Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-314/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Salamulla oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Salamulla oğlunun (təvəllüd: xx.xx.1952; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)710/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək Saatlı rayon 9 nömrəli Kənd Texniki-peşə məktəbində təhsil almış, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək Sovet ordu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1971-ci il tarixindən əmək fəaliyyətinə başlamış, xx.xx.2015-ci il tarixinə qədər fasilələrlə müxtəlif vəzifələrdə işləmişdir.
2. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və həmin tarixdən ödənilməyən pensiya məbləğinin birdəfəyə ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçı ərizəsinə ümumi iş stajını təsdiq edən sənədlər, iş yerinin arayışının əsillərini tam şəkildə təqdim etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən 57 yaşdan xx.x x.2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən halhazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildən xx.xx.2015-ci ilə qədər işləməklə ümumilikdə 44 il əmək sığorta stajı vardır. Həmin əmək stajının xx.xx.1981-ci ildən xx.xx.1991-ci ilə qədər «Salyan Dəmiryolu İdarəsi»ndə «elektrikmontyoru və elektrikmexaniki», xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər "xxxx" MM-də «yeraltı təmir sexi»-ndə «çilingər», xx.xx.2000-ci ildən xx.xx. 2003-cü ilə kimi «Karasu» OC-də «əsaslı və yeraltı təmir sexi»-ndə çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona xx.xx.2009-cu il tarixdən 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin, DSMF-nin Şirvan şəhər Şöbəsi tərəfindən ona xx.xx.2015-ci il tarixdən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi sahələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» və Xİİ «Qazma, nefti n, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilvasitə məşğul olan təmirçi çilingərlər» və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» peşələrinə uyğundur. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubundan iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsəlinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyə ti üzrə baxılmamış və imtina verilməmişdir. Eyni zamanda hesab edirlər ki, iddia mahiyyət etibarilə əsassızdır. Belə ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək “Salyan Dəmiryolu İdarəsi”ndə elektrik montyoru və elektrik çilingəri işlədiyi peşəni 23001000-19825 kodu altındakı “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” peşəsinə uyğun hesab edir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçının sadəcə elektrik montyoru və ya mexaniki deyil, məhz magistral dəmiryollarının və məhz əlaqə şəbəkəsinin elektrik montyoru və ya mexaniki olması tələb edilirdi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı xx.xx.1999xx.xx.2000-ci il tarixlərində "xxxx" MMC-də və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərində “Karasu” OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi dövrləri “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğun hesab etmişdir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçı məhz neft-qaz və qaz kondensatının hasilatı sahəsində və məhz texnoloji qurğuların təmiri üzrə çilingər işləmiş olmalı idi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyi sübut edən hər hansı sənəd təqdim etməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-500 2/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilmiş və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Nazirlə Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya uyğundur. İddiaçının 57 yaşdan pensiya təyin edilməsi üçün tələb edilən ümumi və güzəştli iş stajı mövcuddur. İddia ona pensiya təyin edilməsi hissəsində əsaslı olsa da, “Əmək pensiyaları haqqında” Qanunda pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi müddəası mövcud olmadığından iddia həmin hissədə rədd edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 21(103)-168/2021 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən, İ.Kərimli və A.Nuriyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-5002/2020 nömrəli qərarı qismən “xx.xx.2009-cu il tarixdən pensiyanın təyi n edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək pensiyanın xx.xx.2020-ci il tarixdən təyin edilməklə əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, pensiyanın hansı tarixdən ödənilməli olması barədə gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən pensiya iddiaçının müraciət tarixindən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün ödənilməlidir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1082/2021 nömrəli qərarı ilə (hakimlər: N.Rəsulbəyova – sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(103)168/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsinin istinad etdiyi 1 nömrəli Siyahıda təsbit olunmuş peşələrlə iddiaçının çalışdığı peşələrin aid olduğu sahələr fərqlidi r. Belə olan halda, məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahıda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. ç. Apellyasiya instansiya məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-710/2022 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən, A.Oruczadə və M.Tağızadə) cavabdehin apellya siya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-5002/2020 nömrəli qərarı iddianın təmin edildiyi hissədə qismən ““xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək iddiaçıya təyin edilmiş pensiyanın xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı qanunla tələb olunan 12 il 6 aydan artıqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Odur ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.
17. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçının 57 yaşı tamam olduğu 18 may 2009-cu il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət ərizəsi xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuş dur. Bu halda iddiaçıya pensiya xx.xx.2020ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən arayışı tələb etmək hüququ olmuş, iddiaçı isə həmin arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanlandığı ərizənin icrası mümkün olmamışdır. İddiaç ının 57 yaşı olanadək (xx.xx.2009-cu il tarixinədək) mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını da toplamamışdır.
20. Belə ki, iddiaçı ərizəsində xx.xx.1981-ci il tarixdən 2 2.0 1,1991-ci il tarixinədək "Salyan Dəmiryolu İdarəsində işlədiyi elektrik montyoru və elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 № -li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 № -li Siyahısının XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» və Xİİ «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa ), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilvasitə məşğul olan təmirçi çilingərlər» və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» peşələrinə uyğunluğu qeyd edir. Halbuki, iddiaçının işlədiyi vəzifələrin yuxarıda qeyd edilmiş güzəştli şərtlərlə iş stajı hüquq verən peşələrə uyğun deyildir. Bu səbəbdən də qeyd olunmuş dövrün iddiaçının güzəştli iş stajı kim i nəzərə alınması mümkün deyildir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)710/2022 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun M addə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 b u Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir
23. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Res publikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 3 21-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
24. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape llyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsass ızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmi şdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlili iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə iş stajı hüququ verən peşələrə uyğun olmamasıdır.
34. Bununla bağlı qeyd olunmalıdır ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunda növbətçi elektromexanik işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 23000000 XXVİİİ. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—19825 magistral dəmiryo llarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları peşəsinə, xx.xx.1999-xx.xx.2000-ci il tarixlərdə X1 (bu müəssisənin bazasında “Karasu” OC yaradılmışdır) Mişovdağ sahəsinin traktor bölməsində və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə Əsaslı və yeraltı təmir sexinin Traktor bölməsində işlədiyi 4-cü dərəcəli çilingər peşəsi isə həmin Siyahıda 21302000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin 21302000
2. Neftqaz və qaz kondensatının hasilatı 2130200a—18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğundur və bu uyğunluq da onun iş yeri tərəfindən müəyyənləşdirilmişdir.
35. Yuxarıda istinad edilən normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququ nun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
36. İddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq (30 il 7 ay 15 gün) ümumi iş stajının olması işin mübahisəsiz halını təşkil edir.
37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi iş stajı da iddiaçıya münasibətdə mövcuddur.
38. Məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin iddiaçıya pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malik olması ilə bağlı mövqeyi ilə də razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
39. Hazırkı mübahisəyə münasibətdə istinad olunan həmin normanın tətbiqi ilə bağlı məsələyə qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Res publikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, Ali Məhkəmənin həmin qərardadda ifadə olunmuş hüquqi mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində təsbit edilmiş norma pensiya hüququ həmin dəyişikliyin qüvvəyə min diyi tarixədək yaranmış, lakin pensiyanın təyin olunması üçün qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2017-ci il tarixdən sonra müraciət etmiş şəxslərə də şamil olunur. İddiaçının müraciəti xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Bu halda iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər.
40. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şi kayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-710/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.