Məhkəmə qərarları › İş №2-1(102)-3145/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3145/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3145/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3145/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: apellyasiya məhkəməsi bir mübahisə üzrə iki paralel icraatların aparılmasına şərait yaratmışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Cavabdeh2, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergil ər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)2126/2019 saylı qərardadından cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamenti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhə ri Lokal Gəlirlər Departamenti məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-1583/2019 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmişdir (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2126/2019 saylı qərardadı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, yoxlama nəticəsində vergi ödəyicisinin hərəkətlərində (hərəkətsizliyində) Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan, iş üzrə materiallar müvafiq tədbirlər görülməsi üçün Vergi Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə gön dərilmiş və xxxx 2019-cu il tarixli, ********* nömrəli cinayət işi başlanılmış, həmçinin istintaq zamanı xüsusi biliklərə malik olan ekspertlərin rəyinin alınması zərurəti yarandığından, cinayət işi üzrə müvafiq ekspertizaların keçirilməsi haqqında qərar qəbul olunaraq, icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmiş, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür, belə ki, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsini n müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər, qanunvericilikdə cinayət təqibi yalnız cinayət işi üzrə məhkəmə mübahisəsinin mövcudluğu deyil, həmçinin cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi kimi hallarıda özündə ehtiva edir, digər normada isə cinayət təqibi ilə bağlı materialların anlayışında qeyd olunur ki, məhkəməyədək toplanan və iş üzrə əhəmiyyətli materiallardır, məhkəmə iş üçün əhəmiyyət kəsb edən sübutların və lazımı materialların Vergi Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən başlanılmış xxxx 2019-cu il tarixli cinayət işi ilə əlaqədar olaraq həmin idarədə olduğunu nəzərə almamış, iş üzrə icraat dayandırılmamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Cavabdeh2 və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müə yyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi Cavabdeh2, vəkili X1 izahatlarını di nləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2126/2019 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, cavabdeh şikayətində vergi ödəyicisinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan, iş üzrə materiallar müvafiq tədbirlər görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması De paretamentinə göndərildiyini və 22 yanvar 2019-cu il tarixli ********* nömrəli cinayət işinin başlandığını iş üzrə aparılan cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi hallarının mövcud olduğunu qeyd etsə də, iddiaçının barəsində onun təqsirləndirilməsinə dair müvafiq cinayət işi aidiyyəti üzrə məhkəmənin icraatına göndərilmədiyindən və ya həmin cinayət işi (cinayət təqibi) üzrə yekun qərar qəbul edilmədiyindən, hazırkı iş üzrə icraatın dayandırılmasına heç bir əsas yoxdur, buna görə də birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə qəbul etdiyi qərardad qanuni və əsaslı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Cavabdehin vəsatət və şi kayətlərində qeyd edilmişdir ki, yoxlama nəticəsində vergi ödəyicisinin hərəkətlərində (hərəkətsizliyində) Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan, iş üzrə materiallar müvafiq tədbirlər görülməsi üçün Vergi Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və xxxx 2019-cu il tarixli, ********* nömrəli cinayət işi başlanılmış, həmçinin istintaq zamanı xüsusi biliklərə malik olan ekspertlərin rəyinin alınması zərurəti yarandığından, cinayət işi üzrə müvafiq ekspertizaların keçirilməsi haqqında qərar qəbul olunaraq, icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmiş, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə tə sir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür, belə ki, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinay ətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İş materiallarından da göründüyü kimi, Vergi Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xxxx 2019-cu il tarixli, ********* nömrəli cinayət işi başlanılmış, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yalnız təxminən iki ay sonra xxxx 2019-cu il tarixdə müraciət etmişdir. Apellyassiya instansiyası məhkəməsi isə işin qeyd edilən hallar ına və apellyasiya şikayətinin dəlillərinə düzgün və müfəssəl qiymət verməməklə, bir mübahisə üzrə iki paralel icraatların aparılmasına şərait yaratmışdır. “X1və digərləri İslandiyaya qarşı” işində Aropa Məhkəməsi (xxxx 2017-ci il) qeyd etmişdir ki, həm inzibati məsuliyyət, həm cinayət məsuliyyəti birgə icraatın tərkib hissələri olduqda- başqa sözlə eyni təhqiqatın nəticəsi olaraq tətbiq edildikdə, eyni qanuna əsaslandıqda, qanunvericilikdə vergi ödəyicisinə hər iki məsuliyyətin tətbiq ediləcəyi aydın şəkildə ifadə olunduqda – həm inzibati məsuliyyətin, həm cinayət məsuliyyətinin (birgə icraat qaydasında) tətbiq edilməsi yol veriləndir. Birgə icraatın mövcudluğu o vaxt müəyyən olunur ki, ilk növbədə bu dövlətdaxili qanunvericilikdə aydın şəkildə öz əksini tapmalıdır. Belə ki, vergi ödəyi cisi yol verdiyi qanunpozuntusu nəticəsində ona həm maliyyə sanksiyasının tətbiq ediləcəyini, həm də cinayət məsuliyyətinə cəlb edilə biləcəyini bilməlidir. Bundan əlavə, inzibati qaydada aparılan icraat və cinayət icraatı vaxt və mahiyyət baxımından əlaqəli və yaxın olmalıdır. Yəni eyni faktlara əsaslanmalı, paralel olaraq aparılmalıdır. Bununla yanaşı, vergi ödəyicindən alınmış izahatlar, təyin edilmiş ekspertizalar hər icraatda ayrıca qaydada aparılmamalıdır. Başqa sözlə, inzibati orqan və istintaq orqanı özünün müstəqil təhqiqatını aparmamalıdır. Biri tərəfindən əldə edilmiş məlumatlar digəri üçün sübut əhəmiyyətli olmalı və şübhə altına alınmamalıdır. Həmçinin, hər iki icraat nəticəsində vahid yekun akt qəbul edilməlidir. Beləliklə, əgər dövlət daxili qanunvericilik vergi hüquqpozmala rına görə inzibati icraatı və cinayət icraatını “birgə icraat” kimi qiymətləndirirsə, inzibati icraatın nəticələri cinayət icraatı qaydasında yenidən nəzərdən keçirilmirsə, məsələn yenidən izahat alınmır, ekspertiza təyin edilmir və s. bu zaman Konvensiyanın 7-ci Protokolunun 4-cü maddəsinin pozuntusundan söhbət gedə bilməz. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəf indən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2126/2019 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2126/2019 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsi n. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar