Məhkəmə qərarları › İş №2-1(102)-314/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-314/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-314/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı QƏRARİ (Açar sözlər: əmlak üzərində sərəncam vermək hüququnun məxsusluğu müəyyən edilmədən əmlakın siyahıya alınaraq satılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «si yahıya alınmış əmlakın satılması» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1970/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarla Cavabdeh vergi borcunu Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə əmlakının siyahıya alınması qərara alınmışdır.

2. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Dövlət büdcəsinə ödənilməmiş borcuna görə vergi ödəyicisinin ünvan 2 küçəsi,məhəllə 3123, 21saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) siyahıya alınmışdır. Tərtib edilmiş protokol əsasında vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 45720.77 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 46000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "İDEAL-K CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəllə sinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2022 tarixə yaranan 45720.77 manat borcuna görə 46000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022 tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2022 tarixli xəbərdarlıq m əktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 45720.77 manat ödənilməmiş borcu qalmışdır

5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyat olan “İDEAL-K CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: ********** xx.xx.2023-cü il tarixə **********58 nömrəli icraat vərəqəsi üzrə vergilər üzrə 22891,48 manat ödənilməmiş borcu vardır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərzi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023- cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanba yev küçəsi, məhəllə 3123, 21 saylı binanın yaxınlığında Cavabdeh MMCnin adına qeydiyyata alınmış daşınmaz əmlaka dair çıxarışın təsdiq edilmiş surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Lakin Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-966/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, məhəllə 3123, 21 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli sürsə də, həmin yaşayış sahəsinin cavabdehin mülkiyyətində olmasını və həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da həmin qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1970/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olması və hüquqi şəxsə məxsus bütün əmlak siyahıya alına bilər. Hazırkı iş üzrə də vergi ödəyicisinə məxsus olmaqla ünvan 2 küçəsi, məhəllə 3123, 22 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) siyahıya alınmışdır. Siyahıya alınm a prosesində vergi ödəyicisinin nümayəndəsi özü iştirak etmiş, protokol və akt onun tərəfindən imzalanmış, eyni zamanda siyahıya almaya təqdim edilmiş qarajın müəssisəyə məxsus olması barədə izahat vermişdir. Belə ki, əmlak siyahıya alınarkən onun vergi ödəyicisinin mülkiyyətində olması cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahata əsasən müəyyən olunmuşdur.

14. Lakin məhkəmə tərəfindən qərar qəbul olunarkən bu hal nəzərə alınmamışdır. Eyni zamanda məhkəmə tərəfindən daşınmaz əmlakla bağlı sorğu verilərkən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı məlumatlar istənilmişdir, qeyd etmək lazımdır ki, xx.xx.2022-ci il tarixli **********3 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokolda Bakı şəhəri, ünvan 1 ünvanında deyil, ünvan 2 küçəsi, məhəllə 3123, 22 sa ylı binanın yaxınlığı ünvanında mənzil sahəsi siyahıya alınmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən sorğu verilərkən müraciətin predmeti düzgün qoyulmamış və nəticədə düzgün olmayan cavab alınaraq onun əsasında məhkəmə tərəfindən rədd qərarı qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəy icisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə ver gi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəs ində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.2. Məhkəmə bu M əcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. 90.3.1. Əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. 90.3.2. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata kecirir. 90.3.3. Vergi orqanının sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir: 90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlər in surəti; 90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı mübahisə ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd e tməyi zəruri hesab edir.

24. İstinad olunan normaların hazırkı mübahisəyə münasibətdə tətbiqi zamanı nəzərə almaq lazımdır ki, vergi ödəyicisi yalnız mülkiyyət hüququ əsasında qeyd-şərtsiz ona məxsus olan əmlak üzərində sərəncam vermə səlahiyyətinə malik ola bilər. Bu baxımdan vergi orqanı tərəfindən vergi ödəyicisinin daşınmaz əmlakının siyahıya alınması yalnız o halda mümkündür ki, vergi ödəyicisi həmin əmlak üzərində sərəncam vermə səlahiyyətinə malik olsun.

25. Bununla bağlı hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, məhəllə 3123, 21 saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli s ürsə də, həmin yaşayış sahəsinin cavabdehin mülkiyyətində olmasını və həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

26. Eyni zamanda kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, həmin qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Belə ki, siyahıya alınmış və mülkiyyət hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə, alıcı həmin tikiliyə mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş tutmayacaq.

27. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd qismində hüququn reyestrdə qeydiyyatına dair reyestrdən müvafiq çıxarış, qeydiyyat vəsiqəsi mülkiyyət hüququna dair şəhadətnamə və ya dövlət aktı (hüququn dövlət qeydiyyatına dair səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş müvafiq sənədlər) çıxış edir.

28. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, məhəllə 3123, 21 saylı binanın yaxınlığında Cavabdeh MMC-nin adına qeydiyyata alınmış daşınmaz əmlaka dair çıxarışın təsdiq edilmiş surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Lakin Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmiş dir.

29. Beləliklə, daşınmaz əmlakın siyahıya alınması üçün: həmin əmlak vergi ödəyicisinin mülkiyyətində olmalıdır; onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış olmalıdır; bu barədə müvafiq sənəd əlavə olunmalıdır.

30. Başqa cür yanaşma, bir tərəfdən, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun reyestrdə dövlət qeydiyyatının bir institut kimi mahiyyətini, digər tərəfdən isə, həmin institutun mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması sahəsində əhəmiyyətini heçə endirmiş olardı.

31. Göründüyü kimi məhkəmə kollegiyası bildirir ki, siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olmasını təsdiq edən hər hansı sənəd iş materialları ilə müəyyən edilmir, həmçinin iddiaçı da öz növbəsində həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Be lə olan halda satılması tələb edilən əmlakın cavabdehin mülkiyyətində olmasına dair heç bir mötəbər sübut mövcud olmadığından iddiaçı hazırkı iddia tələbində haqlı sayıla bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1970/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar