Məhkəmə qərarları › İş №2-1(102)-3146/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3146/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3146/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3146/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçı tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan 9 aylıq müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində qalmışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili Cavabdeh2 iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Re spublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1458/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2011 - 2016-cı illərdə X1 Universitetində ali təhsil aldığını, həmin Universitet tərəfindən ona “biznes" ixtisası üzrə təhsil almasını təsdiq edən ****** nömrəli diplomun verildiyini, təh sil aldığı müddətdə qarşıya qoyulan təhsil öhdəliklərini tam və lazımi səviyyədə yerinə yetirdiyini, qanuni əsaslarla təhsilini başa vuraraq diplomu əldə etdiyini, xxxx 2016-cı il tarixli diplomun apostilini də aldığını, pasportundan təhsil aldığı müddətlərdə müntəzəm olaraq Gürcüstan Respublikasına səfər etməsinin və orada qalmasının aşıq-aydın göründüyünü, diplomu əldə etdikdən sonra Azərbaycan Respublikasında nostrifikasiya olunması üçün tələb olunan bütün sənədlərlə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla X1 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd edil ən tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət olunmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, xxxx 2016-cı il tarixli,****** nömrəli diplom üzrə verilmiş ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3996/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X1 Universiteti tərəfindən verilmiş xxxx 2016-cı il tarixli ****** nömrəli diplom üzrə verilmiş ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim - R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1458/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı, X1 Universitetində beş il təhsil almış, 2011-ci ildə 113 gün, 2012-ci ildə 167 gün; 2013-cü ildə 182 gün; 2014-cü ildə 178 gün; 2015-ci ildə 140 gün; 2016-cı ildə 33 gün təhsil almış, bütün qeyd olunan dövrlər xxxx 2019-cu il tarixli ***** nömrəli X1 Universiteti tərəfindən verilmiş arayışla təsdiq olunmuş, Azərbaycan Respublikasının xxxx 1997-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmiş, həmin Sazişin 4-cü maddəsinə görə tərəflər hər iki dövlətin təhsil müəssisələri tərəfindən təhsil, ixtisas, elmi dərəcə və adlar barədə 1992-ci ilin xxxx sonra verilmiş sənədlərin tanınması ilə bağlı məsələləri nizama salmaq üçün lazımi işlərin aparılması haqda razılığa gəldilər, həmin Sazişin 8-ci maddəsinə görə tərəflərdən hər biri öz təhsil müəssisələrinə digər Tərəfin vətəndaşlarının mövcud qəbul qaydaları əsasında müsabiqə yolu ilə və ödənişli əsaslarla qəbul edilməsinə və onların kompensasiya əsasında təhsil almalarına etiraz etmir, Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən İddiaçı X1 Universiteti tərəfindən verilmiş xxxx 2016-cı il tarixli, ****** nömrəli diploma (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmış, yəni bu səlahiyyət sirf həmin təhsil müəssisəsinə aiddir, həmçinin Azərbaycan Respublikasının xxxx 1997-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə G ürcüstan Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Cavabdeh3 və vəkili Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməd ən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materi allarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Cavabdeh3, vəkili Cavabdeh2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1458/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxxx 2016-cı il tarixli, ****** nömrəli bakalavr diplomuna əlavəyə görə İddiaçı, xxxxx 2012-ci il tarixdə Qafqaz Beynəlxalq Universitetinə Maliyyədə Bakalavr Təhsil Proqramına qəbul edilmiş, xxxx 2016-cı il tarixdə Maliyyədə biznes idarəetməsi üzrə bakalavr dərəcəsi almış, tədris rus dilində və əyani qaydada aparılmış, proqramın rəsmi müddəti 4 il (cəmi 240 ECTS kredit) müəyyən edilmiş, hər akademik il 41 həftədən (9 ay yarım) ibarət olmuş, iddiaçıya məxsus ******nömrəli pasportda əks olunan məlumatlara əsasən 2012-2013 tədris ilində cəmi 5 ay 14 gün, 2013-2014 tədris ilində cəmi 5 ay 7 gün, 2014-2015 tədris ilində cəmi 5 ay 9 gün, 2015-2016 tədris ilində isə cəmi 2 ay 5 gün Gürcüstanda olmuş, iddiaçı, xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün xxxx 2016-cı il tarixdə cavabdeh Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla iddiaçı X1 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə göstərilən tədris yükün ü yerinə yetirməsinin qeyri-mümkün olduğuna, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət olunmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmiş, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, Qaydaların 1.6-cı bəndinin «Azə rbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası, Azərbaycan Respublikası ilə Gürcüstan arasında bağlanmış beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda belə bir ekvivalentlik müəyyən edilmədiyindən, hazırkı mübahisəyə tətbiq oluna bilməz, Azərbaycan Respublikası Gürcüstanda verilmiş diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır, cavabdeh də Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respub likasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanmış, iddiaçının tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan 9 aylıq müddətin qarşılığında həmin ölkədə qısa (ilk üç kurs 6 aydan az, sonuncu kurs 3 aydan az) müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən diploma əlavədə göstərilən tədris proqramını yerinə yetirməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, haqlı olaraq iddiaçının diplomunun tanınmasından imtina etmiş, həmçinin iddiaçının diplomuna Gürcüstanda Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məc buriliyi nəticələrini doğurmur, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın (bundan sonra Qaydalar): 1.1-ci bəndinə əsasən, bu Qaydalar «A vropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il xxxx tarixli 346 nömrəli Sərəncamının 1ci bəndinə əsasən hazırlanmışdır; 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6- cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduq da; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Azərbaycan Respublikasının xxxx 2004-cü il tarixli *** nömrəli Qanunla qoşulduğu, xxxx 1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın: 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayar aq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən f aktiki şərtlərin mövcudluğunun sübuta yetirildiyini, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunmadığını, cavabdehin imtinasının qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarını pozmadığını, iddiaçının tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan 9 aylıq müddətin qarşılığında həmin ölkədə qısa (ilk üç kurs 6 aydan az, sonuncu kurs 3 aydan az) müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən diploma əlavədə göstərilən tədris proqramını yerinə yetirməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, haqlı olaraq iddiaçının diplomunun tanınmasından imtina etdiyini, beləliklə, cavabdehin imtinasının qanuni olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlil lərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1458/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1458/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar