Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3142/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon dunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 21(103)-1661/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1955-ci il təvəllüdlü iddiaçı 19 yanvar 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 19 yanvar 1973-cü ildən 29 aprel 1974-cü ilədək X1 İşləri İdarəsində 3-cü dərəcə üzrə neft və qaz boruları qazmaçı köməkçisi və Alət meydançasına yükləyən fəhlə vəzifəsində işləmiş, 05.1974-cü il tarixdən 06.1976- cı il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 03.07.1976-10.11.1976-cı illərdə X1 İşləri İdarəsində Alət meydançasına yükləyən fəhlə vəzifəsində işləmiş, 18.11.1976-cı ildən 30.06.2004-cü ilədək “xxxx”ASC-də (süpürgəçi, çilingər şagirdi, 1-ci dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli çilingər təmirçi, 3-cü dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli quraşdırıcıçilingər, 3-cü dərəcəli quraşdırıcı-çilingər, 1-ci qrup usta, sahə rəisi, 10-cu dərəcəli sahə rəisi, 11-ci dərəcəli sahə rəisi vəzifələrində) çalışmışdır. İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə müraciət etmişdir, lakin cavabdeh güzəştli əmək stajını təsdiq edən arayışın təqdim edilməməsinə əsas lanaraq müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “iddiaçıya 03 yanvar 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 03 yanvar 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1262/2019 saylı, 03.05.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1262/2019 saylı, 03.05.2019-cu il tarixli qərarından cavabdeh apellya siya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2-1(103)-1661/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1262/2019 saylı, 03.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı 18 noyabr 1976-cı ildən 01 fevral 1998-ci ilə qədər Bakı “xxxx” (sonradan Elektriktökmə ASC) zavodunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci bəndində (metal emalı) nəzərdə tutulmuş müxtəlif peşələrdə işləmişdir. İddiaçı nın qanunla tələb olunan ümumi və güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2-1(103)-1661/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, «Əmək pensiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hikamiyyət i orqanı tərəfindnə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar; kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış penisya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan güzəştli iş stajı olmadığın güzəştli şərtlənə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Vətəndaşın 1990-1997-ci illərə aid əmək stajı yerində qarşılıqlı olaraq araşdırılması mümkün olmamışdır. Apellyasiya instasiya məhkəməsi qərar qəbul edərkən iddiaçının həmin müssisədə işləməsini araşdırmadan, həmin müəssis ənin arxiv sənədlərinin saxlanıldığı arxiv idarəsindən müvafiq arayışı tələb etmədən qərar qəbul etmişdir. Kassator İPM-nin 68.1, 68.2, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 21(103)-1661/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2 -1(103)1661/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2-1(103)-1661/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçı 19 yanvar 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 19 yanvar 1973-cü ildən 29 aprel 1974-cü ilədək X1 İşləri İdarəsində 3-cü dərəcə üzrə neft və qaz boruları qazmaçı köməkçisi və Alət meydançasına yükləyən fəhlə vəzifəsində işləmiş, 05.1 974-cü il tarixdən 06.1976- cı il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 03.07.1976-10.11.1976-cı illərdə X1 İşləri İdarəsində Alət meydançasına yükləyən fəhlə vəzifəsində işləmiş, 18.11.1976-cı ildən 30.06.2004-cü ilədək “xxxx”ASC-də (süpürgəçi, çilingər şagirdi, 1-ci dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli çilingər təmirçi, 3-cü dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli quraşdırıcıçilingər, 3-cü dərəcəli quraşdırıcı-çilingər, 1-ci qrup usta, sahə rəisi, 10-cu dərəcəli sahə rəisi, 11-ci dərəcəli sahə rəisi vəzifələrində) çalışmışdır. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 18 noyabr 1976-cı ildən 01.02.1998-ci ilədək “xxxx” ASC-də işlədiyi peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qə rarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci bölməsində (Metal emalı) nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınma lıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Apellyasiya instansiya məhkəməsi “xxxx” ASC-də iddiaçının işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci - Metal emalı bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil etdiyini qeyd etsə də, bu dəlilini əsaslandırmamışdır. Belə ki, metal emalı dedikdə metalların metallurgiya istehsalatında xammal kimi istifadə üçün hazırlanması başa düşülür. Belə olan halda, apellyasiya instansiya məhkəməsi iddiaçının “xxxx” ASC-d ə fəaliyyəti zamanı tutduğu peşə və vəzifələrin xarakterinin metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edib-etməməsi istiqamətində araşdırma aparmalı idi. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəru ri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. İşə təkrar abxan apellyasiya instansiya məhkəməsi iddiaçının “xxxx” ASC-də fəaliyyəti zamanı tutduğu peşə və vəzifələrin xarakterinin metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edib-etməməsi istiqamətində araşdırma aparmalı və bundan sonra iddiaçının güzəştli iş stajı olması məsələsinə qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2-1(103)-1661/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3142/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3142/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver