Məhkəmə qərarları › İş №2-1(102)-314/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-314/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-314/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı İddiaçı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mə nzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli 2-1(103)-2134/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qanunsuz tikilinin sökülməsi, 20.000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-4107/2021 nömrəli qərardadı ilə (hakim Fərid Mədətli) iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli 2-1(103)-2134/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Azər Hüseynov, hakimlər Səadət Bəktaşi və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-4107/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı 16 avqust 2021-ci il tarixində ərizə təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avq ust 2021-ci il tarixli, 2-1(103)-2134/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 13 sentyabr 2021-ci il tarixində iddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin edilmişdir.

5. İddiaçı 26 noyabr 2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli 2-1(103)-2134/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

6. İddiaçı, eyni zamanda, müddətin bərpası barədə vəsatət təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli 2-1(103)2134/2021 nömrəli qərardadından kassasiya şikayəti vermək üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və kassasiya şikayəti vermə müddətinin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Vəsatəti belə əsaslandırmışdır ki, dövlət büdcəsi hesabına vəkil təyin edilməsi, vəkilin şikayət verilməsi ilə əlaqədar işlə tanış olması müəyyən vaxt aparmış və bununla bağlı şikayət müddəti ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (-) 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

9. Mülki Prosessual Məcəllə Maddə

133. Prosessual müddət lərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (-) KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. İddiaçı müddətin bərpası barədə vəsatət təqdim etsə də, məhkəmə kollegiyası vəsatətin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı müddətin ötürülməsi səbəbi kimi ona vəkil təyin edilməsi, vəkilin işlə tanış olmasını göstərmişdir. Göstərilən hallar isə üzrlü hal hesab edilə bilməz. Belə ki, vəkil tərəfindən göstərilən hərəkətlər prosessual müddət ötürülmədən də həyata keçirilə bilərdi.

11. Beləliklə, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli 21(103)-2134/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar