Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3148/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil oğlu, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması vəzifəsinin cavabdehin üzə rinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1384/2019 saylı, 8 avqust 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 13.07.2018-ci il tarixli diploma əsasən iddiaçı 2018-ci ildə həmin universiteti bitirərək, beynəlxalq iqtisadi münasibətlər hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. Sözügedən diplom 31.07.2018-ci ildə Kiyev şəhərində Ukrayna Elm və Təhsil Nazirliyinin rəhbəri tərəfindən imzalanaraq təsdiqlənmişdir. Diploma əlavədə iddiaçının ixtisası, tədris dili, t ədris sahəsi, təhsil nəticələri barədə ətraflı məlumat qeyd edilmişdir. İnzibati işdə olan cavabdeh tərəfindən verilmiş elektron imtina məktubuna əsasən iddiaçının nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə, eləcə də “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsinə (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların ta nınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisaslarınQiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin” V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş 13.07.2018-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İddiaçı 15 mart 2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B18 177525 nömrəli, 13.07.2018-ci il tarixli diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı nostrifıkasiya proseduruna uyğun olaraq cavabdehə müraciət etmiş, 09.01.2019-cu il tarixdə müsahibə olmuş, 11.01.2019-cu il tarixdə ona imtina verilmişdir. İmtinanın əsası kimi bildirilmişdir ki, müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmaması müəyyən edilmişdir. Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən ona verilmiş 13.07.2018-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmiş, məhkəməyə müraciət hüququ izah edilmişdir. İddiaçının diplomu Ukrayna Akkreditasiya komissiyası tərəfindən akkreditasiyadan keçmiş, 4-cü akkreditasiya dər əcəsi almışdır. 4 illik qiyabi tədris zamanı iddiaçı fənlər üzrə milli şkala üzrə qənaətbəxş qiymət almış, imtahanlardan keçmiş, kurs işlərini vermiş, qiymət almış, təcrübələrdən məqbulla keçmiş, attestasiyadan keçmiş, yekun qiymət üzrə keçid bal sistemindən keçdiyi, hazırlıq proqramını müvəffəqiyyətlə yerinə yetirdiyi üçün diplom almışdır. Hazırda öz vətənində ixtisası və diplomu üzrə işləməsi üçün diplomunun cavabdeh tərəfindən təsdiq edilməsi mütləqdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 nömrəli 30.03.1995-ci il tarixli qərarına, İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci, “Təhsil haqqında” Qanunun 27.1-ci maddə sinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimTağıyev Zaur Müzəffər oğlu,21(82)-1606/2019 saylı iş) 16 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçıya verilmiş 13.07.2018-ci il tarixli, B18 177525 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1məruzəçi, X4 və X3, 2-1(103)-1384/2019 saylı iş) 8 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarıləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi təhsil müddətinin əyani təhsil müddətindən bir il artıq, yəni beş il olması nəzərdə tutulduğu halda, iddiaçının 4 il qiyabi təhsil alması ona qüvvədə olan milli qanunvericilik və beynəlxalq sazişlərin müddəalarına əsasən cavabdeh tərəfindən diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini istisna edir. İddiaçı 20 avqust 2019-cu il tarixdə qərarın surətini almış, 16 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh xarici ixtisası qiymətlənd irərkən beynəlxalq və milli qanunları tanınmanı mümkün edəcək mülayim qaydada tətbiq etməyə səy göstərməli, qiymətləndirməni həyata keçirməzdən əvvəl V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş 13.07.2018-ci il tarixli diplom üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi halına Sazişin tətbiq edilməli olmasını müəyyən etməli və Sazişin müddəalarını yerinə yetirməli olduğu halda bunu etməmiş və nəticədə Tövsiyələrin İİİ hissəsinin 7-ci paraqrafina, V hissəsinin 33-cü paraqrafına və İzahedici Memorandumun həmin paraqrafa dair izahına əməl etməmişdir. Cavabdeh diplomun tanınmasından imtina edərkən əsas kimi iddiaçının tədris dilini bilməməsini göstərmiş, iddiaçı həmin əsasla diplomun tanınmasından imtina edi lməsinin qanunsuz olması səbəbilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində təkrarən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün biliyinin uyğun olmaması əsasını göstərərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində təhsil müddəti ilə əlaqədar hər hansı uyğunsuzluq göstərməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının tədris dilini bilməməsi əsası ilə verdiyi imtinanın qanuniliyinə hüquqi qiymət vermək əvəzinə, məhkəmə apellyasiya şikayətində göstərilməyən və bu səbəbdən məhkəmə baxışının predmetinə daxil olmayan halı, yəni Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi təhsil müddətinin əyani təhsil müddətindən bir il artıq, yəni 5 il olduğu halda, iddiaçının 4 il qiyabi təhsil alması faktını məhkəmə baxışı zamanı müəyyən etmişdir. Halbuki, cavabdeh imtinanın əsası kimi təhsil müddətinin 1 il az olmasını deyil, tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasını göstərmişdir. Bununla da, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddindən kənara çıxaraq digər istiqamətdə araşdırma aparmaqla, hüquqi məsələlərə qiymət verməməklə baxmış və nəticədə İnzibati Prosessual Məcəllənin 68.2 və 82-ci maddələrinin tələblərini pozmuşdur. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 148.2, 151-ci, “İnzibati icraat haqqında” Qanunun 14, 59-ci maddələrinə, Nazirlər Kabinetin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil s ahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6, 2.3, 3.6, 3.7, 3.8-ci bəndlərinə istinad olunmuşdur tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələ bi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyil. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia növü məcburetmə haqqında iddiadır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşdə olan sənədlərə görə iddiaçı 2014-cü il in sentyabr ayından 2018-ci ilin iyul ayınadək Karazin adına Xarkov Milli Universitetini bakalavr təhsil dərəcəsi üzrə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, təhsil müddəti 4 il olmuşdur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. İddiaçının təhsil müddəti Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin standartlarına uyğun gəlmir. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təh sil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən veri lir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətn amə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə müraciətindən sonra cavabdehin ekspertiza keçirməsini, mənfi rəy verilməsi üçün Qaydaların 3.7-ci bəndinə əsasən iddiaçıya verilən diplomun Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diploma təhsil müddətinə görə uyğunluğunu İPM-in 12 və 58.7-ci maddələrinə əsasən araşdırıb qiymətləndirmişdir. Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Yəni Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti ən azı 4 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıq olduğundan bu forma üzrə təhsil müddəti 5 ildir. İddiaçı isə Xarkov şəhərində qiyabi forma üzrə 4 il təhsil almışdır. “Xarici d övlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına görə xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, mənfi rəy verilə bilər. Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıq olduğundan, iddiaçı isə Xarkov şəhərində qiyabi forma üzrə 4 il təhsil aldığından, iddiaçının aldığı təhsilin müddəti Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomlara təhsil müddətinə görə uyğun gəlmədiyindən və buna görə iddia əsaslı olmadığından apellya siya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişdə verilən diplomda təhsil müddətinə uyğun gəldiyi halda, diplomun müv afiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçı isə dörd il qiyabi formada təhsil aldığından və bu Azərbaycan Respublikasında olan təhsilin müddətinə uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1384/2019 saylı, 8 avqust 2019- cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3148/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3148/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver