həmin gün iddia müddətinin axımı dayandırılmış hesab edilir, daha sonra şikayət instansiyasının qərarını xxxx 2019-cu il tarixdə aldığından, həmin gün iddia müddətinin axımı davam etməyə başlandığından, iddiaçının məhkəməyə müraciət etməsi üçün son gün, yəni 30 gün xxxx 2019-cu il tarix olduğu halda, iddiaçı həmin müddəti ötürərək xxxx 2019-cu il tarixdə, yəni 43-cü gündə məhkəmədə iddia qaldırmış, beləliklə, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən məcburetmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən biri olan prosessual müddətə əməl etmədiyindən, məhkəmə tərəfindən iddia mümkünsüz sayılmış, həmçinin iddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 98 saylı xxxx 2019-cu il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı yalnız İPM-in 32.2.3-cü maddəsinə müvafiq olaraq (həmin qərar ilk dəfə üçüncü şəxs üçün öhdəlik yaratdıqda) mübahisələndirilə bilər, digər hallarda mübahisənin predmetini birinci (aşağı) inzibati orqanın aktı təşkil edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1.-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbayca n Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai mün asibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İnzibati Prosessual Məcəllənin 32.2.3-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Apellyasiya Məhkəməsi iş üzrə düzgün olaraq qeyd etmişdir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının K onstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikay ət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən məcburetmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən biri olan prosessual müddətə əməl etmədiyini, eyni zamanda iddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 98 saylı, xxxx 2019-cu il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının yalnız İPM-in 32.2.3-cü maddəsinə müvafiq olaraq mübahisələndirilə bildiyini, beləliklə, hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPM-nin 35 -ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın l əğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2023/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2023/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3139/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3139/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver