Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3140/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: (yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qar şı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1633/2019 saylı 14 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 06.04.1971-ci ildən 01.11.1973-cü ilə qədər BBTİnin 6 saylı Tikinti İdarəsində işləmiş, 14.11.1973-cü ildən 29.11.1975-ci ilə qədər hərbi xidmətdə olmuş, 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər və 22.03.1982-ci ildən 01.08.1989-cu ilə qədər “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda 3-cü və 4-cü dərəcəli malalayıcı işləmiş, 01.08.1989-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. İddaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 22.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 16.11.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş ərizəyə əmək kitabçası əlavə edilmədiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 06.04.1971-ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarəsində, 25.01.1973-cü ildən 29.11.1975-ci ilə qədər hərbi xidmətdə olduğu dövrü, 29.01.1979-cu ild ən 11.06.1980-ci ilə qədər “Bakı Avtomobillərinin ehtiyyat hissələri zavodu”nda, 22.03.1980-ci ildən 01.08.1989-cu ilə qədər “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə, ona 22.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)923/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 06.04.1971-ci ildən 01.11.1973cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarəsində, 25.01.1973-cü ildən 29.1 1.1975-ci ilə qədər hərbi xidmətdə olduğu dövrü, 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər “Bakı Avtomobillərinin Ehtiyyat Hissələri zavodu”nda, 22.03.1980-ci ildən 01.08.1989-cu ilə qədər “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə, 22.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1633/2019 saylı 14 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)-923/2019 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş stajının yetərli olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı əsas mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1633/2019 saylı 14 avqust 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh həm birinci instansiya məhkəməsində, həmdə apellyasiya şikayətində iddiaçının əmək kitabçasının olmaması halına istinad etmiş və iddia tələbini mahiyyəti üzrə mübahisələndirmişdir. Lakin cavabdeh heç vaxt iddiaçının əmək stajının natamam olması məsələsini mübahisələndirməmişdir. Apellyasiya məhkəməsi qərarı ləğv edərkən “xxxx” ASC-nin arayışını əsas götürmüş və iddiaçının əmək stajının ümumilikdə 10 ildən aşağı olmasını müəyyən etmişdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.2, 91, 94.1, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1633/2019 saylı 14 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxı lmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin edillməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1633/2019 saylı 14 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi 22.05.2017-ci il tarixdən, yəni 63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsidir. 01.07.2017-ci il tarixdək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərb aycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il (10) sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa göə əmək təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Beləliklə, yuxarıda qeyd olunan normanın tələbinə əsasən iddiaçı tələbi 22.05.2017-ci il tarixdən, yəni 63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 12 il sığorta stajı olmalıdır. İşə baxan apellyasiya instansiya məhkəməsi “Bakı Avtomobillərinin ehtiy yat hissələri zavodu”nun arayışına istinad edərək, iddiaçının həmin müəssisədə işlədiyi illəri (29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər və 22.03.1982-ci ildən 01.08.1989-cu ilə qədər) hesablayaraq onun 10 ildən aşağı iş stajı olmasını qeyd etmişdir. Halbuki, iddiaçının iddia tələbi 06.04.1971-ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarəsində, 25.01.1973-cü ildən 29.11.1975-ci ilə qədər hərbi xidmətdə olduğu dövrü, 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər və 22.03.1980-ci ildən 01.08.1989-cu ilə qədər “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda işlədiyi illəri sosial sığorta stajına daxil edilməsi olmuş, lakin apellyasiya instansiya məhkəməsi iddiaçının 06.04.1971-ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarəsində işlədiyi dövrün və onun hə rbi xidmətdə olduğu dövrün sosial sıöorta stajına daxil etməsə də, bu dəlillərini əsaslandırmamışdır. Hazırkı iş üzrə cavabdhein iddiaçıya əmək pensiyası təyin etməkdən imtinasının əsasını iddiaçının əmək kitabçasının olmaması təşkil edir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) “Vətəndaşların pensiya təmina tı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmçinin qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Başqa sözlə qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutmuşdur. İddiaçının 06.04.1971-ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarəsində işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 12.02.2018-ci il tarixli Ə-09 saylı arayışla təsdiqlənir. İddiaçının hərbi xidmət dövrünün sosial sığorta stajına daxil edilməsinə dair iddiaçının tələbi ilə əlaqədar qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 7-ci maddəsinin “v ” bəndinə əsasən hərbi (alternativ) xidmət müddəti ümumi iş stajına daxil edilir. Həmçinin qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta stajına daxil edilir. Beləliklə, yuxarıda sadalanan normaların tələbləri baxımından iddiaçının 06.04.1971ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarəsində işlədiyi müddət (02 il 06 ay 26 gün), 14.11.1973-29.11.1975-ci illər arasında hərbi xidmətdə olduğu müddət (02 il 15 gün), 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər və 22.03.1982-ci ildən 01.08.1989cu ilə qədər Bakı Avtomobillərinin ehtiyyat hissələri zavodu”nda işlədiyi illər (08 il 08 ay 23 gün) nəzərə alındıqda iddiaçının 12 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 10 ildən az sığorta stajının olmasına dair apellyasiya instansiya məhkəməsinin dəlilləri və iddiaçının əmək kitabçası olmamasına görə pensiyanın təyin edilə bilməməsinə dair dəlilləri əsassızdır, iddiaçının qanunla tələb olunan sığorta stajına malik olmasına dair dəlilləri isə əsaslıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində 06.04.1971ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdar əsində, 25.01.1973-cü ildən 29.11.1975-ci ilə qədər hərbi xidmətdə olduğu dövrü, 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər “Bakı Avtomobillərinin ehtiyyat hissələri zavodu”nda, 22.03.1980-ci ildən 01.08.1989-cu ilə qədər “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda işlədiyi illəri sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, iş materiallarında olan hərbi biletdə iddiaçının 14.11.1973-29.11.1975-ci illərdə hərbi xidmətdə olduğu qeyd edilmişdir. Bundan əlavə, “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodu tərəfindən verilmiş arayışa əsasən iddiaçı 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər və 22.03.1982-ci ildən 01.08.1989-cu ilə qədər həmin müəssisədə işləmiş, başqa sözlə, 11.06.1980-22.03.1982-ci illər arasındakı dövrdə həmin müəssisədə işləməmişdir. İPM-nin 14.3-cü maddə sinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı ona 63 yaşdan yaşa görə eəmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz m ülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1633/2019 saylı 14 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı 06.04.1971-ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarə sində işlədiyi dövr, 14.11.1973-cü ildən 29.11.1975-ci ilə qədər hərbi xidmətdə olduğu dövr, 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər və 22.03.1982-ci ildən 01.08.1989-cu ilə qədər “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, 22.05.2017-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-16 33/2019 saylı 14 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 06.04.1971-ci ildən 01.11.1973-cü ilə qədər BBTİ-nin 6 saylı Tikinti İdarəsində işlədiyi dövr, 14.11.1973-cü ildən 29.11.1975-ci ilə qədər hərbi xidmətdə olduğu dövr, 29.01.1979-cu ildən 11.06.1980-ci ilə qədər və 22.03.1982-ci ildən 01.08.1989-cu ilə qədər “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, 22.05.2017-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulsun. İddia və kassasiya şikayəti qalan hissədə təmin ed
Məhkəmə qərarları › İş №2-1(102)-3140/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3140/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver