Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3149/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması, işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X10 və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudl aşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli 2-1(107)-344/2024 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsi əsasında İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
2. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 05 may 2023-cü i l tarixli məktuba iddiaçıya bildirmişdir ki, onun ölkədən getmək hüququ İsmayıllı rayon məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında məhdudlaşdırılmışdır. Sözügedən qətnamənin çıxarılmasına əsas olmuş borc məbləği tam şəkildə ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudşlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin axırlarında tanışı Dilbər Süleymanovanın vasitəsilə Rəşid Məmmədov və qeyriləri tərəfindən aldadılaraq aldıqları etibarnamə əsasında onun adına "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər təsis olunmuş, daha sonra ondan xəbərsiz başqa şəxslərə satılmış, amma faktiki olaraq həmin MMC-lərə X3 direktorluq etmişdir. MMC-lərin təsisçisi iddiaçı olduğuna görə dövlət büdcəsinə olan vergi borcunun ödənilməməsi səbəbindən 23 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin ərizəsi əsasında İsmayıllı Rayon Məhkəməsinin2(037)-1712/2017 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Faktla bağlı Vergilər Nazirliyində istintaqa qədər araşdırılma və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Dep artamentinin İstintaq İdarəsində uzun müddət ibtidai istintaq aparılmış, istintaq aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan MMC-lərin vergi borclarının yaranmasında iddiaçının nəinki iştirakı, xəbəri belə olmamışdır.İstintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə İddiaçı əməlində cinayət hadisəsi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin bütün bu müddət ərzində məhdudiyyətin götürülməsi ilə əlaqədar müxtəlif instansiyalara nə qədər müraciət etsə də, məhkəmənin hökmü çıxarılmadan bunun mümkünsüz olduğu ona bildirilmişdir. Nəhayət, 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası CM-nin 213.3cü maddəsi ilə təqsirli olan X2 barəsində həmin cinayət işi Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə Mə hkəmədə baxılaraq 1(055)-15/2022 nömrəli 13 iyun 2022ci il tarixli hökm ilə N.M.Lazımi qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia da təmin edilərək "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər üzrə (101.017,57 + 43.119,27) 144.136, 84 manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X1 tutularaq Dövlət Büdcəsinə köçürülməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə vergi orqanlarına şifahi və yazılı müraciətlər etsə də, xahişi yerinə yetirilməmiş, ona rəsmi cavab da təqdim edilməmişdir. Ona görə 29 mart 2023-cü il tarixdə məhdudiyyətin götürülməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş idarəs inə təkrar olaraq rəsmi müraciət verilmiş, tərəfindən mütəmadi telefon zəngləri edilib müraciətinə cavabın əlbəəl verilməsi tələb olunmuş və yalnız 8 may 2023-cü il tarixdə DVX-nin Bakı şəhəri H.Əliyev prospekti,155 ünvanında yerləşən inzibati binasında 05 may 2023-cü il tarixli cavab məktubu iddiaçıya təqdim edilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-1712/2017 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş borc məbləği tam ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəkdir. İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir.
6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh Az ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi vergilər idarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ına dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-287/2024 saylı, 09 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi vergilər idarəsinin üz ərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən "xxxx" və "xxxx" MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də, faktiki olaraq həmin cəmiyyətlərə X3 rəhbərlik etmiş, mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. Göründüyü kimi yuxarıda qeyd olunan cəmiyyətlərin fəaliyyəti ilə iddiaçının bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş, iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasında səbəbli əlaqə mövcud olmamışdır. Bu səbəbdən də iddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə (cinayət hadisəsi olmadığına görə) iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Nəticə etibarı ilə həmin cəmiyyətlərin fəaliyyəti nəticəsində yaranmış vergi borcu vergi ödəyicisi kimi iddiaçının deyil, faktiki rəhbərin borcu olduğundan Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)15/2022 nömrəli hökmündə həmin vəsaitin X3 tərəfindən ödənilməli olduğu göstərilmişdir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi təmin edilməli, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi cavabdeh inzibati orqana həvalə edilməlidir.
10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 21(107)-344/2024 nömrəli qərarı ilə (hakimlər X8 (məruzəçi), X4 və X9) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-287/2024 saylı, 09 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. 12 Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş vergilər üzrə cədvəllərdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)- 15/2022 nömrəli hökmündə qeyd olunan "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri üzrə (101.017,57 + 43.119,27) 144.136,84 manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X1 tutulması hissədə çıxılaraq qəti olaraq xx.xx.2024-cü il tari xə "xxxx" MMC-nin 127.795,46 manat və "xxxx" MMC-nin 85.836,24 manat ödənilməmiş vergi borcunun olduğu qeyd edilmişdir. Hazırda da "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri İddiaçıdur. Vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin və "xxxx" MMC tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyinə görə xx.xx.2024-cü il tarixə hesablanmış vergi borcu olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməs inin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə Vergi Məcəlləsinin 23.1.15-3, 24.1.2-1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan Saatlı rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-12/2022 saylı hökmü ilə vergi borcu üzrə vəsaitin iddiaçı tərəfindən deyil, iş üzrə təqsirləndirilən şəxs X3 tərəfindən ödənilməli olduğu göstərilmiş, bununla da hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmışdır. Eyni zamanda iddiaçının əməlinə qiymət v erən istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-in 39.1.1-ci maddəsi ilə onun barəsində cinayət işinə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə
65. Prosessual qərarların preyudisial əhəmiyyəti 65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.... 65.5. Məhkəmə cinayət təqibinə xitam verilm əsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Maddə
212. Cinayət işinin başlanmasının rədd edilməsi 212.1. Cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. 212.2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəz ifəli şəxsə göndərilir. 212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. 212.4. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir: 212.4.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin baş lanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır; 212.4.2. məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslan dırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riay ət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
21. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı nəticənin aradan qaldırılmasına yönəlmişdir.
22. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbinin qanuni olması ilə bağlı nəticəyə gəlsə də, apellyasiya instansiya məhkəməsi iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı hesab etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC və "xxxx" MMC-in təsisçisi və direktoru olduğundan o, həmin hüquqi şəxslərin vergi borcunun ödənilməsi ilə bağlı öh dəlik daşıyır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
24. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” Qərarda qeyd edilmişdir ki, əməlində cinayət tərkibi olmaması əsası ilə İddiaçı barəsində Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilsin.
25. Cinayət prosessual qanunvericilikdə olan bir çox qərarlar kimi müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarın ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və ondan şikayət verilməsi nəzərdə tutulmuşdur. İbtidai istintaqa prosessual rəhbərliyi həyata keçirilən prokuror göndərilən qərarı dəyişdirilmədən saxlaya, ləğv edə və dəyişdirə bilər. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi “Sübutların qiymətləndirilməsi haqqında” qəbul edilmiş qərarın ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirilən prokuror tərəfindən qəbul edilib edilməməsi, iddiaçı barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib verilməməsi ilə razılaşması məsələsi aydınlaşdırılmalıdır.
26. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, apellyasiya instansiya məhkəməsi həmin qərarın qüv vədə olması ilə bağlı suala aydınlıq gətirdikdən sonra iddia tələbi ilə əlaqədar düzgün nəticəyə gələ bilər. 27 Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 23 oktyabr 2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC və "xxxx" MMC vergi ödəyicisi kimi 13 dekabr 2016-cı il tarixdə vergi orqanında qeydə alınmışdır. Hər iki MMC vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə ümumilikdə 456.314,72 manat borcu yaranmışdır. Hər iki MMC-nin icra orqanının rəhbəri iddiaçıdır. Vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdıırlmalıdır.
28. Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən "xxxx" və "xxxx" MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də, faktiki olaraq həmin cəmiyyətlərə X3 rəhbərlik etmiş, mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. İddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində cinayət təqibi başlanması rədd edilmişdir.
29. İddiaçı hesab edir ki, hər iki MMC-nin fəaliyyəti ilə onun bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş, iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasında səbəbli əlaqə mövcud olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi İPM-in 58.8-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının bu dəlili ilə bağlı araşdırma aparmamış, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 23 oktyabr 2017-ci il tarixli qətnamədə göstərilən 456.314,72 manat vergi borcu ilə Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü və ibtidai istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğin eyni (üst-üstə düşən) məbləğ olması yoxlanılmamışdır.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin e dilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli 21(107)-344/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.