Məhkəmə qərarları › İş №2-1(102)-3144/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3144/2019

13.11.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3144/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əcnəbinin yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahana buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəliyev Ruslan Arif oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Daxili İşl ər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı “yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahana buraxılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli 2-1(103)1620/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahana buraxılmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 8 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sürücülük vəsiqəs ini almaq istəyən şəxsin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin qeydiyyat-imtahan idarəsinə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi) təqdim edilməlidir. İddiaçı 2018-ci il 13 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək pasport, BMT QAK tərəfindən verilmiş “Qaçqının himayə vəsiqəsi”, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması barədə arayış, nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməyi barədə şəhadətnamə, nəqliyyat vasitəsinin idarə edilməsinə yararlı olması barədə 83 nömrəli tibbi arayış və imtahan və sürücülük vəsiqəsinin verilməsi üçün rüsumun ödənilməsi barədə qəbz əsasında əlavə hər hansı bir sənəd tələb edilmədən yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahana buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, 10 ildir ki, Azərbaycan Respublikasının ərazisində yaşayır, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüşdür. 2016-cı il 2 iyun tarixdən 2016-cı il 18 iyul tarixə qədər Bakı şəhərində x2-də nəqliyyat vasitələrinin sürücülərinin hazırlanması üzrə tədris müəssisəsində sürücülük kurslarında təhsil almış və ona ÜÜ № 005215 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş pasportu, BMT QAK tərəfindən verilmiş “Qaçqının Himayə Vəsiqəsi” və iddiaçının Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması barədə arayış iddiaçının şəxsiyyətini təsdiq edən sənədlər kateqoriyasına aiddir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin 2-ci hissəsinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azər baycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); - müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi; - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; - sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 3.10-cu bəndində isə “əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd” kimi “əcnəbinin Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması haqqında vəsiqə” qeyd olunmuşdur. İmtahana buraxılma üçün tələb olan sənədlər siyahısında Qanunla (əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd) Əsasnamə (əcnəbinin Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması haqqında vəsiqə) arasında ziddiyyətli və fərqli məqamlar vardır. Qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən, qanunun, fərman və ya digər normativ hüquqi aktlardan, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarından daha da üstün hüquqi qüvvəsi vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (bundan sonra mətndə - Miqrasiya Məcəlləsi) 3.0.4-cü maddəsinə əsasən, pasport — şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini təsdiq edən sənəddir. Göründüyü kimi, miqrasiya qanunvericiliyində vətəndaşın pasportu onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Pasportun vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olması həmçinin “Pasportlar haqqında” Qanunun 3-cü maddəsində də, öz əksini tapmışdır. Bundan başqa, iddiaçı cavabdehə həmçinin BMT QAK tərəfindən verilmiş “Qaçqının Himayə Vəsiqəsi”ni əlavə etmişdir. Həmin sənəd əksər ölkələr tərəfindən qaçqının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul olunur. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı arasında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Re spublikasının Qanunun İİİ maddəsində nəzərdə tutulmuş “Hökumət ilə BMTQAK arasında əməkdaşlıq” çərçivəsində Nümayəndəlik tərəfindən verilən “Qaçqının Himayə Vəsiqəsi” Azərbaycan Respublikasının bir çox dövlət orqanları tərəfindən qaçqının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınaraq həmin sənəd əsasında müxtəlif xidmətlər göstərilir. Məsələn, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən BMT QAK-ın “Qaçqının Himayə Vəsiqəsi” əsasında qaçqınların, habelə onların uşaqlarının təhsil almaları Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi internet səhifəsi: https://edu.gov.az/az/page/9/15310), Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarında iştirak etmələri təmin olunur, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qaçqınların həmin sənəd əsasında poliklinikal arda tibbi xidmətlər göstərilir, habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həmin sənəd əsasında Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, qaçqınların qeydiyyatı aparılır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 20-ci maddəsinə əsasən, qaçqınlar və məcburi köçkünlər (ölkə daxilində köçürülmüş şəxslər) probleminin yaranması səbəblərinin aradan qaldırılması, onların maddi vəziyyətinin yaxşılaşdırılması və hüquqi statusunun təkmilləşdirilməsi, habelə qaçqınların daimi yaşadıqları ölkəyə könüllü surətdə qaytarılması məqsədilə Azərbaycan Respublikası başqa dövlətlərlə, beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı İdarəsi ilə əməkdaşlıq edir. Beləliklə, qeyd olun an hüquq normaları və gətirilən dəlillərlə müəyyən olunur ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilən iddiaçının pasportu “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “əcnəbinin şəxsiyyətini müəyyən edən sənəd” kateqoriyasına aiddir. Bundan başqa, həmin ərizəyə əlavə edilmiş BMT QAK tərəfindən verilmiş “Qaçqının Himayə Vəsiqəsi” əcnəbinin şəxsiyyətini müəyyən edən əlavə sənəddir. Məhz şəxsiyyəti müəyyən edən sənəd - pasport əsasında iddiaçı notariat ofisində nümayəndəyə etibarnamə vermiş və notarius, onun pasportu ilə iddiaçının şəxsiyyətini müəyyən etmişdir. Habelə pasport əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmış və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsi iddiaçıya qeydiyyata alınma haqqın da 892 saylı, 2018-ci il 29 iyun tarixli arayış təqdim etmişdir. Miqrasiya qanunvericiliyinə görə əcnəbilərin Azərbaycan Respublikasında 3 hüquqi rejimi mövcuddur: - Azərbaycan Respublikasının ərazisində “müvəqqəti yaşama” rejimi; - Azərbaycan Respublikasının ərazisində “daimi yaşama” rejimi; - Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olma” rejimi. Azərbaycan Respublikasının ərazisində “müvəqqəti yaşama” rejimində əcnəbilərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəd, Miqrasiya Məcəlləsinin 44.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsidir. Azərbaycan Respublikasının ərazisində “daimi yaşama” rejimində əcnəbilərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındı ğını təsdiq edən sənəd isə, Miqrasiya Məcəlləsinin 52.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsidir. Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olma” rejimində isə əcnəbi, Azərbaycan Respublikasının ərazisində qısa müddətdə olduğu üçün heç bir icazə vəsiqəsi ilə təmin olunmur. Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən, bu halda əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd - əcnəbinin pasportu, qeydiyyatını təsdiq edən sənəd isə Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması barədə arayışdır. Beləliklə müəyyən olunur ki, qanunverici əcnəbilərin ölkə ərazisində “müvəqqəti olma” rejimində əcnəbinin şəxsiyyətini və qeydiyyatını təsdiq edən sənədlər kimi əcnəbinin pasportunu və qeydiyyata alınma haqqında arayışı təsbit etmiş dir. Belə olan təqdirdə, iddiaçının şəxsiyyətimi təsdiq edən pasportu və Azərbaycanda onun qeydiyyatını təsdiq edən - arayış cavabdeh inzibati orqana iddiaçı tərəfindən təqdim edildiyi üçün iddiaçının Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olma” rejimində olan şəxs kimi imtahana buraxılması mümkün olmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, imtahan verməkdə iddiaçının məqsədi - aldığı təhsil üzrə sürücülük bilik və təcrübəsinin yoxlanılması (qiymətləndirilməsi) və bunun nəticəsində sürücülük vəsiqəsinin alınması olmuşdur. İmtahan — insanın biliyinin qiymətləndirilməsi prosesi olduğundan, “Təhsil haqqında” Qanunun 32.3.13-cü maddəsinə əsasən, təhsilalanın biliyinin qiymətləndirilməsini tələb etmək hüququ vardır. Cavabdeh iddiaçının öz biliyinin yoxlanılması hüququnu məhdudlaşdırma qla iddiaçını ayrı-seçkiliyə məruz qoymuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Konstitusiyada təsbit olunmuş əcnəbinin hüquqları “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsində də öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 mart tarixli 2-1(81)-460/ 2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının pasport, BMT QAK tərəfindən verilmiş “Qaçqının himayə vəsiqəsi”, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması barədə arayış, nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməyi barədə şəhadətnamə, nəqliyyat vasitəsinin idarə edilməsinə yararlı olması barədə 83 nömrəli tibbi arayış və imtahan və sürücülük vəsiqəsinin verilməsi üçün rüsumun ödənilməsi barədə qəbz əsasında əlavə hər hansı bir sənəd tələb edilmədən yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahana buraxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sürücülük vəsiqəsinin alınması üçün zəruri olan bütün sənədləri təqdim etmişdir. Onun malik olduğu Rusiya Federasiyası vətəndaşının pasportu və BMT QAK-ın himayə sənədi isə iddiaçının şəxsiyyətini təsdiq edən sənədlərdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli 2-1(103)-1620/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 892 saylı, 2018-ci il 29 iyun tarixli arayışına əsasən, iddiaçı 20 19-cu il 30 aprel tarixinə qədər ünvan 1 ünvanda olduğu yer üzrə qeydiyyata alınsa da, onun miqrasiya qanunvericiliyinin tələblərinə müvafiq olaraq, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş, Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədi mövcud deyildir. Ona görə də, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 6 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 16 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “müvəqqəti olma” rejimində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd onun pasportu olduğu halda, işə baxan apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış, qərarında yalnız “müvəqqəti və daimi yaşama” rejimlərinə istinad edərək maddi hüquq normalarını pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin İİ hissəsinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən şə xs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi; 3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; 4) sürücülük vəsiqəsi verilməsi üçün d övlət rüsumunun ödənilməsi sənədi. Cavabdeh imtinanın əsası kimi “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin İİ hissəinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyəti təsdiq edən sənədin” təqdim edilmədiyinə istinad edir. İddiaçı isə hesab edir ki, Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olma” rejimində əcnəbi Azərbaycan Respublikasının ərazisində qısa müddətdə olduğu üçün heç bir icazə vəsiqəsi ilə təmin olunmur; bu halda, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən, əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd əcnəbinin pasportu, qeydiyyatını təsdiq edən sənəd isə - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması barədə arayışdır....qanunverici əcnəbilərin ölkə ərazisində “müvəqqəti olma” rejimində əcnəbinin şəxsiyyətini və qeydiyyatını təsd iq edən sənədlər kimi əcnəbinin pasportunu və qeydiyyata alınma haqqında arayışı təsbit etmişdir. Belə olan təqdirdə, iddiaçının şəxsiyyətini təsdiq edən pasportu və Azərbaycanda onun qeydiyyatını təsdiq edən - arayış cavabdeh inzibati orqana iddiaçı tərəfindən təqdim edildiyi üçün iddiaçının Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olma” rejimində olan şəxs kimi imtahana buraxılması mümkün olmuşdur. Məhkəmə kollegiyası tərəflərin qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Miqrasiya Məcəlləsində aşağıdakılar təsbit olunmuşdur: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; (...) 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən veril ən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd; 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbayca n Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;... (...) 20.1. Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. 20.2. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsin in verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. (...) 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... (...) 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. (...) 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilər ə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. (...) 52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 52.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. (...) 74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. (...) 76.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bə rabər bütün vəzifələri yerinə yetirməlidirlər. (...) 76.3. Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər. 76.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının qanuni tələblərinə əsasən, şəxsiyyətlərini təsdiq edən, habelə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarlaolmalarını və ya yaşamalarını təsdiq edən sənədləri təqdim etməlidirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə t utulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. (...) Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. İddiaçıya müvafiq icra hakimiyyəti orqanı tərəfindən “qaçqın” statusunun verildiyinə dair məlumat yoxdur. Lakin o, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəy ə götürülmüşdür. Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların, habelə, Miqrasiya Məcəlləsinin 8.1.1, 43.1.4, 44.5, 50.1.3, 55.0.3-cü maddələrinin əlaqəli təhlilindən çıxış edərək hesab edir ki, Miqrasiya Məcəlləsinin məqsədləri üçün əcnəbinin (başqa ölkə vətəndaşının) şəxsiyyətini (habelə, onun vətəndaşlığını) təsdiq edən əsas sənəd vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən pasportdur. Həmin Məcəllə nin 44.4 və 52.4-cü maddələrində nəzərdə tutulmuş hallarda, ölkə ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd, həmçinin müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsidir ki, həmin sənədlər əcnəbinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olduğunu (yaşadığını) təsdiq edir. “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin İİ hissəsinin məqsədləri üçün həmin normanın 1-ci bəndində (əcnəbiyə münasibətdə) nəzərdə tutulan “müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd” müddəası özündə (Miqrasiya Məcəlləsinin 3.0.4-cü maddəsində nəzərdə tutulduğu kimi “istənilən şəxsin” deyil) Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan və ya yaşayan şəxsin şəxsiyyətini t əsdiq edən sənədləri ehtiva edir. İddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verildiyinə dair məlumat yoxdur. İddiaçı öz tələbinin əsası kimi Miqrasiya Məcəlləsinin 3.0.4-cü maddəsi ilə bərabər, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ona verilmiş “Qaçqının himayə vəsiqəsi”nə, habelə, Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən həmin sənəd əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən onun himayə müddətinə olduğu yer üzrə qeydiyyatına (qeydiyyat barədə arayışa) istinad edir. Məhkəmə kollegiyası iddiaçının həmin istinadlarını iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, iddiaçıya 2018-ci il 23 aprel tarixdə verilmiş “Qaçqının himayə vəsiqə si”nin etibarlılıq müddəti 2019-cu il 1 may tarixdə başa çatmışdır (iş v.12). Eyni ilə, onun istinad etdiyi arayışa əsasən, olduğu yer üzrə qeydiyyat müddəti 2019-cu il 30 aprel tarixədək müəyyən edilmişdir (iş v.10). Beləliklə, iddiaçı hal-hazırda Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan və ya yaşayan şəxs statusuna malik deyil. Buradan, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ olmadığından, məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoya bilməz. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları h aqqında Əsasnamə”nin 3.10-cu bəndinə istinadla “əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd” kimi “əcnəbinin Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması haqqında vəsiqə” qeyd olunduğuna, imtahana buraxılma üçün tələb olan sənədlər siyahısında Qanunla (əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd) Əsasnamə (əcnəbinin Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması haqqında vəsiqə) arasında ziddiyyətli və fərqli məqamlar olduğuna dair dəlilinə gəldikdə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 avqust tarixli, 198 nömrəli Qərarı ilə həmin Əsasnamənin 3.10.1-ci yarımbəndində “qeydiyyata alınması haqqında vəsiqə” sözləri “şəxsiyyətini təsdiq edən sənəd” sözləri ilə əvəz edilmiş, normanın mətni “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsi nin İİ hissəsinin 1-ci bəndinə uyğunlaşdırılmışdır. Hazırkı halda, Əsasnamənin 3.10.1-ci yarımbəndinin 2013-cü il 2 avqust tarixədək qüvvədə olan mətninə istinad üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli 2-1(103)-1620/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar