Məhkəmə qərarları › İş №2-1(102)-3143/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3143/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3143/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili (nümayəndəsi) Əliyev Muğan Xasay oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələblərinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-1(103)1557/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının mərhum əri x2 1978-ci il 2 oktyabr tarixdən 1987-ci il 22 iyun tarixədək Salyan Rayon Xalq Məhkəməsinin xalq hakimi vəzifəsində işləmiş, 2009-cu il 13 aprel tarixdə vəfat etmişdir. İddiaçıya 2009-cu il 13 aprel tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyanın dəyişdirilərək hakimliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 21 yanvar tari xli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi iddiaçının mərhum həyat yoldaşı x2 hakim kimi qulluq stajının 15 ildən az olduğuna istinad etmişdir. İddiaçı 2019-cu il 22 fevral tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyanın dəyişdirilərək hakimliyə görə əmək pensiyasının təyin edilməsi və pensiya hesablanarkən pensiya hüququnun yarandığı tarixdən iki aylıq məzuniyyət haqqına görə müavinət və iki aylıq müalicə üçün pul təminatının nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət e dərək ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum əri x2nun 1978ci ildən 1987-ci ilədək Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsində işlədiyi dövrdəki hakimlik vəzifəsinin əmək haqqından və hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən, həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun mərhum əri x2 1978ci il 2 oktyabr tarixdən 1987-ci il 22 iyun tarixədək Salyan Rayon Xalq Məhkəməsinin xalq hakimi vəzifələrində çalışmış, 2009-cu il 13 aprel tarixdə vəfat etmişdir. İddiaçıya 2009-cu il 13 aprel tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilərkən məhrum əri x2nun hakim vəzifəsində işlədiyi dövrdəki hakimlik vəzifəsinin əmək haqqı nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 14, 20.1.4-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 aprel tarixli 2-1(81)-1546/19 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ailə başçısını itirməyə görə təyin edi lmiş əmək pensiyası mərhum əri x2nun 1978-ci ildən 1987-ci ilədək Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsində işlədiyi dövrdəki hakimlik vəzifəsinin əmək haqqından və hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum əri x2 hakim kimi qulluq stajı 5 ildən çox müddət təşkil etdiyindən, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası onun mərhum ərinin hakim kimi işlədiyi hakimlik vəzifəsinin əmək haqqı nəzərə alınmaqla yenidən hesablanm alıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-1(103)-1557/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı “pensiya hüququnun yarandığı tarixdən” ifadəsi “2009-cu il 13 aprel tarixdən” ifadəsi ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 14 avqust tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 13 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb e dir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və araşdırmamış, “Əmək pensiyaları haqqında” Qanunun 7, 21.1-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 14.3, 58.7, 68.2, 69.3-cü maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Bel ə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2009-cu il 13 aprel tarixdə qüvvədə olan redaksiyada) 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:...20.1.4. əmək pensiyası y aşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;... Həmin normaların tələbləri nəzərə alındıqda, iddiaçının mərhum ərinin hakimlik stajının müddəti ilə bağlı cavabdehin imtinasının dəlili əsaslı deyil. Məhkəmə kollegiyası iddianı, həmçinin aşağıdakı normalara görə əsaslı hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun (2010-cu il 1 oktyabr tarixədək qüvvədə olan redaksiyada) 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən, hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin norma “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1997-ci il 10 iyun tarixdə qəbul edildiyi vaxtdan, yəni iddiaçının pensiya hüququnun yarandığı vaxtdan əvvəl mövcud olmuşdur və hal-hazırda da qüvvədədir. Həmin norma lara və işin tədqiq olunmuş materiallarına əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-1(103)-1557/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar