Məhkəmə qərarları › İş №2-1(102)-3141/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3141/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3141/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əlilliyin səbəb əlaqəsi, əvvəlki dövrə aid əlilliyə görə Prezident təqaüdünün ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “ödənilməmiş Prezident təqaüdünün hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1998/2019 saylı, 8 avqust 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən verilmiş arayışlarda iddiaçının 2-ci qrup əlilliyinin səbəbi – “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar əlillik” kimi göstərilmiş və əlilliyin bu səbəbi Müdafiə Nazirliyinin Mərkə zi Hərbi Həkim Komissiyasının 25.07.2016-cı il tarixli 670 saylı qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbinə dəyişdirilmişdir. Bundan sonra TSEK tərəfindən 28.04.2017ci il tarixdə yenidən qiymətləndirilmə aparılmaqla əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır” kimi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 9 sentyabr 2008-ci il tarixli Fərmanına əsasən ona müharibə əlili təqaüdü verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh 27.03.2018-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin fərmana əsasən təqaüd qanun qüvvəyə mindikdən sonra iddiaçıya onu almaq hüqu qu yaranan gündən təyin olunur və ödənilir. Təqaüdü almaq hüququnun yarandığı tarix TSEK-in təyin etdiyi əlilik səbəbinin hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olduğunu göstərən 28.04.2017-ci il tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edilir və təqaüdün ödənilməsi həmin tarixdən həyata keçirilir. İddiaçı 27 iyul 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında 9 sentyabr 2008-ci il tarixli Fərmanının qanuni qüvvəyə mindiyi, yəni 1 sentyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il tarixə qədər ödənilməmiş Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 09.03.2007-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. O, 1992-ci ildə Ağdam rayonu ərazisində döyüş əməliyyatlarında iştirak edən özünümüdafiə taborunda müddətdən artıq hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci ilin iyun ayında xəsarət almışdır. TSEK-in qərarına əsasən ona İİ qrup ümumi xəstəlik ilə əlaqədar olaraq əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 10.09.2014-cü il tarixli qərarına əsasən onun aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır qərarı verilmişdir” kimi şəhadətləndirilmiş, bundan sonra TSEK-in 06.11.2015-ci il tarixli qərarı na əsasən onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılmış və daha sonra ona müharibə əlili kimi pensiya təyin edilmiş, lakin əvvəlki dövr üzrə hesablanmadığı üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onun iddia tələbi təmin edilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarında göstərildiyi kimi əlilliyin səbəbinin sonradan dəyişməsi heç də iddiaçıya keçmiş dövr üçün alınmamış təqaüdün verilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bundan başqa iddiaçı hesab edir ki, 1 iyul 2017-ci il tarixdən əvvəl pensiyaçı olduğu üçün pensiyası kimi əlilliyə görə təqaüd də ona tam həcmdə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-3593/201 8 saylı iş) 13 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin olunaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında 9 sentyabr 2008-ci il tarixli Fərmanının qanuni qüvvəyə mindiyi, yəni 1 sentyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il tarixə qədər ödənilməmiş Prezident təqaüdünün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən istinad edilən 28 aprel 2017-ci il tarix iddiaçının hüququnun yarandığı deyil, onun bərpası kimi müəyyən edilməlidir. İddiaçıya pensiya hərbi travma aldığı dövrdən təyin edilməli idi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X8 və X14, 2-1(103)-2928/2018 saylı iş) 25 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X1 və X9, 2-1(102)-1126/2019 saylı iş) 12 iyun 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsində 20 dekabr 2017-ci il tarixdə baxılmış iş üzrə tərəf olmadığından, həmin qərarın hazırkı iş üçün preyudisiallığı apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, həmçinin TSEK tərəfindən iddiaçıya yalnız 28 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup əlillik verilsə də, apellyasiya məhkəməsi tərəfindən işin həmin halları da düzgün qiymətləndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X12 və X10, 2-1(103)-1998/2019 saylı iş) 23 iyul 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddian ı rədd etməsini onunla əsaslandırmışdır ki, işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliin tələblərinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ilkin əlilliyinin səbəbinin TSEK-in qərarı ilə 28.04.2017-ci il tarixdən Prezident təqaüdünün təyin edilib ödənilməyə başlanması qanuni və əsaslıdır. İddiaçı 29 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıya ilk dəfə 1994-cü ildə ikinci qrup müharibə əlilliyi verilib. 2002-ci ildə isə təkrar müayinə zamanı müddətsiz ikinci qrup əlillik verilibdir. Əlilliyin səbəbi də hərbi əməliyyatlar keçirilən zonada almaqla əlaqədar əlillik verilməsi göstərilibdir. Bunu TSEK-in 12.08.2002-ci il tarixli 3482 say lı müayinə aktı təsdiq edir. 2015-ci ilə kimi iddiaçı pensiyasını cavabdehdən alırdı. Həmin ildən isə pensiyanı Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən almağa başlayıb. Həmin vaxt bildirdilər ki, müharibə əlilləri yenidən şəhadətləndirilməlidirlər. Hərbi Həkim Komissiyanın 25 iyul 2016-ci il tarixli, 670 saylı qərarı ilə iddiaçı yenidən şəhadətləndirilmiş və əlilliyin səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiə zamanı alınmışdır” kimi qeyd olunmuşdur. Göründüyü kimi, dəyişən heçnə olmayıbdır, əlillik səbəbli əlaqə ilə dəyişibdir. Bu hallara apellyasiya instansiyası məhkəməsi öz hüquqi qiymətini verməyibdir. Apellyasiya instansiya məhkəməsinin məlum qərarı Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsində öz əksini tapan bərabərlik prinsipinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1762/2019 saylı 18 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçı X5 cavabdehə qarşı “Prezident təqaüdün hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair qərarı ilə iddiaçıya Prezident təqaüdünün 1 fevral 2013-cü il tarixdən təyin olunaraq 24 aprel 2017-ci il tarixədək hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul etmişdir. Şikayət əsaslandırılarkən, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 87.2-ci maddəsinə istinad olmuşdur. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında işin hallarına və kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmiş lər. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı id dia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 2017-ci ilin aprel ayından ona ödənilən Prezident təqaüdünün 2008-ci ilin sentyabr ayından 2017-ci ilin aprel ayına qədər olan dövrün də hesablanaraq ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında əvvəlki dövr üçün Prezident təqaüdünün ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İşin hallarına görə iddiaçıya əvvəllər 2000-ci ildən başlayaraq səbəbi “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik” qeyd edilməklə sonrakı vaxtlarda müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonrakı illərdə də əlilliklə bağlı aktlarda iddiaçının əlilliyinin səbəbi “hərbi əməliyyatlar keçirilən zonada olmaqla qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 25 iyul 2 016-cı il tarixli 670 nömrəli qərarı ilə iddiaçının aldığı travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alması alınması göstərilmiş, bundan sonra 28 aprel 2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinə zamanı əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması qeyd edilmiş və iddiaçıya 28 aprel 2017-ci il tarixdən Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməyə başlanmışdır. İddiaçı isə hesab edir ki, ona Prezident təqaüdü Fərman verildiyi 01.09.2008-ci tarixdən ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasınd an olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. İddiaçıya 2017-ci ilin aprel ayına qədər əlilliyin səbəbi “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik” olmaqla inzibati akt qəbul edilmişdir. 28 aprel 2017-ci ildən isə ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik təyin edilmişdir. 28 aprel 2017-ci ilə qədər iddiaçının əlilliyinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alması barədə işdə hər hansı sübut mövcud olmamışdır. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanında qeyd edilir ki, Azərbaycan R espublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin... Fərmanda hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik alan şəxslərə Azərbaycan Respublika sı Prezidentinin təqaüdünün verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən əvvəlki aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Əvvəllər iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEKin diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. Hər bir halda əlilliyin səbəbli əlaqəsi ilə bağlı əvvəllər iddiaçının mübahisə açmasından asılı olmayaraq həmin aktlar qüvvədə olmuş və ləğv edilməmiş, dəyişdiri lməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə tarixi 28 aprel 2017-ci il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddətsiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanları nın qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). İddiaçıya hazırkı məzmunda-“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliy”in təyin edildiyi 2017-ci il 28 aprel tarixdə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasını n qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxa rılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Əlilliyin səbəbini TSEK müəyyən etdiyindən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. 28 aprel 2017-ci il tarixə qədər iddiaçının əlilliyinin səbəb inin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” alması barədə qüvvədə olan inzibati akt olmadığından və həmin tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin hərbi əməliyyatlar keçirilən zonada olmasına dair qüvvədə olan aktlar olduğundan, həmin dövrlə bağlı iddia haqlı olaraq apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1998/2019 saylı, 8 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar