Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3149/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: dövlət qulluqçusunun pensiyasının vəzifə maaşlarındakı sonrakı artımlara uyğun olaraq yenidən hesablanması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1567/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3046/2013 saylı, 22 avqust 2013-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı 01.12.1979-cu ildən 19.03.1981-ci ilədək SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı məsləhətçi vəzifəsində, 19.03.1981-ci ildən 01.06.1981-ci ilədək şöbə müdir inin müqavini vəzifəsində işlədiyi dövrü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrini İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndinə uyğun olaraq hal-hazırda mərkəzi icra hakimiyyət orqanlarının aparatında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılması, pensiya hesablanması üçün əsas götürülən son 2 il ərzində isə 3 vəzifə maaşın mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və y aranmış pensiya fərqinin ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra olunaraq iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezdentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli sərəncamı ilə dövlət qulluqçularının vəzifə maaşları artırılmış, Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında təminedici şöbənin müdir müavininin aylıq vəzi fə maaşı 750 manat olaraq müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək sözügedən artımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 16 dekabr 2017-ci il tarixli, 09-4609 saylı məktubu ilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlar təsnifatında iddiaçının işləmiş olduğu SSRİ Dövlət Bankının Azərbaycan kontorunun nəzərdə tutulmadığına istinadla onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı imtina nı qanunsuz hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1058/2019 saylı, 15 aprel 2019-cu il tarixli qərarı (hakim - Ş.Ə.Süleymanova) ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Prezdentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət qulluqçularının aylıq vəzifə maaşları”na uyğun artımlar nəzərə alınmaqla İddiaçı pensiyasının 01.01.2014-cü il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1567/2019 saylı, 08 avqust 2019-cu il tar ixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və R.Ə.Qurbanov) cavabdehin аpellyаsiyа şikаyəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2-1(81)-1058/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli “ Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlar təsnifatında iddiaçının işləmiş olduğu SSRİ Dövlət Bankının Azərbaycan kontoru nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun pensiyasında artım aparılmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasın ın və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müav inətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Əmək pensiyaları” haqqında Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İşin məhkəmələr tər əfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı 01.12.1979-cu ildən 19.03.1981-ci ilədək SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı məsləhətçi vəzifəsində, 19.03.1981-ci ildən 01.06.1981-ci ilədək şöbə müdirinin müqavini vəzifəsində işlədiyi dövr hal-hazırda digər mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezdentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli sərəncamı ilə dövlət qulluqçularının vəzifə maaşları artırılmış, Azərbaycan Respublikasının digər mərkəzi icra hakim iyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında təminedici şöbənin müdir müavininin aylıq vəzifə maaşı 750 manat olaraq müəyyən edilmişdir. Kollegiya qanunvericiliyin istinad olunan müddəalarını rəhbər tutmaqla hesab edir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməli olduğu ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının əvvəllər işlədiyi vəzifələr halhazırda mərkəzi icra hakimiyyət orqanlarının aparatında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Beləliklə, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunduğundan onun pensiyası da müvafiq olaraq dövlət qulluqçusunun döv lət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlar təsnifatında iddiaçının işləmiş olduğu SSRİ Dövlət Bankının Azərbaycan kontorunun nəzərdə tutulmadığına dair dəlil əsassızdır. İddiaçının pensiyası digər mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında təminedici şöbənin müdir müavininin aylıq vəzifə maaşı əsas götürülməklə yenidən hesablanmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbi q edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1567/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3149/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3149/2019
19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver