Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-314/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinə görə, köçürülmə xərci daxil olmaqla kompensasiyanın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X18, X4 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinə görə 139.015 manat kompensasiya məbləğinin ödən ilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)2333/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.02.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 300.1 kv.m-dən ibarət olub, 217.5 kv.m yaşayış sahəsi, 82.6 kv.m yardımçı sahədən ibarətdir. Fərdi yaşayış evinin 8 otaq hissəsinə X8 (iddiaçı), 1 otaq (y/s-19.3 kv.m, k/s – 5.9 kv.m) hissəsinə X12, 1 otaq (y/s7.0 kv.m)-dən bir hissəsinə X6, otaq (y/s-7.0 kv.m)-dən bir hissəsinə X13, 1 otaq (y/s – 26.5 kv.m) X9, 1 otaq (y/s-13.8 kv.m) X14, 1 otaq (y/s-7.2 kv.m) X19, 1 otaq (y/s-40.6 kv.m, k/s – 22.6 kv.m) X10, İ mərtəbədə 1 otaq (y/s-10.4 kv.m, k/s – 8.9 kv.m hissəsi X21 hüquq sahibləridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə m üəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300-1.200 manat arasında qiymətləndirilir, satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə, evin paylı mülkiyyətçilərinə alqı-satqı qaydasında pul ödənilməklə ev satın alınmış, AN-İ seriyalı, ******* nömrəli, AN-İ seriyalı, ******* nömrəli, AN-İ seriyalı, ******* nömrəli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hüquq sahibləri olan digər şəxslərlə Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmışdır. 15.10.2018-ci il tarixli müqavilə və 28 sentyabr 2018-ci il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, faktiki olaraq X2 istifadəsində olan 27.6 kv.m əsas sahə, 18.29 kv.m köməkçi sahə, köçürülmə xərci ilə birlikdə 69.835 manat qiymətləndirilmiş və həmin sahələrə X5 ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı X2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən 32 saylı evin satılmasına etiraz etməməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. “xxxx” MMC-nin direktoru İ.Bağırov, 43 saylı MKİS-in rəisi T.Abasov, 43 saylı MKİS -in kargüzarları L.Əhmədova və S.Məmmədova tərəfindən təsdiq edilmiş akta əsasən iddiaçıya 37.402 manat məbləğində kompensasiya təklif edilmiş, lakin o, dəfələrlə evin təkrar ekspertizada ölçülməsinə baxmayaraq sahələrinin artıq olduğunu iddia etmiş, vəsaitlə razı olmadığını bildirərək imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06.02.2019-cu il tarixli məktubla iddiaçının cavabdehə ünvanlanmış müraciətinə cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı qeyd etdiyi məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əml akın Alınması Qrupuna müraciət etməsi tövsiyə olunur. İddiaçı 13 fevral 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinə görə, köçürülmə xərci 1.000 manat da daxil olmaqla 139.015 manat kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 8 otaqdan ibarət hissəsinə dair 14.09.2011-ci il tarixdə mülkiyyət hüquqları qeydiyyatdan keçmiş, buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonu ərazisində söküntü işləri aparılır. Ona məxsus fərdi yaşayış evində 1 dekabrda işıqlar sönmüş, 3 dekabr 2018-ci il tarixdə onlar evdə işıq olmadığı üçün evi tərk etmişlər. 5 dekabr 2018-ci il tarixdə ev yerlə yeksan olmuşdur. Evi ölçməyə gələnlər yalnız 1 otağı ölçüblər. Çünki, orada onların yaşamalarına icazə verdikləri qadın yaşayırdı. O, həmin otağı ölçdürüb. Orada ölçüsü 27.9 kv.m olan zirzəmi də var. Onun qapısı bağlı idi. Ölçməyə gələnlər qapını açdırmağı xahiş etmişlər. Onlar 2 dekabr 2018-ci il tarixdə qapını açdırmışlar və Sabir müəllimə zəng etmişlər ki, gəl ölç. O, da demişdir ki, müdiriyyətə deyiblər. 5 dekabr 2018-ci il tarixdə isə evi sökdülər. Odur ki, inventarlaşdırma başa çatmamış evi yoxa çıx mışdır. Həmin fərdi yaşayış evinin sökülməsi ilə bağlı digər mülkiyyətçilərə kompensasiya verilməsinə baxmayaraq ona məxsus hissəyə görə kompensasiya ödənilməmişdir. Bununla bağlı cavabdehə ərizə ilə və şifahi olaraq tərəfindən müraciət edilmiş, lakin, cavabdeh tərəfindən müraciəti bugünədək cavablandırılmamış, komissiyanın sədri isə şifahi olaraq ona bildirmişdir ki, 5 ildə analoqu olmayan hadisə baş vermiş, inventarlaşdırma başa çatmamış evi sökülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinin daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh tərəfindən alınması ilə əlaqədar olaraq müvafiq kompensasiya məbləğinin Cavabdeh tərəfindən iddi açıya ödənilməsi tələbinə dair iddia ərizəsinə etiraz edərək hesab edirlər ki, həmin iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018- ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. İş materiallarından məlum olur ki, iddiaçının fərdi yaşayış evinin 8 otağına dair mülkiyyətini təsdiq edən dövlət reyestrindən çıxarışı mövcuddur. Lakin cavabdehin əməkdaşları tərəfindən sözügedən evə baxış keçirilən və fərdi yaşayış evinin sahəsi ölçülən zaman məlum olmuşdur ki, faktiki olaraq iddiaçının istifadəsində yalnız 2 otaqdan ibarət yaşayış sahəsi var və həmin yaşayış sahəsinin ümumi sahəsi 27,37 kv. metr ölçüsündədir. İddiaçıya 37.402 manat məbləğində kompensasiya ödənilməsi təklif olunub, lakin iddiaçı kompensasiya almaqdan könüllü şəkildə imtina etmişdir. İddiaçı iddia ərizəsində yalnız 1 otağın ölçülərinin götürülməsini, əlavə olaraq 27,9 kv metr zirzəminin də olma sını iddia edir ki, bu da həqiqətə uyğun deyil. Daşınmaz əmlaka kompensasiya hesablanarkən, onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Əgər ətrafdakı yaşayış sahəsinə yüksək kompensasiya hesablanırsa, bu həmin sahənin təmir vəziyyəti (mövcud şəraiti) və digər xüsusiyyətlərinə görə daha yüksək qiymətləndirilməsini və həmin əmlaka sosial ədalət prinsipi əsasında yanaşmanı zəruri edir. Belə olan halda hər bir daşınmaz əmlaka onun xüsusiyyətləri nəzərə alınmaqla, qiymətləndirmə aparılır. Odur ki, hüquq müəyyənedici sənəddə iddiaçının mülkiyyətində 8 otaq olması göstərilsə də, ölçülmə işləri aparılan zaman faktiki olaraq istifadəsində yalnız ümumi 27,37 kv. metr olan yaşayış sahəsi aşkar olunmuşdur. Daşınmaz Əmlakın D övlət Reyestrindən çıxarışında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 8 otaqdan ibarət olan hissə iddiaçı tərəfindən “Daşınmaz əmlakın alınması qrupu”na təqdim edilməmiş, yəni qeyd olunan ünvanda iddiaçının faktiki istifadəsində, yaxud sahibliyində 8 otaq deyil, yalnız 2 otaq və köməkçi sahələrdən ibarət yaşayış sahəsi qeydə alınmışdır. Həmin ünvanda mövcud olan yaşayış sahələri isə müvafiq qaydada qiymətləndirilmişdir və iddiaçıya ədalətli kompensasiya təklif olunmuşdur ki, iddiaçı bu kompensasiyanı almaqdan könüllü imtina etmiş və yenidən onun xeyrinə müvafiq kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia ərizəsi əsassızdır və təmin olunmamalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hak im X15, 2-1(81)-1437/2019 saylı iş)27 iyun 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçıya 138.015 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, işdə olan çıxarışlar, alqı-satqı müqavilələri və qiymətləndirmə hesabatlarından çıxarışlarla müəyyən edilir ki, fərdi yaşayış evinin ümumi sahəsi 300.1 kv.m olmuş, digər payçılara məxsus sahələri evin ümumi sahəsindən çıxıldıqda, iddiaçının mülkiyyətində əsas və köməkçi sahə ilə birlikdə 137.9 kv.m sahə qalır. Həmin sahədən isə 45.89 kv.m hissəsini iddiaçı, X2 istifadəsinə vermiş və buna dair cavabdehlə sonuncu arasın da alqısatqı müqaviləsi bağlanmış və 45.89 kv.m-in hər kv.m-ə görə 1500 manat hesablanmaqla, X3 68.835 manat məbləğində kompensasiya ödənilmişdir. Həmin hissəyə dair alqı-satqı müqaviləsi bağlanmasına və X1 məbləğinin ödənilməsinə iddiaçı etiraz etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat müəyyən edildiyindən, iddiaçıya faktiki olaraq cavabdeh tərəfindən qanuni ödənilməli olan kompensasiya məbləğindən az kompensasiya məbləği təklif olunmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar olaraq, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq (əsas və köməkçi sahələrlə birlikdə 137.9 kv.m) hissəyə görə cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməli, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq, 137.9 kv.m hissəyə görə ödənilməli olan 206.850 (137.9×1500= 206.850 (iki yüz altı min səkkiz yüz əlli)) manat kompensasiya məbləğindən X3 ödənilmiş 68.835 manat (6.9835-1.000 (köçürülmə xərci)=68.835) kompensasiya məbləği çıxılmaqla ümumilikdə 138.015 manat (206.850-68.835=138.015) məbləğində kompensasiya ödənilməlidir. İddiaçı 1.000 manat pul vəsaitinin köçürülməyə görə cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçıda köçürülmə halı olmadığından iddia həmin hissədə əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsini n İnzibati-İqtisadi kollegiyası (hakimlər X20məruzəçi, X22 və X16, 2-1(103)-2333/2019 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. Cavabdeh 21 oktyabr 2019-cu il tarixdə qərarın surətini almış, 21 noyabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində ümumi olaraq 137,9 kv.m sahə olmuş bu səbəbdən də həmin sahələrə görə kompensasiya iddiaçıya ödənilməlidir. Lakin məhkəmə iddiaçının mülkiyyətində olan sahənin faktiki mövcud olub-olmamasına hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı öz ünün yaşadığı və sahiblik etdiyi 2 otaqdan başqa digər sahələrin harada olması və ümumiyyətlə mövcud olub-olmamasını təsdiq edə bilməmiş və komissiyaya təqdim etməmişdir. Yəni ünvan 6 ünvanında yerləşmiş fərdi yaşayış evinə iddiaçının özünün iştirakı ilə baxış keçirilərək ölçmə işləri aparılarkən iddiaçı mülkiyyətində qeydə alınmış digər sahələr müəyyən edilməmişdir. Bu barədə özünə izah verilmiş, öz razılığı əsasında ayrı-ayrı şəxslərin istifadəsində və sahibliyində olmuş və kompensasiya iddiaçının notarial təsdiq olunmuş razılığı əsasında həmin şəxslərə verilməsini təsdiq etmişdir. Bundan başqa iddiaçı hazırda da mülkiyyətində olmasını iddia etdiyi 8 otaqdan ibarət əmlakı “Daşınmaz əmlakın alınması qrupu”na təqdim etməmiş, ancaq qeyd olunan ünvan üzrə istifadəsində olan 2 otaq və köməkçi sahədən ibarət sahəni təhvil vermiş və həmin sahəyə görə də 37.402 manat kompensasiya təklif edilmişdir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqədar sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağ labatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bu baxımdan tərəfin əsaslandırılmış qərar almaq hüququnu Avropa Məhkəməsi şəxsin ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi müəyyən etmiş və qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29, 13, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 20, 28, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18.1, 150.1-ci maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları” nın 25-ci bəndi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11, 18ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 384.0.2-ci maddələrinin, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəf indən məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi üzrə inzibati reqlament” tələbi aparılan məhkəmə araşdırmaları zamanı nəzərə alınmadığından maddi və prosessual hüquq normaları pozulmuş və nəticədə əsassız, işin hallarına uyğun olmayan qərar qəbul edilmişdir. əsaslandırma hissəsi: İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinin daşınmaz əmlaka sahibliyi alan orqan cavabdeh tərəfindən alınması ilə əlaqədar olaraq müvafiq kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə-kompensasiya ödənilməsi tələbinə dair iddiadır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fe vral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliye v küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. 21.02.2015-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 300.1 kv.m-dən ibarət olub, 217.5 kv.m yaşayış sahəsi, 82.6 kv.m yardımçı sahədən ibarətdir. Həmin fərdi yaşayış evinin 8 otaq hissəsinə iddiaçı, 1 otaq (y/s-19.3 kv.m, k/s-5.9 kv.m) hissəsinə X12, 1 otaq (y/s7.0 kv.m)-dən bir hissəsinə X6, otaq (y/s-7.0 kv.m)-dən bir hissəsinə X13, 1 otaq (y/s-26.5 kv.m) X9, 1 otaq (y/s-13.8 kv.m) X14, 1 otaq (y/s-7.2 kv.m) X19, 1 otaq (y/s-40.6 kv.m, k/s-22.6 kv.m) X10, İ mərtəbədə 1 otaq (y/s-10.4 kv.m, k/s-8.9 kv.m hissəsi X21 hüquq sahibləridir. İddiaçı istisna olmaqla digər mülkiyyətçilərlə cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış və digər mülkiyyətçilər alqı-satqı müqavilələri əsasında paylarını cavabdehə satmışlar. İşdə olan alqı-satqı müqavilələrində satılan payların sahələri (həm yaşayış, həm də qeyri yaşayış sahələri) ayrıca qeyd edilmişdir. İddiaçıya 2 otaq mənzilə görə 37.402 manat təklif edilmiş, iddiaçı bu təklifdən imtina etmişdir. Fərdi yaşayış sahəsinin 8 otağının iddiaçının mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır, həmin çıxarış qüvvədədir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətindən məhrum olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəs inə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Cavabdehin mülki hüquqi pozuntuya yol verməsi nəticəsində iddiaçının əmlakına zərər dəymiş, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, əmlakına dəyən zərərə görə cavabdehin iddiaçıya kompensasiya ödəməli olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Ödənilməli kompensasiya ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin hallarından həmçinin müəyyən edilir ki, X2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən 32 saylı evin satılmasına iddiaçı etiraz etməmiş, bu barədə G.M.Məmmədovaya notariat qaydada təsdiq edilmiş etibarnamə vermiş, G.M.Məmmədova ilə cavabdeh arasında notariat qaydada təsdiq edilmiş 15 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində, faktiki isə G.M.Məmmədovanın istifadəsində olan 27.6 kv.m əsas sahə, 18.29 kv.m köməkçi sahə, köçürülmə xərci ilə birlikdə 69.835 manat qiymətləndirilmiş və 69.835 manat G.M.Məmmədovaya ödənilmişdir. G.M.Məmmədovaya ödənilən məbləğ çıxılmaqla 8 otağa görə iddiaçı ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilin çıxarışda qeyd edildiyi kimi deyil, 2 otaq olmasını bildirmiş və bu səbəbdən ona 37.402 manat kompensasiya təklif et mişdir. İddiaçının mülkiyyətində olan otaqların sayı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ayrı-ayrı tarixli çıxarışlarda 8 otaq olması qeyd edilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində yalnız 2 otaq olması ilə bağlı məhkəmələrə hər hansı sübut-dəlil təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasına əsasən mübahisə olunan ünvanda cəmi yaşayış sahəsi 217,5 kv.m-dir. Apelyasiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestrində və alqı-satqı müqavilələrində digər mülkiyyətçilərin payları çıxıldıqdan sonra iddiaçının mülkiyyətində olan yaşayış sahəsi ilə bağlı G.M.Məmmədovaya 69.835 manat ödəməni nəzərə almaqla 8 otaq, 137,9 kv.m hissəyə görə iddiaçıya 138.015 manat ödənilməli olması nəticəsinə gəlmişdir. Apelyasiya məhkəməsinə görə ünvan 1 ünvanında yerləşən fərdi yaş ayış evinin satılması ilə əlaqədar olaraq paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq (əsas və köməkçi sahələrlə birlikdə 137.9 kv.m) hissəyə görə cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməli, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq, 137.9 kv.m hissəyə görə ödənilməli olan 206.850 (137.9×1500= 206.850 (iki yüz altı min səkkiz yüz əlli)) manat kompensasiya məbləğindən X3 ödənilmiş 68.835 manat (69.835-1.000 (köçürülmə xərci)=68.835) kompensasiya məbləği çıxılmaqla ümumilikdə 138.015 manat (206.850-68.835=138.015) məbləğində kompensasiya ödənilməlidir. Daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi qeyd edilməsə də, yaşayış sahəsi k imi 8 otaq göstərilmişdir. Çıxarışda iddiaçıya aid köməkçi (yardımçı) sahələr qeyd edilməmişdir. Apelyasiya məhkəməsi 137.9 kv.m sahənin daxilində 8 otaq olan əsas sahə ilə yanaşı köməkçi sahə olması nəticəsinə də gəlmişdir. Apelyasiya məhkəməsi iddiaçının mülkiyyətində, yaxud istifadəsində köməkçi sahə olmasını hər hansı sübutla əsaslandırmamışdır. İşdə olan sənədlərdə mənzilin köməkçi və yardımçı sahələri olması və həmin sahələrə görə digər payçılara kompensasiya ödənilməsi mübahisə doğurmur. Lakin iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olması apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2333/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-314/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-314/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver